Bürclər insan xasiyyətinə təsir göstərirmi?

Bürclər insan xasiyyətinə təsir göstərirmi?"İnsanların xasiyyətlərinin bürclərlə əlaqələndirilməsi cəfəngiyyatdır. Ümumiyyətlə, bürclərlə insan xasiyyətləri arasında hər hansı bir əlaqə yoxdur və dünya elmi də bu əlaqəni inkar edir".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib.

Onun sözlərinə görə, hazırda ulduz fallarını çox adam qəbul etsə də, sovet dövründə belə hallar qəbul olunmurdu və təbliğat tamamilə başqa cür aparılırdı: "Deyirlər ki, uşaq hansısa planetin himayəsi altında dünyaya gəlib. Yaxud uşaq oğlaq bürcündə doğulubsa, onda onun xasiyyəti oğlaqın, şir bürcündə doğulubsa, şirin xarakteri ilə əlaqəlidir. Bunlar hamısı cəfəngiyyatdır. Astrofizik kimi bunların heç birinə inanmırıq. Bu, tam qədimdən yaranan, elmi əsası olmayan baza üstündə yaradılmış bir fikirdir".

X.Mikayılov bildirib ki, keçmiş zamanlarda bürclər şərti adlandırılıb. İnsanlar parlaq ulduzları müəyyən xəyali xətlərlə birləşdirib onları müxtəlif fiqurlara oxşadıblar və ona uyğun da adlandırıblar: "İlin 12 bürcə bölünməsi də şərti bölgüdür. Buna görə də insan xarakterinin bürclərə uyğunluğunun hansısa elmi əsası ola bilməz".

Rəsədxananın direktor müavini bildirib ki, uşağın xarakteri genetik amillərlə daha çox bağlıdır.

Amma o, bununla belə hesab edir ki, günəş şüalarının düşmə bucağı, onun üfüqdən hündürlüyü uşağın xarakterində rol oynaya bilər. Bu səbəbdən də yay və qışda doğulan uşaqların xaraketləri fərqlənə bilər:

"Mənim fikrim odur ki, uşaq hələ ana bətnində olarkən - doğuma yaxın zamanda günəş şüasının düşmə bucağının fərqli olması qışda doğulan uşaqlara başqa cür, yayda doğulan uşaqlara başqa cür təsir edir. Soyuq aylarda doğulan uşaqlar bir az mülayim olurlar. Bu, onunla izah edilə bilər ki, qışda günəş şüasının düşmə bucağı çox aşağı olur. Amma isti aylarda doğulan uşaqlar bir az aqressiv, əsəbi olurlar. Çünki isti aylarda günəş şüaları zenitə yaxın yerdən keçir. Həmin vaxt onun düşmə bucağı böyük olduğuna görə bu, ana bətnində olan, doğulan uşaqlara başqa cür təsir edə bilər. Düzdür, bunun da hələ elmi əsası yoxdur. Amma bu, mənim şəxsi fikrimdir"./trend/


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1335   Tarix: 25 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib

"Hər kəs xalqın xidmətçilərinin sağlığı üçün dua etməlidir. Əgər İran xalqı narahat olmazsa, o zaman ölkənin işində heç bir problem olmayacaq". Bunu İranın ali dini rəhbəri ayətulla Seyid Əli Xamenei İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin mayın 19-da qəza enişi etməsi xəbərində

19 may
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

18 may
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18 may
.

Türkiyə XİN: İranda helikopter qəzası xəbərlərini üzüntü ilə izləyirik

Türkiyənin Xarici İşlər Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin sərt eniş etməsi xəbəri ilə bağlı açıqlama yayıb. "Report" xəbər verir ki, bu barədə nazirliyin "X"dəki hesabında paylaşım olunub. Qeyd edilir ki, Türkiyə İranda helikopter qəzası ilə bağlı xəbərlər

19 may
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18 may
.

SON DƏQİQƏ! Xameneinin kabinetində fövqəladə iclas KEÇİRİLİR

İran Milli Təhlükəsizlik Şurasının dini lider ayətullah Əli Xameneinin kabinetində fövqəladə iclası başlanıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. İran hökumətinin nümayəndə heyəti Rəisinin helikopterini

19 may
.

Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib

Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) "X"dəki hesabında bildirib. Bu gün İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramas

19 may
.

SEPAH: Rəisinin helikopterinin dəqiq yeri müəyyən edilib

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı dəqiq yer müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Əsgər Abbas Qalizadə bildirib. "Bir neçə dəqiqə əvvəl hadis

19 may
.

Rəisinin helikopterini axtaranların sayı artırıldı

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı ərazidə axtarış aparan xilasedicilərin sayı gecənin düşməsi ilə əlaqədar 65-ə çatdırılıb. -a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin məlumatında deyilir

19 may