Dörd sənətin yiyəsi - "Qızmar günəş altında" filminin Gülpərisi yığma komandanın kapitanıymış

Dörd sənətin yiyəsi - "Qızmar günəş altında" filminin Gülpərisi yığma komandanın kapitanıymışİllər onu da dəyişmişdi... Gülpəriyə, Afətə bənzərliyi qalmamışdı. Yaşlanmışdı, şişmiş ayaqları gəncliyində quş kimi səkən yerişini ağırlaşdırmışdı. Amma 63 yaşlı bu xanımın ruhuna hələ də heyran qalmışdım!

Sən demə, Sürəyya Qasımovanın gözəl musiqi duyumu varmış. Söhbət elədiyimiz otağın bir divarına saysız-hesabsız mahnı kasetləri düzülmüşdü. Onları mənə göstərib "Musiqinin dəlisiyəm" demişdi. Sonra - söhbətarası öyrənmişdim ki, əslində, onun həm də gözəl səsi varmış. Bir ara ifaçı olmaq da istəyib...

Sürəyya xanım həm də tək-tük insanda gördüyüm səliqə-sahmana sahibiydi. Evindəcə istədiyi kaseti asan, rahat tapmaqçün onları siyahıya alıb, çeşidləmişdi. Sezen Aksunun vurğunuydu. "Yorğunam, söhbətdən əvvəl, gəl Sezeni dinləyək" dedi. Şəhadət barmağını qalın bir dəftərin səhifələrində yüngülcə gəzdirdi: "Aha, tapdım, 3-cü sıra, 5-ci kaset!"

Sezen Aksu oxuduqca, Sürəyya xanım melodiyanın ahəngiylə başını yırğalayırdı. Arada ürəyi dözmürdü, məni duyğularına, aldığı zövqə şərik eləmək ehtiyacı duyurdu: "Bu yerinə fikir verin, aha, bax bura...görün necə oxuyur?!"

Musiqidən sonrakı söhbətimiz də onu bir az duyğulandırmışdı:

- Sürəyya xanım, suallara 40 illik təcrübəsi olan müəllim, yoxsa filmlərdən tanıyıb-sevdiyimiz aktrisa kimi cavab vermək ürəyinizcə olar?

Bir az fikirləşir, sonra köks ötürür.

- Nə deyim, indiki zəmanədə müəllimin nə qiyməti var, ay qızım? Müəllim sizə nə müsahibə verə bilər? Əlbəttə ki, kino, ifaçılıq daha maraqlı sahədi. İndi sizə balaca bir xatirə danışacam. Özünüz görəcəksiz ki, belə şeylər müəllim sənətində yoxdu. "Qızmar günəş altında" filminə çəkilirdim, amma bunu anamdan gizlədirdim. Bir dəfə anam dayımla Moskvaya gedir. Birdən afişada şəklimi görür. Dayıma deyir ki, ay Cəfər, bir bax, bizim Sürəyyaya necə oxşayır? Dayım gülür, sonra anama hər şeyi açıb danışır. Bax, kino belədi, hamı tanıyır, bilir, sevir... Tək Gülpəri rolundan sonra mənə nə qədər şeir həsr ediblər!

- Kinoya çəkilməyiniz necə olub?

- Təsadüfən. Anam sevməsə də, həmişə idmanla məşğul olardım, mahnı oxuyardım. Amma kinoya çəkilmək heç ağlıma da gəlməzdi...

O vaxt mən Pedaqoji Xarici Dillər İnstitutunda oxuyurdum. İmtahandan "5" alıb çıxmışdım. Qızlar məni aşağıda gözləyirdi. Sevincimdən pilləkənləri iki-iki hoppandım. Əlimlə göstərdim ki, "5" almışam. Elə o vaxt mənə bir qadın yaxınlaşdı. Dedi, kinoya çəkilmək istəyirsən? Sən demə, o, kinorejissorun assistentiymiş. Dedi, çox yaxşı bir roldu, üstəlik də, çoxlu pul verəcəklər. Mən də o vaxtlar kirayədə yaşayırdım. Pula çox ehtiyacım vardı. Fikirləşdim, razılıq verdim. "Qızmar günəş altında" filmindəki Gülpəri roluna bax belə çəkildim. Bu olub 1956-cı ildə.

