Bakıda 136 nömrəli avtobusda BİABIRÇILIQ: Azyaşlı oğlan istismar edilir – VİDEO
Bakıda 136 saylı marşrut xətti üzrə fəaliyyət göstərən sərnişin avtobusunda azyaşlı oğlan "konduktor" kimi çalışır. Bu vəziyyət azyaşlıların məcburi əməyə cəlb edilməsi probleminin hələ də davam etməsinə əsas verir.
Sonxeber.az xəbər verir ki, görüntülər həmin avtobusda olan sərnişinlər tərəfindən lentə alınıb. Görüntülərdən aydın görünür ki, uşaq avtobus hərəkətdə olarkən və ya dayanarkən açıq qapıya söykənərək, avtobusun gedəcəyi əraziləri deyib sərnişinləri çağırır. Eyni zamanda hərəkətdə olan avtobusun içində gəzərək sərnişinlərdən gediş haqqını toplayır.
Qeyd edək ki, bu kimi hallar həm cinayət, həm də inzibati xətalar məcəllələrində öz əksini tapıb.
Sözügedən görüntünü təqdim edirik:
Leyla
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 6658 Tarix: 15 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşKirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA
Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib
19 aprelBDU-nun tələbəsi intihar etdi - FOTO
Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu
19 aprelUşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"
19 aprelBu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO
Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri
19 aprelÇoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF
Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri
19 aprelƏməkdar məşqçi vəfat etdi
Gəncə boks məktəbinin müəlliflərindən olan əməkdar idman ustası Eldar Həsənov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, məşqçi 82 yaşında həyatını itirib. Eldar Həsənov SSR-i İdman Ustası, əməkdar məşqçi və bir sıra idman tutumlarına malik olub. Onun tələbləri istər ölkəmizdə, istərsəd
19 aprelBakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?
Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə
19 aprel