"Uşaq pulu" ilə bağlı XƏBƏR VAR - BƏRPA OLUNUR? FOTO + VİDEO

"Uşaq pulu" ilə bağlı XƏBƏR VAR - BƏRPA OLUNUR? FOTO + VİDEOSon aylarda ölkədə uşaqlar üçün verilən müavinətin bərpa olunacağı ilə bağlı məsələ tez-tez gündəmə gəlir.

Sonxeber.az xəbər verir ki, el arasında "uşaq pulu" adlanan müavinətin bərpası ilə bağlı təşəbbüsü insanlar maraqla qarşılayıblar.

Qeyd edək ki, 2006-cı il iyunun 1-dən Azərbaycanda "uşaqpulu" verilmir. Həmin dövrdə bu qərar uşaqlar üçün verilən pulun məbləğinin az olması ilə əsaslandırılıb və dövlətin ünvanlı sosial yardıma üstünlük verdiyi açıqlanıb. Müstəqil ekspert Sahib Məmmədov bildirir ki, "uşaqpulu"nun bərpası indiyədək bir neçə dəfə gündəmə gətirilsə də, ünvanlı sosial yardım vətəndaşlar üçün daha sərfəlidir.

Sahib Məmmədov – Ekspert: "Ucdantutma hamiya, milyonları olan, biznesmenin, hec nəyə ehtiyacı olmayanlara uşaq pulunun verilməsinin tərəfdarı deyiləm. Mən hesab edirəm ki, bu, ünvanlı olmalı və təminatsız ailələrə yönəlməlidir. Baxırlar ki, adam başına respublika üzrə müəyyən olunmuş minamal ehtiyac meyarlarından aşağıdır bunların gəlirləri, deməli o fərqi ödəyirlər".

Adətən "uşaqpulu" kimi mexanizmlər demoqrafik problemlərin yaşandığı ölkələrdə tətbiq olunur. Məsələn, Rusiyada demoqrafik vəziyyət kritik səviyyədə olduğundan, ölüm doğuşu üstələdiyindən dövlət buna getməyə məcbur oldu.Azərbaycanda isə, son 15 ildə əhali sayı 1.7 milyon nəfər artaraq, 10 milyonu ötüb.Təkcə bu ilin 6 ayı ərzində ölkədə yeni doğulmuş körpələrin sayı 66 min 687 nəfər olub.Yetkinlik yaşına çatmayan uşaqların sayı isə 2 milyon 700 min nəfərdir. Ekspertlərin sözlərinə görə, Azərbaycanda sosial müavinətlərin verilməsində uşaqlara dair məsələlər diqqətdə saxlanılır və dövlət ünvanlılıq prinsipini əsas götürür. Belə olan halda indiki sistemi ləğv edib, "uşaqpulu" mexanizminə qayıtmaq arzuolunan effekti verəcəkmi?

Sahib Məmmədov – Ekspert: "İnandırım ki, belə olsa, ailələr daha çox itirəcək, nəinki indiki halda. Çünki indiki halda uşaq olmayan ailələr də ünvanlı yardım ala bilir".

Ünvanlı sosial yardımla yanaşı, aztəminatlı ailələrin sosial rifahının gücləndirilməsi üçün ölkədə özünüməşğulluq proqramı da tətbiq olunur. Ekspertlər bildirirlərki, bu proqram da öz müsbət effektini verməkdədir.

Rəşad Həsənov- İqtisadçı: "Özünüməşğulluq proqramının əhatə dairəsi genişlənir və bu, özünəməşğulluq proqramından yararlananların ünvanlı sosial yardıma çıxışını məhdudlaşdırır. Çünki özünəməşğulluq proqramından yararlananlar artıq sosial yardım ala bilmir. Bu, proqram çox dəstəklənir və dünya səviyyəsində geniş şəkildə tətbiq olunur. Özünəməşğöulluq proqramını mən özüm də dəstəkləyirəm. Çünki burda maliyyə asılılığı olmur".

Azərbaycanda insanların sosial təminatını yüksəldən bu cür proqramların yetərincə olduğunu deyən ekspertlər bu il ərzində minimum əməkhaqqının və minimum pensiyanın məbləğinin kəskin artırıldığını da xatırladırlar. Onların sözlərinə görə, bu addımlar əhalinin maddi rifahının artırılmasına hesablanıb və dövlətin problemləri köklü surətdə həll etmək əzmini göstərir. Yəni prioritet vəzifə insan kapitalının inkişaf etdirilməsidir. Mütəxəssislər azyaşlılarla bağlı yeni təşəbbüslərin daha çox xəstə uşaqlara yönəldilməsini vacib sayırlar.

Sahib Məmmədov – Ekspert: "Yüzlərlə, minlərlə uşaqlar varki, serebral iflicdir, autizmdir, daun sindromludur. Bunlarla bağlı reabilitasiya və digər mərkəzlər yaradılmalıdır. Bunlara həyat vərdişlərinin öyrədilməsinə yönələn layihələr vacibdir.Uşaqlar fiziki və mənəvi baxımdan sağlam böyüməlidir".

Mütəxəssislər bildirirlər ki, uşaq pulunun verilməsi təşəbbüsü yeni mexanizmlərin hazırlanması, qanunlarda köklü dəyişiklik edilməsi şəraitində mümkün ola bilər. Bu isə indiki halda real görünmür. Təkliflər müzakirə olunarkən ailələrin sosial müdafiəsində hansı proqramların daha çox faydalı ola biləcəyi təhlil olunmalı və təbii ki, maliyyə yükü mütləq nəzərə alınmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 19140   Tarix: 28 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü

Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr