Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidir

Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidirBugünkü çıxışımı bütün ömrüm boyu xatırlayacağam. Tamaşaçıların azarkeşliyi və arenadakı ab-hava möhtəşəm idi.

Sonxeber.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri sentyabrın 16-da Bakıda təşkil olunan bədii gimnastika üzrə 37-ci dünya çempionatının möhtəşəm açılış mərasimində çıxış edən Xalq artisti Emin Ağalarov jurnalistlərə müsahibəsində deyib.

Hit mahnıların ifaçısı bildirib: "Təşkilatçılar elə mahnılar seçmişdirlər ki, onlar hamı tərəfindən sevilir. "Сбежим в Баку", "Мой Азербайджан" və Müslüm Maqomayevin repertuarından "Синяя вечность" çox məşhur və sevilən mahnılardır. Dünya çempionatının açılış mərasiminə dəvət olunduğum üçün çox şadam. Həmişəki kimi tamaşaçılar möhtəşəm idi. Hər zaman Azərbaycanda çıxış edəndə üzərimdə böyük məsuliyyət hiss edirəm. Tamaşaçıların məni isti qarşılaması çox sevindirici haldır. "Мой Азербайджан" mahnısını arenada olan tamaşaçılarla birgə ifa etdim. Etiraf etməliyəm ki, bu gün mənim üçün yaddaqalan olacaq".

"Dünya çempionatında Azərbaycan və Rusiya gimnastlarına azarkeşlik edirəm. Ümid edirəm ki, Azərbaycan gimnastları uğurla çıxış edib xalqımızı sevindirəcəklər. İdman mənim həyatımın bir hissəsidir. İdmanla hamı məşğul olmalıdır. Çünki bu məşğuliyyət insan ömrünü uzadır", - deyə E.Ağalarov əlavə edib.

Qeyd edək ki, "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.

"Nağıllar gerçəkləşəcək" devizi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 851   Tarix: 17 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21 aprel
.

Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub

Cavanşir Məmmədovun ölümü ilə bağlı daha bir detal məlum olub. xəbər verir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı yayımında açıqlama verilib. Müğənni Firuzə İbadova bildirib ki, həmin vaxt ona zəng gəlib. "Ona kimsə zəng edib. Telefon əlindən düşüb. Deyi

27 aprel
.

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib. xəbər verir ki, C.Məmmədov verilişdə ölümlə bağlı verilən sualı cavablandırıb. Belə ki, Əməkdar artist əvvəl xanımının ölməsini istədiyini bildirib. O, niyə bu fikirdə olmasını

20 aprel
.

93 yaşlı media maqnatı ilk dəfə nişanlısı ilə görüntüləndi

93 yaşlı əslən amerikalı media maqnatı Rupert Merdok ilk dəfə 67 yaşlı nişanlısı Elena Jukova ilə görüntülənib. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, cütlük "Breakthrough Prize" elm mükafatlarının təqdimetmə marasiminə birgə qatılıb. Xatırlada

20 aprel
.

Cavanşir Məmmədovun son sözü bu olub - 3 dəfə deyib keçindi - VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Ölkə.az bildirir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı yayımında açıqlama verilib. Müğənni Firuzə İbadova bildirib ki, həmin vaxt ona zəng gəlib. "Ona kimsə zəng edib. Telefon əlindən düşüb. Deyi

24 aprel
.

"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA

"Cavanşirin ölümü gözlənilmədən baş verdi". xəbər verir ki, bunu "Unikal"a açıqlamasında bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun həyat yoldaşı Xalidə Məmmədova deyib. O bildirib ki, Cavanşir Məmmədovun ürəyinə stent qoyulmuşdu:. "Hadisə 1 saniyə içində baş verdi

20 aprel
.

Cavanşirin vəsiyyəti: kostyumda dəfnə din necə baxır? - İlahiyyatçı açıqladı

Əməkdar artist Cavanşir Məmmədovun vəfatı ilə iki ay öncə dəfni ilə bağlı efirdə etdiyi vəsiyyətin gündəmə gələsi müzakirələrə səbəb olub. Şəriətdə bir müsəlmanın kostyumla dəfninə istisnalarla, mərhumun vəziyyətinə görə icazə verilib-verilməməsi diqqət mərkəzindədir. Bu barədə ilahiyyatçı Ağa Hacıbəyl

21 aprel
.

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı paylaşım etdi

Əməkdar artist Firuzə İbadova mərhum Əməkdar artist, duet ortağı Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam,az xəbər verir ki, müğənni həmkarının ad günündə lentə alınan fotosunu yayımlayaraq bu sözləri yazıb:. "Sənət dostum, əzizim 29 illik işimiz ölməyəcək, nə qədər ki, mən sağam. Bu gün ço

21 aprel
.

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Bu sözləri -a geniş müsahibəsində xalq artisti Faiq Ağayev deyib. O bildirib ki, biznesinin olmasını çox istəyir:. "Amma bacarmıram, tacirlik damarım yoxdur. Yaxın ətrafım deyir ki, hər şey sənin səs tellərin

26 aprel