Film kimi OLAY - Narkotiklə dolu maşın...

Film kimi OLAY - Narkotiklə dolu maşın...Avstraliyanın Sidney şəhərində 270 kiloqram narkotik maddə daşıyan yük maşını polis avtomobili ilə toqquşub.

"Sydney Morning Herald" nəşri xəbər verir ki, həmin yük maşınında 200 milyon Avstraliya dolları (təqribən 140 milyon ABŞ dolları) dəyərində metamfetamin aşkar edilib.

Bildirilir ki, hadisə Sidneyin şimal-qərbində baş verib. Yol-nəqliyyat hadisəsi yaxınlıqdakı videokameralar tərəfindən lentə alınıb. Hadisədən təqribən bir saat sonra polis hadisə yerindən qaçan 26 yaşlı qanun pozucusunu həbs edib və yük maşınında axtarış aparıb. Həbs edilən sürücüyə qarşı bir neçə maddə ilə ittiham irəli sürülüb.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda yük maşınının hərəkəti barədə informasiyalar toplayırlar.(AZƏRTAC)

Dünyada   Baxılıb: 433   Tarix: 23 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR