Dünyanın ən qumarbaz 10 ölkəsi

Dünyanın ən qumarbaz 10 ölkəsiQumar oyunlarından danışanda, çoxumuzun gözləri önündə ilk növbədə Las-Veqas kazinolarının işıqları canlanır. Lakin qəribə də olsa, ABŞ dünyanın heç də ən qumarbaz ölkəsi deyil. Hələ üstəlik ən qumarbaz ölkələr dünyanın ən gözləniməz ölkələridir.

Aşağıda "H2 Gambling Capital" tərəfindən təqdim olunmuş məlumatlar əsasında tərtib olunmuş ən qumarbaz ölkələr haqqında danışacağıq:

Reytinq tərtib olunarkən zərərin göstəricisi ölkənin yaşlı əhalisinin sayına görə hesablanıb.

Zərərlərə poker, oyun avtomatları, at yarışları və kazino da daxil olmaqla, bütün qumar oyunlarında itirilən pullar daxildir.

Avstraliya

Adambaşına düşən zərər: $1 288.00

Avstraliyada qumar oyunları o qədər geniş yayılıb ki, ölkənin mərkəzi bankı faiz dərəcəsini artırmalı olub.

Ölkədə idman oyunlarına onlayn-pul yatırmağa icazə verilir.

Bundan başqa Avstraliyada oyun avtomatları geniş yayılıb. Nyu-Saus-Velsdə ölkənin poker avtomatlarının yarısı yerləşir.

Adambaşına düşən $1 288.00 məbləğində zərər qarşılığında 2006-2010-cu illər arasında 935 qumarbaza kazinolara giriş qadağa edilmişdi.

Lakin bu adamları tez-tez "iş başında" yaxalayırdılar. Onların hamısı ümumilikdə qadağaları 1200 dəfə pozmuşdular.

Sinqapur

Adambaşına düşən zərər: $1 174.00

Sinqapurda ilk kazino 2010-cu ildə açılıb, lakin o vaxtdan bəri ölkə dünyanın ən qumarbazlarından birinə çevrilib.

Ölkədə kazinoların açılması bəzi problemlərə gətirib çıxardı, belə ki, insanlar asılılığın güclənməyindən və ya daha böyük itkilərə məruz qalmaqdan qorxurdular.

Hökumət yerli əhalinin qumar oynamağını dəstəkləmir, buna görə də kazinolarda oynamaq istəyən yerli əhali üçün $81 məbləğində rüsum tətbiq edilb.

Ailənin istənilən üzvünə digərlərinə qanun çərçivəsində kazinolara baş çəkməyi qadağan etmək də icazə verilir. Ancaq bu tədbirlər də müsbət nəticə vermir.

İrlandiya

Adambaşına düşən zərər: $588.00

İrlandiyada kazino sənayesi zəif tənzimlənir, çünki ölkədə olduqca köhnə - 1956-cı ilin "Gaming and Lottery Act" qanunu fəaliyyət göstərir.

Lakin bu qanunu müasir şəraitdə tətbiq etmək mümkün deyil ki, bu da qanun qəbul olunduqdan sonra ölkədə valyutanın dəyişməsi ilə bağlıdır.

Ölkə ən qumarbazların sırasında olduğuna, əhalisi isə böyük itkilərə məruz qaldığına görə, hökumət bu sahənin tənzimlənməsi üçün yeni tədbirlər və qanunlar qəbul edir.

Kanada

Adambaşına düşən zərər: $568.00

Yetkinlik yaşına çatmış kanadalıların 75%-dən çoxu qumar oyunlarının müxtəlif növlərinə cəlb olunublar.

Kanadada qumar oyunları arasında ən məşhuru müxtəlif növ lotereyalardır.

Lotereyaların populyarlığı ona gətirib çıxardı ki, hökumət uşaqlara lotereya bileti şəklində hədiyyə verməyi qadağan edən müəyyən tədbirlər görmək barədə düşünməyə başlayıb.

Finlandiya

Adambaşına düşən zərər: $553.00

Sosial məsələlər və Səhiyyə Nazirliyinin məlumatına əsasən, yetkinlik yaşına çatmış finlərin 41%-dən çoxu hər həftə qumar oynayır.

Hökumət 2011-ci ildən etibarən qumar oynamağa icazə verilən yaş həddini 18-ə qaldırdı. Daha öncə isə bu hədd 15 yaş idi.

İtaliya

Adambaşına düşən zərər: $517.00

İtaliyada ilk kazino San-Remoda açılıb və 1933-cü ilə qədər o, ölkədə yeganə qumarxana idi.