- Birdən-birə kinoya çəkilmək çətin olmadı ki?

- Qətiyyən! Kinoya çəkilmək mənə tum çırtlamaq kimi asan gəlirdi. Bilirsiz də, kinoda gərək gah ağlayasan, gah güləsən, birdən hirsli olasan. Bunların öhdəsindən yaxşı gəlirdim. Birinci rolumdan sonra məni "Aygün", "Kölgələr sürünür", "Yeni il gecəsi" filmlərinə dəvət elədilər. Gördüm, yox, mənim canımda artistlik də varmış.(Gülür)

- Hansı rolunuz ürəyinizcə alınıb?

- Gülpəri.

- Niyə?

- Gülpəri mənim xarakterimə uyğunuydu. Şıltaqlığım, diribaşlığım... O vaxtlar Lətif Səfərov deyərdi ki, ay Həsən, elə bil bu rolu Sürəyya üçün yazmısan.

- Bəs niyə sonralar çəkilmədiz?

- İstəmədim. Ən böyük arzum alman dili müəllimi olmaq idi. İnstitutda müəllimlərim də bu dili belə yaxşı bildiyim halda, onu atmağıma razı deyildilər. 22 yaşından müəllim işlədim.

- Peşman deyilsiz?

- Yox, yox, heç vaxt! Bircə səsimə görə peşmanam. Mənim həm də yaxşı səsim olub axı. Yazdırmışam, sonra qoyaram, qulaq asarsız. Müsabiqədə birinci yer tutmuşam. Rəhmətlik Şövkət Ələkbərova mənə balaca Şövkət deyərdi. O vaxtlar Hacıbaba Əliyev də məni Filarmoniyaya dəvət etdi. Dedi, qədrini bil, sən gələcəkdə məşhur müğənni ola bilərsən. Getmədim.

- Niyə?

- Onda ailəm var idi.

- Yoldaşınız icazə vermədi?

- Yox. Rəhmətlikdən çox razıyam. Bilirsiz də, yoldaşım məşhur futbolçu Kamil Eynullayev idı. Əksinə, o, həmişə istəyirdi ki, kinoya çəkilim, idmanla məşğul olum, bir sözlə, heç nədən geri qalmayım. İndi istəməsin, məni çox istəyirdi.

- İdmanla nə vaxt məşğul olmusuz?

- 14 yaşımdan. Gürcüstanın basketbol üzrə yığma komandasının üzvüydüm. Sonra da Azərbaycanın komandasında iştirak etdim.

- Qayıdaq kinoya. Yenə də kinoya çəkilmək istərdiz?

- Əlbəttə, çox istərdim ki, yaşıma uyğun bir rola çəkilim. Özümə arxayınam, öhdəsindən gələrəm. Qocalığımdan da bir yadigar qalardı...

1997

Səfurə Çərkəzqızı,
"Sevdalılar"

