İsveçrənin kimya sənayesi şirkəti Azərbaycanda fəaliyyətini genişləndirəcək - VİDEOREPORTAJ

İsveçrənin kimya sənayesi şirkəti Azərbaycanda fəaliyyətini genişləndirəcək - VİDEOREPORTAJBiznes mühiti üçün layiqli, səviyyəli infrastrukturun mövcudluğu əsas şərtdir. Bununla bağlı Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Azərbaycanın Dünya Bankının "Doing Business" proqramı çərçivəsində 10 ən islahatçı ölkə kimi tanınması və 32 pillə irəliyərək hazırda 25-ci yerdə qərarlaşması bunu sübut edir. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirir. Bunun nəticəsidir ki, Azərbaycanda İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan "SİKA" kimi xarici şirkətlər fəaliyyət göstərir.

İsveçrənin kimya sənayesi şirkəti Azərbaycanda fəaliyyətini genişləndirəcək - VİDEOREPORTAJİsveçrədə yerləşən SİKA kimya şirkəti 1910-cu ildə yaradılıb və bugünədək dünyanın 104 ölkəsində 200-dən artıq fabriki fəaliyyət göstərir. Azərbaycan bazarına isə şirkət 14 il öncə daxil olub və 2018-ci ildən Sumqayıt Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodu kimi qeydiyyatdan keçərək fəaliyyət göstərir.

Zavodun baş direktoru Adəm Yayla müəssisənin fəaliyyəti barədə "Report"a məlumat verərək bildirib ki: "Tikinti sahəsində binanın təməlindən etibarən bütün lazım olan xidmətləri təqdim etməyə çalışırıq. 1910-cu ildə İsveçrədə qurulan zaman əsas məqsəd su izolyasiya sistemləri sahəsində fəaliyyətə istiqamətlənmişdi. Daha sonra texnoloji inkişaf nəticəsində bir sıra istiqamətlərdə fəaliyyət göstərməyə başlayıb. Bizim həyata keçirdiyimiz strategiya, fəaliyyətimizin inkişaf edən bazarlarında sürətli genişlənməsini nəzərdə tutur. Sürətlə genişlənən bazarlarda urbanizasiyanın artımı və meqa şəhərlərin inkişafı müşahidə edilir. Bu isə öz növbəsində təhlükəsizliyi təmin edən, zəlzələ və yanğına davamlı olan, yüksək keyfiyyətə cavab verən effektiv tikinti materiallarına olan təlabatın artımına gətirib çıxarır. Onların arasında binanın konstruksiyasının germetizasiyasını, möhkəm betonu da qeyd etmək olar".

İsveçrənin kimya sənayesi şirkəti Azərbaycanda fəaliyyətini genişləndirəcək - VİDEOREPORTAJOnun sözlərinə görə, SİKA tikinti sektrounda və avtomobi sənayesində birləşmə, sıxlaşma, möhkəmləndirmə və qoruma üçün istifadə olunan sistemlərin və məhsulların hazırlanmasında və istehsalında aparıcı mövqeyə sahib olan kimya şirkətidir: "Dünya miqyasında istehsal olunan avtomobillərin 50%-dən çoxunda SİKA məhsulları istifadə edilir: "Bununla yanaşı, SİKA şirkətinə məxsus suyun istifadəsini azaldan əlavələr sayəsində, hər il beton istehsalı zamanı 25 milyon litrədən çox su resurslarına qənaət edilir".

A.Yayla əlavə edib ki, maşınların interyerində quraşdırılan və səsin azalmasını təmin edən məhsulların 30 faizdən çoxu SİKA şirkətinin məhsullarıdır.

O deyib ki, Sumqayıt Kimya Sənaye Parkında 5 mln manat sərmayə yatırmışıq: "Hazırda Azərbaycanın tikinti bazarında SİKA şirkəti 15 faizlik paya malikdir. Çalışırıq ki, bazarı daha çox öz məhsullarımız ilə təmin edək və bazarda daha çox paya sahib olaq. Hazırda şirkətə məxsus zavodda 26 nəfər işçi çalışır, gələcəkdə işçilərin sayının daha da artırılması və 44 nəfərə çatdırılmasını planlaşdırırıq. Bununla yanaşı, yenə ölkəyə sərmayə yatıracağıq.Tikinti sahəsində lazım olan xammalın bəzilərini idxal edirik, gələcəkdə həmin məhsulları da Azərbaycanda istehsal etmək istəyirik".

A.Yayla şirkətlərinin ixrac potensialı ilə bağlı danışıb ki, Azərbaycan tranzit imkanlarına sahib olan bir ölkədir: "Ona görə də məqsədimiz bölgə ölkələrinə ixrac həyata keçirməkdir. Həmin ölkələr sırasında Gürcüstan, Özbəkistan,Türkmənistan var. Azərbaycanda istehsal etdiyimiz məhsulları bu ölkərələ ixrac etmək istəyirik. Yaxın zamanlarda, bu istiqmatdə iş aparacağıq. Əlavə edim ki, məhsullarımız "Made in Azerbaijan" brendi adı altında bazara təqdim edilir".

O, Azərbaycanda biznes mühiti barədə danışarkən vurğulayıb ki, ölkənin biznes mühiti son üç ildə daha yüksək yerdədir: "Dövlətin həyata keçirdiyi siyasət nəticəsində Avropa standartlarına uyğun şərait yaradılıb. Tikinti materialları istehsalçıları Assosiasiyası yaradılıb. Yaxın zamanlarda tikinti bazarında daha da müsbət dəyişikliklər görəcəyimizə inanıram".

İsveçrənin kimya sənayesi şirkəti Azərbaycanda fəaliyyətini genişləndirəcək - VİDEOREPORTAJQeyd edək ki, hal-hazırda Azərbaycanda İsveçrə kapitallı 60 şirkət fəaliyyət göstərir. Azərbaycan bankçılıq və maliyyə sahəsində SECO (İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi) və SDC (Əməkdaşlıq və İnkişaf Agentliyi) ilə geniş əməkdaşlıq həyata keçirir. Belə ki SECO ilə 38 layihə, SDC ilə isə 16 layihə icra olunur. İsveçrə Azərbaycana 844 milyon dollara yaxın, Azərbaycan tərəfindən İsveçrəyə isə 1,2 mlrd dollar investisiya yatırılıb.

Azərbaycanda fəaliyyət göstərən xarici kapitallı şirkətlər ölkənin biznes mühitinin inkişafına, biznes etikasının formalaşdırılmasına, yeni iş yerlərinin açılmasına və xarici təcrübənin ölkəyə gətirilməsinə xidmət edir. Bu kimi şirkətlərin ölkədə fəaliyyəti Azərbaycan iqtisadiyyatına gələcəkdə mühüm təsir edəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1252   Tarix: 17 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel
.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel