Kozinolar turistləri cəlb edən əsas faktordur - Turizm Assosiasiyasının sədri

Kozinolar turistləri cəlb edən əsas faktordur - Turizm Assosiasiyasının sədriAzərbaycan turizm sahəsində lider ölkələrdən geri qalmır. Buna baxmayaraq, Cənubi Qafqazda bu sahədə qabaqcıl Gürcüstandır. Turistləri Gürcüstana ən çox cəlb edən isə orada olan kozinolardır.

Bu sözləri Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycana turist axını günbəgün artır. Bu, Azərbaycanın bu sahəyə önəm verməsindən irəli gəlir. Bu istiqamətdə atılan addımlar müsbət məcrada davam edir. Nəticə olaraq, qısa zamanda, Azərbaycan regionun turist ölkələri siyahısında liderliyi ələ alacaq:

"Son illər Azərbaycana müxtəlif ölkələrdən turist axını baş verir. Bu,qeyri-neft sektorunun inkişafının göstəricisidir.Azərbaycan bunun üçün illərdir inkişaf tendensiyaları həyata keçirir.

Azərbaycana ən çox ərəb ölkələrindən turist gəlişi kəskin artır. Ölkəyə ən çox Birləşmiş Ərəb Əmirliklərindən turist gəlir.

Buna səbəb Azərbaycanın maraqlı, zəngin təbiətidir. Bununla yanaşı, həmin ölkələrlə Azərbaycan arasında asanlaşdırılmış vizanın və birbaşa uçuş rejiminin tətbiqi də qeyd edilməlidir. Yəni gələn turist çətinlik çəkmədən ölkəyə daxil ola bilir".

Bəs Azərbaycandan xaricə üz tutanlar hansı ölkələri seçir? Nahid Bağırovun sözlərinə görə, azərbaycanlılar ən çox Türkiyə, Gürcüstan və Ukraynaya üz tutur:

"Dünya Turizm Təşkilatının konvensiyasında da öz ölkəsindən bir gündən artıq kənarda qalan insanın turist kimi tanınması qeydə alınıb. Ona görə də, turistlərin sayı statistik rəqəmlərlə üst-üstə düşməyə bilər. Yəni bu nisbətin bizə təqdim edilən nəticələrdən çox olma ehtimalı var".

Nahid Bağırov bildirib ki, Cənubi Qafqaz regionunda Gürcüstanda turizm sahəsinin inkişafı üçün müəyyən islahatların keçirilməsi turist sayının artımında əsas rol oynayır. Bu ölkədə də birbaşa uçuşların təşkili, bir sıra dövlətlərlə viza rejimin aradan qaldırılması turistlər üçün göydəndüşmə imkandır.

Nahid Bağırov Azərbaycanın bu sahədə liderliyə nail olmaq üçün bazarın araşdırılmasını, qonşu ölkələrdən gələnlərin maraqlarına uyğun sistemin formalaşdırılmasını vacib sayır.

Dövlət Turizm Agentliyindən məlumata görə, 2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyona çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5% çox qonaq deməkdir. Gələnlərin böyük hissəsini 29.4%-lə Rusiya (414 min), digər böyük hissəsini isə 24.3%-lə Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22.8% və ya 64 min nəfər olub.

Türkiyədən gəlmiş qonaqların sayı 3.7% artaraq toplam 148 minə çatıb.

Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında yenə də sürətli artım müşahidə olunur - artım ilin ilk yarısı üçün uyğun olaraq 37.8% və 50.2% olub. Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80.2% artım) və Pakistan (19 min; 24.4% artım), Mərkəzi Asiyada isə Qazaxıstan (20 min; 15.1% artım) və Türkmənistandır (21 min; 85% artım).

Səudiyyə Ərəbistanından gələnlərin sayında isə təxminən 80% artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deməkdir.

2019-cu ilin iyun ayında gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub – bu artım 17.2% təşkil edib. Bu tendensiya özünü Azərbaycan turizmi üçün xarakterik olan bütün ölkələr üzrə göstərib. (teleqraf)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 864   Tarix: 23 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel