Mahir Emrelinin var-dövləti ilə bağlı ilginc FAKTLAR - VİDEO

Mahir Emrelinin var-dövləti ilə bağlı ilginc FAKTLAR - VİDEOAzərbaycan milli komandasının və "Qarabağ"ın hücumçusu Mahir Emrelinin evinin qarət edilməsi futbolçunun ailəsi ilə bağlı problemləri də yenidən gündəmə gətirib. Qeyd edək ki, sentyabrın 11-də futbolçunun anası ilə birgə yaşadığı Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 20 ünvanında yerləşən evindən 20 min dollar, 17 min manat, 5 min manatlıq qızıl-zinət əşyaları və 3 ədəd "İphone" markalı telefon oğurlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü oğurluq - yaşayış yerinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Mahir Emrelinin anası Elnurə Emreli evdən işlə bağlı bir neçə saatlıq çıxdığı üçün mühafizə siqnalını qoşmadığını və nəticədə oğurluq hadisəsi baş verdiyini söyləyib:

"Saytlar mənim adımdan həqiqəti əks etdirməyən məlumatlar yazıblar. Bildirmək istəyirəm ki, ev mənə məxsusdur. Oğurluq hadisəsi günorta saatlarında baş verib. Saat 12:00 radələrində işim olduğu üçün evdən çıxmalı idim. 15:00-a qədər qayıdacağımı bilirdim deyə, mühafizə siqnalını qoşmadım və evdən çıxdım. Əgər mühafizə xidmətinə qoşulsaydı, mühafizə polisi evdə hərəkətin olduğunu dərhal bilərdi. Mən də tez qayıdacağımı bildiyim üçün buna diqqət etmədim. İşdən qayıdıb gələndə gördüm ki, evimiz naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub". Emrelinin anası əvvəl prodüser kimi fəaliyyət göstərib. Hazırda isə o, məşhur mağazalardan birinin rəhbəridir.

Mahirin atası, prodüser Anar Mədətovun baş vermiş oğurluq hadisəsi haqda danışması isə yeni müzakirələrə səbəb olub. Belə ki, ailəsindən boşanmış Anar Mədətov deyib ki, Sulutəpədəki ev onundur və onun adınadır. "Mahirin öz evi yoxdur. Evi mən öz zəhmətim bahasına tikib qurmuşam. Hazırda isə orada keçmiş həyat yoldaşım və uşaqlarım yaşayır. Fevral ayının 15-də mən evi tərk etmişəm. O vaxtdan evdən heç bir xəbərim olmayıb. Xocasəndə hamı bilir ki, bizim evimiz 24 saat mühafizə polisi tərəfindən mühafizə olunur. Mən Binəqədi rayonunun mühafizə polisinin rəisi ilə əlaqə saxladım. Onlar mənə bildirdilər ki, oğurluq hadisəsi baş verən zaman ev mühafizə olunmayıb. Elə bu səbəbdən də oğrular rahat şəkildə evə giriblər. Hazırda isə cinayətkarın tapılması istiqamətində ciddi araşdırmalar aparılır. Bu hadisənin necə və hansı şəraitdə baş verməsi isə müəmmalıdır". Yada salaq ki, Anar Mədətov bir müddət əvvəl xanımından ayrılıb və stilist Samirə Abbasova ilə nikaha girib. Bundan sonra həm Mahir, həm də bacısı Mədətov soyadından rəsmən imtina ediblər.

Atasının "ev mənə məxsusdur" deməsi isə Emreli ailəsinin ciddi narazılığına səbəb olub. "Polislər tərəfindən məsələ araşdırılır, istintaq sirri olduğundan bu haqda məlumat verə bilmərəm. Qaldı ev məsələsinə. Əgər ev ona məxsusdursa, evin kupçasını göstərsin". Yeri gəlmişkən, may ayında A.Mədətov qonaq olduğu ARB-dəki verilişlərin birində deyib ki, mal-mülkünü oğlu Mahirin adına keçirib.

