Bakıda gənc qız qonşusunun evini belə "dağıtdı"
Əməliyyat-istintaq tədbirləri davam etdirilir
Bakıda qadın dəstə üzvləri ilə birlikdə qonşusunun evindən seyf oğurlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan F.Musayev Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.
Səbail Rayon Polis İdarəsinin (RPİ) Cinayət axtarış şöbəsi və 8-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyev evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.
Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə orada qazaraq basdırıb. Qeyd edək ki, həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib və o, hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında probasiya xidmətinin bilərziyini daşıyan K.Nəcəfov buna baxmayaraq, yenidən oğurluq edib.
Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Kriminal Baxılıb: 4449 Tarix: 27 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Cəlilabadda narkotik satan bacı-qardaş tutuldu - FOTO
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.. . Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, sentyabr 23-də rayon sakini Heydər Əsgərovun döş qəfəsini
27 sentyabr 2019Sumqayıtda 29 yaşlı gənci qətlə yetirən şəxs tutuldu
Sumqayıtda 29 yaşlı Eldarov Şəhriyar Azad oğlunun bıçaqlanaraq öldürülməsində şübhəli bilinən şəxs saxlanılıb.. "Ölkə.Az" xəbər verir ki, polis əməkdalarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanlı hadisəni törətməkdə şübhəli bilinən Mətləb Qədirov tutularaq istintaqa təhvi
27 sentyabr 2019Tanışını düzgün zibil atmadığına görə öldürdü
Kiyev vilayətinin Vasilov rayonunda sərxoş kişi tanışını qətlə yetirib. . . Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qlovaxa qəsəbəsində baş verib. . Üç nəfər qəsəbədəki bağ evində spirtli içki qəbul edib. Daha sonra ev sahibi qonaqları təklikdə buraxıb və yatmağa gedib. . . Bu zama
26 sentyabr 2019Cəlilabad sakinini bıçaqlayan şəxs üzərində narkotiklə tutuldu
Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 23-də şəhər sakini H.Əsgərova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini S.Əliqi tutulub.. . Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, polis əməkdaşlar
26 sentyabr 2019İntim fotoları ilə qadının başına oyun açdı - Şok təfərrüat
Abşeron rayonunda qadını şantaj etməkdə təqsirli bilinən Sahil Mirzəzadənin barəsində cinayət işi başlanıb.. . Teleqraf.com xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxs və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onları
24 sentyabr 201960 yaşlı kişidən 5 yaşlı qız uşağına qarşı İYRƏNC HƏRƏKƏT
Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qıza qarşı seksual xarakterli əməllər törətməkdə təqsirli bilinən Elman Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.. Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək növbəti baxış iclası sentyab
23 sentyabr 2019Sərxoş halda dostunu bıçaqladı - məhkəmə cəzasını yüngülləşdirdi
Sumqayıtda qəsdən sağlamlığa ağır zərər vurmada ittiham edilən Müzəffər Rzayevin barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. . . Unikal.org xəbər verir ki, Sumqayıt Apellasiya Məhkəməsinin hakimi Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qəra
23 sentyabr 2019Bakıda yeniyetmədən 20 min manatlıq CİNAYƏT
Bakıda 5000 manat və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.. . Sonxeber.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki evlərin birində
20 sentyabr 2019