Redaksiyadan: Sürəyya Qasımova 1934-cu ilin sentyabrında Tiflis şəhərində anadan olub.
Sürəyya 1953-cü ildə Tiflisdəki 49 nömrəli qadın rus orta məktəbini əla qiymətlərlə bitirib, elə həmin ildə də Azərbaycan Xarici Dillər İnstitutunun alman dili fakültəsinə daxil olub. Dörd il əla qiymətlərlə oxuyan Sürəyya həm də guclu idmançı və təşkilatçı idi.
Oxuduğu illərdə Bakı şəhərində keçirilən bir sıra elmi-praktik konfranslarda yaxından iştirak edib, alman və Azərbaycan ədəbiyyatının ali və orta məktəblərdə tədrisi haqqında məruzələrlə çıxış edib.
Sürayya hələ Tiflisdə orta məktəbdə oxuduğu vaxt 5 ilə yaxın Gürcüstan SSR-in gənclərdən ibarət yığma basketbol komandasının ən fəal oyunçusu, sonra isə kapitanı olub.
Sürəyyaya həm də gözəl səsə malik olub. O, ən çox xalq mahnılarını və seygahları ifa edirdi. 1956-1957-ci illərdə Bakıda keçirilən olimpiadada onun məlahətli ifaşı haqqında dahi müğənnimiz SSRİ xalq artisti Bülbül belə demişdi: Sürəyya "balaca Şövkətdir".
Sürəyya quruluşçu rejissoru Lətif Səfərovun olduğu "Qızmar Günəş altında" filmində Gülpəri roluna çəkiləndən sonra aktrisalığa davam edib. 1957-ci ildə "Aygün" (Şəfiqə rolu), "Kölgələr sürünür" (Afət), "Yeni il gecəsi" və s. filmlərdə baş rollarda çəkilib.
1958-ci ildə Sürəyya institutu əla qiymətlərlə bitirib burada laborant vəzifəsində işə başlayır. Bir muddətdən sonra onu həmin kafedrada alman dilinin qrammatikası və leksikası üzrə muəllim təyin edirlər.

Sürəyya Qasımova təqaüdə çıxandan sonra dünyasını dəyişib. Modern.az-a verilən məlumata görə, Sürəyya xanımın həyatda heç kimi qalmayıb, həyat yoldaşı da, övladı da vəfat edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3742   Tarix: 13 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mövlud Süleymanlı vəsiyyətinə uyğun dəfn ediləcək

Xalq yazıçısı Mövlud Süleymanlının dəfn yeri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a mərhumun ailəsindən məlumat verilib. Qeyd edilib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək:. "Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. Vid

22 fevral
.

Mono Liza niyə "terror" olunur? – 6 hücumun gizlinləri

Xəbər verdiyimiz kimi Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur "Mona Liza" tablosunun üzərinə şorba töküblər. Məlum olub ki, hadisəni ekoloji fəallar törədib. "Frans Press" agentliyi məlumat yayıb. "Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda "Mon

30 yanvar
.

"Gərək yersiz danışasan ki, seviləsən"

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs

11 aprel
.

Habil Əliyevin qızı: "Atama brilliantlarla işlənmiş kamança bağışlamışdılar"

"Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl işləməli kamança hədiyyə etmişdilər". Bu fikirləri mərhum kamança ustası Habil Əliyevin qızı Vəfa Əliyeva söyləyib. -ın xəbərinə görə, proqramlardan birində atası ilə bağlı xatirələrini bölüşən Vəfa xanım deyib ki

3 aprel
.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart
.

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar

22 yanvar
.

"Nəslimdə TikTok işlədən yoxdur"

Xalq artisti Afaq Bəşirqızı TikTok-la bağlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib. O qeyd edib ki, ailə üzvləri belə TikTok işlətmir. "Mənim nəslimdə TikTok işlədən yoxdur" deyə, Bəşirqızı söyləyib

19 aprel
.

Gülhüseyn Kazımlı VƏFAT ETDİ - FOTO

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib. Bu barədə -a mərhumun qohumları məlumat veriblər. G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib. Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbayca

25 fevral
.

Kemeron yeni "Avatar"la bağlı şayiələri təkzib edib

Məşhur rejissor Ceyms Kemeron "Avatar"ın üçüncü hissəsinin ilkin montajdan sonrakı versiyasının doqquz saat olduğu ilə bağlı şayiələri təkzib edib. "Əgər qaralama montajdan sonrakı materialın doqquz saatlıq olsaydı, mən ov tüfəngini götürüb başıma atəş açardım. Yox, mən dedim ki, ümumilikd

17 fevral