Sitat: "Mahirə axırıncı dəfə dedim ki, nəsə olsa, məni yaddan çıxar, amma futbolunu oyna. Elə bilirlər ki, Mahirin mülkünü mənimsəyəcəklər. Açıq-aşkar dedim ki, nəyim varsa, uşaqlarıma qalacaq. Özlərinə də vaxt verdim. Getdim adlarına keçirdim. Fermasından tutmuş hər bir şeyə qədər. Dedim ki, mənə ferma lazım olsaydı, gedib fermerin qızını alardım".

A.Mədətovun anası da zaman-zaman bu mövzuya qarışıb və hətta "Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Səni axtarıram" verilişində şokedici açıqlamalar verib. O deyib ki, oğlu və keçmiş gəlini son on ildə ayrı yaşayırmışlar:

"Elnurə Zaqataladan gəlmişdi, sonradan Bakıda, Türkiyədə evlər aldılar. Oğlumun pulları ilə qohumlarının, qardaşının borcunu ödəyirdi. Anarın da, Elnurənin də on ildir öz həyatları var. Oğlum hər şeyi ona verib evdən çıxıb. Amma Elnurə Anarın sürdüyü maşına da həbs qoydurub. Oğlum rahat nəfəs almaq üçün boşandı, amma özü istəyib evlənmişdi. İndi də Mahiri Anarın yerinə basıblar, maaş kartı əllərindədir".

Anar Mədətov isə son narazılıqlarla bağlı belə açıqlama verib ki, keçmiş ailəsində "kupça" məsələsi ilə bağlı mübahisə olmayıb, bəzi saytlarda yazılan məlumatlar dezinformasiya xarakteri daşıyır.

Günün sonunda hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Emrelinin evinin qarət edilməsində şübhəli bilinən iki nəfər gənc Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən müəyyən edilib, axtarış tədbirlər.

Xezer TV-nin oğurluq hadisəsindən xəbər hazırlayarkən Mahir Əmrəlinin oğurluq edilən villasının görüntülərini çəkib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2945   Tarix: 13 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Bu sözləri -a geniş müsahibəsində xalq artisti Faiq Ağayev deyib. O bildirib ki, biznesinin olmasını çox istəyir:. "Amma bacarmıram, tacirlik damarım yoxdur. Yaxın ətrafım deyir ki, hər şey sənin səs tellərin

26 aprel
.

Zülfiyyə Xanbabayeva: "Səhnədə ölmək istəmirəm"

"Əvvəl fikirləşmişəm ki, 50 yaşın varsa, get otur evdə, oxuma. Bu da mənim səhvim olub. Özüm o yaşa gəlib çatandan sonra düşündüm, ağlıma belə gəlməzdi ki, bu yaşlarımda səhnəyə çıxım. Demək ki, başımdan böyük danışmışam. Bu isə mənim səhvim olub". Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayev

19 aprel
.

Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yarımsaat çıxış edəcək - SƏBƏB

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib. Bu barədə -ə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib. O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib. Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçü

24 aprel
.

"Cavanşir Məmmədov o qadını Allaha həvalə etdi"

Aparıcı Sərxan Kərəmoğlunun mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşımı diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin bir qadın tərəfindən haqsızlığa uğradığını yazıb. O, həmin şəxsin adını açıqlamayıb. "Bir ay öncə mənə təşəkkür etdi. Bir qadın var, onu Allaha həvalə etdi

21 aprel
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17 aprel
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

18 aprel
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21 aprel
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23 aprel
.

Könül Kərimova TANINMAZ HALDA - FOTO

Əməkdar artist Könül Kərimova saç düzümündə dəyişiklik edib. xəbər verir ki, sənətçi bununla bağlı "Instagram"da paylaşım edib. Qısa kəkil kəsdirən Əməkdar artist izləyicilərinə sual da ünvanlayıb:. "İndi deyin, mənə bu saç düzümü yaraşır, ya yox

21 aprel