Avtoxuliqanlıq edən sürücü yol polisinə dönər bıçağı ilə hücum edib

Avtoxuliqanlıq edən sürücü yol polisinə dönər bıçağı ilə hücum edibBakıda avtoxuliqanlıq edən sürücü polisə dönər bıçağı ilə hücum edib.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 99 PV 229 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən "saxla" əmri verilib. Lakin sürücü buna tabe olmayaraq avtoxuliqanlıq əməlini davam etdirib. Yol polisi tərəfindən süni tıxac yaradılıb və nəticədə avtomobil metronun "28 may" stansiyası yaxınlığında saxlanılıb.

Sürücünün əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Məmmədəli Turabov olduğu müəyyən edilib.

M.Turabov avtomobildən enərək yaxınlıqdakı dönərxanadan dönər bıçağını götürüb və YPX əməkdaşlarının üstünə hücum edib. Bunun qarşısı alınıb. Daha sona isə M.Turabov özünə xəsarət yetirmək istəyib.

Polisin sayıqlığı nəticəsində onun bu əməlinin də qarşısı alınıb.

M.Turabov saxlanılaraq polis bölməsinə təhvil verilib.


Sonxeber.az Telegramda izləyin
Hadisə   Baxılıb: 897   Tarix: 21 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Bakıda qadın və azyaşlı qızı ölümdən 1 saniyə ayırdı - QORXUNC GÖRÜNTÜLƏR

Bakının Binəqədi rayonunda avtobusdan düşən qadınla azyaşlı qızın təhlükəli anlar yaşamasını əks etdirən görüntülər yayılıb.. . Piyada keçidinin üzərində sərnişinləri düşürən 202 saylı avtobusdan enən qadınla azyaşlı qız yolu keçməyə çalışıb. Bu zaman avtobusun arxasından gələn və mişar daşı ilə dol

21 avqust 2019

Bakıda dəhşətli qəza: maşın prospekt boyu belə fırlandı - VİDEO

Bakı şəhəri, Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.. . Sonxeber.az avtosfer.az-a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni iritib. Əvvəlcə yolun sağ zolağında bir qədər sürüşdükdən sonra arakəsmədən sol zolağa keçib. Nəticədə aşaraq yolda hərəkətd

21 avqust 2019

Hərbi pilot Rəşad Atakişiyev DƏFN EDİLDİ - FOTOLAR/YENİLƏNDİ

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.. . Sonxeber.az xəbər verir ki, vida mərasimindən sonra R.Atakişiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.. . ***. . Təlim-məşq uçuşları keçirə

21 avqust 2019

Lənkəranda meşə belə yanır - VİDEO

Avqustun 20-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot

21 avqust 2019

Azərbaycanda yüksək vəzifəli şəxsə AĞIR İTKİ - FOTO

Azərbaycan Respublikası Birinci vitse-prezidentin köməkçisi Emin Zamin oğlu Hüseynova ağır itki üz verib.. . E.Hüseynovun anası Südabə xanım dünyasını dəyişib.. . Qeyd edək ki, E.Hüseynov ABŞ-da nüfuzlu universitetlərdə təhsil alıb, Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində, Milli Bankda, Azərbayca

21 avqust 2019

Azərbaycanda FACİƏ: 10 yaşlı uşaq...

Quba rayonunda bədbəxt hadisə baş verib. . . Sonxeber.az-ın apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Xanəgah kəndində qeydə alınıb.. . Babasıgilə qonaq gələn 2010-cu il təvəllüdlü, Bakı şəhər sakini Cəfərov Rəsul Ramiz oğlu hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.. . Faktla bağl

21 avqust 2019

Sumqayıtda QANLI OLAY: Gənc qız bıçaqlandı

Sumqayıtda bıçaqlanma hadisəsi olub.. . Hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Nəcəfova Fəridə Mayıl qızı qarın boşluğundan bıçaqlanıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağırdır.. . Hadisənin təfərrüatı araşdırılır.(apa)

21 avqust 2019

FHN Hirkandakı yanğına görə amfibiya təyyarəsi qaldırdı

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi cəlb olunub. . . Sonxeber.az-ın məlumatına görə, yanğının söndürülməsi məqsədilə FHN-in Aviasiya dəstəsinin iki helikopteri də dünəndən ərazidə fəaliyyətdədir

21 avqust 2019

YPX maşını qəzaya düşdü - 3 maşın toqquşdu

Mingəçevirdə YPX-yə məxsus avtomobilin də iştirakı ilə zəncirvari yol qəzası baş verib. . . Sonxeber.az-ın APA-ya istinadən məlumatına görə, hadisə gecə saatlarında M.Maqomayev prospektində baş verib. Belə ki, "VAZ 2107", "VAZ 21099" və YPX-yə aid "BMW" markalı avtomobillə

21 avqust 2019