"Campione d’Italia" isə ölkədə açılan ikinci kazinodur və hal-hazırda da fəalıiyyətdədir. O, Avropanın ən böyük qumar mərkəzi sayılır. Bundan başqa ölkədə onlayn qumar oynamağa da icazə verilir.

Yetkinlik yaşına çatmış italyan orta hesabla 517 dollar zərər verir.

Honkonq

Adambaşına düşən zərər: $503.00

Honkonqda qumar oyunları 1977-ci ildən tənzimlənir. Əksər bukmeker mərkəzləri Honkonq jokey-klubu tərəfindən açılıb.

Təşkilat azsaylı qanuni qumar oyunlarından biri olan at yarışlarına nəzarət edir. Şəhər il ərzində 700-dən çox avtomobil yarışları keçirir.

Lakin qeyri-qanuni və ya xarici bukmekerlərlə işə görə cəza da nəzərdə tutulub. Belə ki, qanunu pozanları 9 ay həbs cəzası və ya 30 min dollar məbləğində cərimə gözləyir.

Norveç

Adambaşına düşən zərər: $448.00

Norveç yalnız Avropada deyil, bütün dünyada qumar oyunları ilə bağlı ən ciddi qanunvericiliyə malik ölkələrdən biridir.

Hazırda Norveçdə qadağa olunmamış qumar oyunlarının bütün növlərini təqdim edən cəmi iki oyun operatoru fəaliyyət göstərir.

Ölkədə qumar oyunları və lotereya üç - lotereyalar haqqında qanun, oyunlar haqqında qanun və totalizatorlara pul yatırmaq haqqında qanunla tənzimlənir.

Poker bütün dünyada olduğu kimi, Norveçdə də ən məşhur kart oyunlarından biridir. 2015-ci ildə Norveçdə ilk çempionat keçirilmişdi. Çempionatın baş turnirində 1974 oyunçu iştirak etmişdi ki, bu da çempionat üçün dünya rekordu idi.

Yunanıstan

Adambaşına düşən zərər: $420.00

Son 10 il ərzində Yunanıstanda xeyli yeni oyun evləri yaranıb. Hələ üstəlik, ölkənin qumarxanaları turistləri yalnız istirahət ərəfəsi olan yay fəslində deyil, bütün il boyu cəlb etməyə çalışırlar.

Yunanlar infrastrukturun inkişaf etdirilməsi üçün Veqası əldə rəhbər tutublar, yəni, kazinolar dəbdəbəli hotel və ya kurortların bir hissəsidir ki, burada da qonaqları əla nömrələr, hovuzlar, idman meydançaları, dünya ulduzlarının iştirakı ilə şou-proqramlar və digər əyləncələr gözləyir.

İspaniya

Adambaşına düşən zərər: $418.00

İspaniyanın 1985-ci ildə Avropa İttifaqına qəbul edilməsi ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərmiş, eləcə də oyun evlərinin sayının artmasına gətirib çıxarmışdı.

Hazırda qumar sənayesi ölkə ÜDM-in təxminən 3%-ni gətirir.

Qanunvericilikdə həm kazino, həm totalizator, həm də onların ziyarətçilərinin 2500 avrodan yuxarı gəlirlərinin vergiyə cəlb edilməsi nəzərdə tutulur.

oxu.az
Dünyanın ən qumarbaz 10 ölkəsiDünyanın ən qumarbaz 10 ölkəsiDünyanın ən qumarbaz 10 ölkəsiDünyanın ən qumarbaz 10 ölkəsiDünyanın ən qumarbaz 10 ölkəsiDünyanın ən qumarbaz 10 ölkəsiDünyanın ən qumarbaz 10 ölkəsiDünyanın ən qumarbaz 10 ölkəsiDünyanın ən qumarbaz 10 ölkəsiDünyanın ən qumarbaz 10 ölkəsi


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3562   Tarix: 07 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı

Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"

21 aprel
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20 aprel
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14 aprel
.

Bu əşyaları spirtlə təmizləmək olmaz – Diqqətli olun

Spirt paslanmayan poladdan tutmuş istənilən səth üçün güclü təmizləyicidir. Güclü həlledici həm də bərkimiş saqqız, stiker qalıqları və hətta şirə kimi görünməsi mümkün olmayan ləkələrə qarşı ən yaxşı müdafiə vasitələrindən biridir. Belə ki, spirtlə təmizlənə bilən çoxlu şeylər var. Ancaq bu o demə

16 aprel
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14 aprel
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14 aprel
.

Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirilə

20 aprel
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

17 aprel
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinci evlilikləri

21 aprel