Uşaq pulu nə qədər olacaq?

Uşaq pulu nə qədər olacaq?Hökumətdə uşaq pulu məsələsi çox ciddi şəkildə müzakirə olunur.

BiG.AZ xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov ötən gün "Yeni Müsavat"a açıqlamasında bu barədə danışıb. O qeyd edib ki, hazırda hökumətdə müzakirə aparılır, xarici ölkələrin təcrübəsi öyrənilir:

"Bu, dünyada, həmçinin postsovet məkanında necədir və sair...Tutaq ki, hər uşağa 30 manat pul verirsən, əslində bunu verməsən, daha yaxşı olar. Elə bir variant seçməliyik ki, valideynin üstündən yük götürülsün. Məsələn, uşağın məktəb ləvazimatı, digər məsələləri, qidalanması var, gərək pul ona çatsın. Həm də elə olmalıdır ki, dövlətin bu vəsaiti ayırmağa gücü çatsın. Hər şey qaydalar çərçivəsində olmalıdır".

Uşaq pulu hansı yaşda uşaqları əhatə edəcək, bununla bağlı ortaq məxrəcə gəlinibmi- sualına cavab verən deputat bildirib ki, hələlik müzakirələr gedir, özü də çox ciddi şəkildə...

Qeyd edək ki, iqtisadçı ekspertlərdən ilk olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov təkliflər paketi hazırlayaraq hökumətə təqdim edib. Ekspert də bildirib ki, "Uşaq pulu"nun bərpası ilə bağlı təkliflər paketi İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən hazırlanıb və Azərbaycan hökumətinə təqdim olunub.

Biz bir neçə ay öncə uşaq pulunun bərpası ilə bağlı mexanizmi hökumətə təqdim etdikdə həm parlament üzvləri, həm digər dövlət qurumları ilə məsələ müzakirə edildi. Məsələ parlament üzvləri arasında da müzakirə olunub. Parlamentdə ilkin olaraq 3 yaşına qədər "uşaq pulu"nun verilməsi müzakirə edilib. Lakin nə parlamentdə, nə də hökumət qurumları tərəfindən "uşaq pulu"nun bərpası ilə bağlı vaxt göstərildi".

Ölkədə 17 yaşınadək uşaqların sayı 2,7 milyondur. Bunun 640 min nəfəri 3 yaşınadək olan uşaqlardır. Biz isə "uşaq pulu"nun bərpası ilə bağlı üç yaş qrupu müəyyənləşdirmişik. Birinci yaş qrupu 3 yaşına qədər olan uşaqlardır. Bu yaş qrupunda olan uşaqlara daha çox "uşaq pulu"nun verilməsinin tərəfdarıyıq. Bunun səbəbi də onunla bağlıdır ki, 3 yaşına qədər olan uşaqların xərcləri daha çoxdur. Uşaq qidaları bahadır, səhiyyə xərcləri var. İkinci qrupa 3-6 yaş arası uşaqlar daxildir.

Üçüncü mərhələyə 7-17 yaş arası olan uşaqlar daxildir. Bizim hesablamalarımız göstərir ki, bütün 17 yaşına qədər uşaqlara "uşaq pulu"nu vermək üçün 1.6 milyard manat vəsait tələb olunur. Bu büdcə xərclərinin təxminən 6 faizi deməkdir. Biz eyni zamanda büdcədə həmin vəsaitə necə qənaət edilməsinə və həmin vəsaitin maliyyələşdirilməsi yollarını da göstərmişik. İnvestisiya və infrastruktur xərclərinə qənaət etməklə, "uşaq pulu" bərpa oluna bilər. Onu da bildirim ki, inkişaf etmiş ölkələrin hamısında "uşaq pulu" verilir.

Sosial paketin də təqdim olunduğunu nəzərə alsaq, uşaq pulunun bərpası mümkündür. Amma bütün hallarda qərarı hökumət verir. Nəticəni bilmək üçün hökumətin rəsmi qərarı olmalıdır. Ümid edirik ki, yaxın vaxtlarda "uşaq pulu"nun bərpasını görə biləcəyik".

Uşaqlar üçün verilən müavinətlərin bərpası ilə bağlı ötən gün İTV-ə müsahibə verən ƏƏSMN-nin şöbə müdiri Babək Hüseynov bildirib ki, 2006-cı ilə qədər uşaqlar üçün nəzərdə tutulan müavinətlər mövcud olub, ancaq onların hamısı dayandırılmayıb, bir çoxu hazırda da ödənilir:

"Aztəminatlı ailələrin uşaqlarına verilən müavinət isə 2006-cı ildə 1 manat 80 qəpik idi, hər bir uşağa verilirdi. Burada valideynlərin işləməməsi əsas götürülürdü.

Digər kateqoriyadan olan uşaq müavinətləri - müddətli hərbi xidmətdə olanların uşaqları, müharibə səbəbindən əlilliyi olan şəxslərin uşaqları, şəhid ailələrinin uşaqlarına verilən müavinətlər, Çernobl əlillərinə verilən müavinətlər saxlanılır.

Eyni zamanda uşağın anadan olmasına görə verilən müavinət var, 5-dən çox uşağı olan anaya hər uşağa görə verilən müavinət də var. Həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən müavinətlər var. Uşaqların müavinətləri dayandırılmayıb, əksinə daha da artıb.

Ancaq aylıq əsaslarla verilən müavinət dəyişdirilib, başqa növdə yəni ünvanlı sosial yardım kimi həmin ailələrə verilir. 2006-cı ildə islahatlar aparıldı, müavinətlərin ünvanlı verilməsi qərarına gəlindi. Bu da ehtiyacı olan ailələrə daha çox məbləğdə ünvanlı sosial yardım verilməsi ilə nəticələndi.

Hazırda ölkə üzrə 60 min ailə ünvanlı sosial yardım alır, təxminən 260 min nəfəri əhatə edir. Hər ailəyə düşən ünvanlı sosial yardım məbləği 200 manat, adambaşına düşən məbləğ isə 50 manatdır. Ünvanlı sosial yardım alanların 140 min nəfərdən çoxu 18 yaşınadək olan uşaqlardır. Bununla da hamıya az məbləğdə kömək etməkdənsə, ehtiyacı olana daha çox kömək edirik.

Ünvanlı sosial yardımın verilməsi qaydası da 2 ildir ki, elektronlaşıb". Nazirliyin şöbə müdiri həmçinin vurğulayıb ki, bu ilki sosial artımlar uşaqları da əhatə edib.

Dövlət qurumundan uşaq pulunun verilməsi ilə bağlı pozitiv bir fikir səsləndirilməyib.

Qeyd edək ki, bu məsələ hazırda hökumətdə və Milli Məclis səviyyəsində müzakirə olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4175   Tarix: 31 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü

Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr