Oğlan tələbələr nə üçün kirayə mənzil tapmaqda çətinlik çəkir? - Ekspertdən AÇIQLAMA

Oğlan tələbələr nə üçün kirayə mənzil tapmaqda çətinlik çəkir? - Ekspertdən AÇIQLAMATədris ilinin başlanmasına qısa müddət qalmasında baxmayaraq, hələ də ev tapa bilməyən tələbələr var. Məlumdur ki, tədris müəssələrində dərslər başlayanda kirayə evlərin qiyməti də qalxır. Bu da təbii ki, tələbələrə çətinlik yaradır. Tələbə oğlanlar üçün vəziyyət daha çətindir. Çünki, onlar təkcə qalacaqları evin yüksək kirayə haqqı problemi ilə qarşılaşmırlar. Həmçinin, ev sahiblərinin əksəriyyəti tələbə qızlara üstünlük verir. Bunu "Qızlar üçün kirayə ev verilir" kimi əksəriyyət elanlarla sübut etmək mümkündür. Lakin, qızlar da kirayə mənzil tapmaqda müxtəlif çətinliklərlə qarşılaşırlar.

Sonxeber.az -a açıqlama verən, 19 yaşlı tələbə Rəvanə Lalayevanın sözlərinə görə, əsas problem şəraiti zəif olan evin baha qiymətə kirayə verilməsidir. Bundan əlavə, mənzil sahibləri kirayə ev verərkən mütəmadi olaraq mənzilin təmiz saxlanması ilə bağlı xəbərdarlıq edirlər.

23 yaşlı tələbə Vüqar Qurbanov isə təhsil aldığı müddət ərzində kirayə qaldığı evlərin sayını artıq unudub. O hər dəfə bir problem yaşayaraq evdən ayrılmaq məcburiyyətində qalıb:

"Gah qonşuların şikayəti, gah da evdəki əşyaların korlanması tez-tez mənzil sahibi tərəfindən irad tutulan səbəblər olub. Elə vaxt olub ki, kirayə qaldığım evdə növbəti dəfə də qalmaq istəmişəm. Lakin, qiymətin büdcəmə uyğun gəlməmə səbəbindən evi dəyişmək məcburiyyətində qalmışam.

Sözügedən mövzu ilə bağlı Sonxeber.az-a açıqlamasında əmlakçı Zamiq Rzayev eyni problemin hər il yaşandığını qeyd edib. O bildirib ki, tələbələrin evi təmiz saxlaya bilməməsi başlıca problemlərdəndir:
"O cümlədən, evdə yaranan səs-küy səbəbindən qonşular şikayət edir, evdəki əşyalarla olduqca kobud rəftara görə mənzil sahibləri artıq tələbələrə ev vermək istəmir. Buna görə də, bir çox mənzil sahibi evdə tək yaşayacaq tələbələrə kirayə ev verir. Lakin, tək qalmaq da maddi baxımdan heç bir tələbə üçün əlverişli deyil".

Ekspert qiymətlərlə bağlı da fikir bildirib. Onun sözlərinə görə, qiymətlər baha olduğu üçün ev tapmaq daha da çətinləşib: "Qiyməti ev yiyəsi öz istəyinə uyğun olaraq müəyyən edir. 1 otağı 200 azn-ə də, 300- 350 azn- ə verən də olur".

Zamiq Rzayev tələbələr ev seçərkən daha ucuz başa gəlməsi üçün şəhərdən kənar məkanlara üstünlük verdiklərini bildirib :

"Onlar adətən Xırdalan, Masazır, Binəqədi ,Yeni Yasamal və Sulutəpə ərazilərində kirayə ev axtarırlar. Qızlar daha çox bina evinə üstünlük verdiyi halda, oğlanlar üçün bunun fərqi yoxdur. Əsas ev olsun".

Ekspert onu da qeyd edib ki, azərbaycanlı oğlan tələbələrdən fərqli olaraq xaricdən gələn, hətta, türk vətəndaşları belə rahatlıqla ev tapa bilir: "Bunun əsas səbəbi, mənzil sahiblərinin qiymətlərdən xəbərsiz olan həmin əcnəbi tələbələrə evi baha qiymətə verə bilmələridir. Lakin, sonda onlar da evdən çıxanda mənzil bərbad halda, əşyalar sıradan çıxmış vəziyyətdə olur".

Lamiyə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1038   Tarix: 09 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021