Azərbaycanda qanlı hadisə — YARALI XƏSTƏXANADA ÖLDÜ
Beyləqan rayonunda qətl hadisəsi baş verib.
"Ölkə.Az" xəbər verir ki, hadisə rayonun Kəbirli kəndində qeydə alınıb.
Rayon sakini Savalan Qasımov həmyerlisi tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq xəsarəti alan yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Savalan Qasımov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.
Araşdırma aparılır.
Hadisə Baxılıb: 754 Tarix: 14 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş