Çimərliklərdə ilan qorxusu: su ilanlarıdır, insanlar onları narahat edir
Son vaxtlar çimərliklərdə ilanlara daha çox rast gəlinir. Sosial şəbəkələrdə də Bilgəh və Pirşağı çimərliklərində ilanların görüntüləri yayılıb. Bəzi vətəndaşlar bundan narahat olduqları üçün çimərliklərə getmək istəmirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov Oxu.Az-a bildirib ki, müşahidə edilənlər su ilanlarıdır:
"Havaların isti keçməsi ilə əlaqədar, təbii ki, çimərliklərə üz tutanların sayı artıb. İnsanlar daş və qayalıqların çox olduğu ərazilərdə də çimirlər. Həmin qayalıqların çox olduğu çimərlik ərazilərində isə ilanların yuvaları var. İnsanlar həmin yerlərdə suya girərək ilanları bir növ narahat edirlər. Onlar da daha sakit yer axtarmaq üçün səpələnirlər.
Bundan başqa, ilanlar güclü istilərlə əlaqədar olaraq daha sərin yerlər axtarır. Həmin ilanlar heç bir halda insanlara hücum etmir, insan sağlamlığı üçün təhlükəli deyil".
T.İsgəndərov qeyd edib ki, su ilanlarının sancması yalnız allergik reaksiya verər:
"Bu ilanlar qətiyyən zəhərli deyillər. İnsanlar bəzən bu ilanları tutub öldürməyə çalışır. Təbii ki, bu halda ilanlar da sakit dayanmayacaq, özünü müdafiə etməyə çalışacaq. Su ilanının ağzında çürüntü məhsulları olur. Əgər insanı dişləsə, mümkündür ki, allergik reaksiya versin. Amma bu, ciddi və dərin problemlər yaradacaq qədər təhlükəli hal deyil".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1663 Tarix: 21 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
"Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər". xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyini
14 dekabrİcra başçısı baş mütəxəssisi işdən çıxardı
Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) sürücülərindən işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hüseynəli Süleymanov baş mütəxəssis - sürücü vəzifəsindən azad olunub. Onun yerinə hələlik təyinat olmayıb
15 dekabrGöygölün yeni icra başçısı üç vəzifəli şəxsi işdən çıxardı
Göygöl Rayon İcra Hakimiyyətində kadr islahatları aparılıb. "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov əmrlər imzalayıb. Əmrlərə əsasən, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ariz Eyvazov, İctimai-siyasi və humanitar məsələlər şöbəsini
15 dekabrÜrəyi 45 dəqiqə dayanan qadın niyə beyin ölümü keçirməyib? - RƏSMİ CAVAB
Bir neçə gün əvvəl Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik mübarizədən - qapalı ürək masajı, inotrop dəstək, tənəffüs yollarının intubasiyası və süni ventilyasiya tətbiqindən sonra yenidən həyata qaytarılıb. Görüntülər sosial şəbəkələrd
15 dekabrBayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?
Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyəti dövrün
14 dekabr500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA
"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır". -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramo
14 dekabrDövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək
Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri
13 dekabrXalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı
Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail
15 dekabr