Əmisi arvadını anasının qızıl dişlərini oğurlamaqda ittiham etdi – Qubada cinayət

Əmisi arvadını anasının qızıl dişlərini oğurlamaqda ittiham etdi – Qubada cinayətQuba rayonunda qardaşı arvadına qarşı cinayət törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Mehman Tağıyevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Mehman Tağıyev Quba rayonunun Atuc kəndində yaşadığı evdə qardaşının arvadı Günel Tağıyevanın anasına məxsus qızıl dişləri oğurladığını bəhanə edib və onunla mübahisə edib.

Mübahisə zamanı Mehman Tağıyev əlindəki taxta parçası ilə üç dəfə Günel Tağıyevanın başına vurub. Bununla Günel Tağıyevanın başına əzilmiş-cırılmış yara ilə nəticələnən xəsarət yetirilib.

İstintaq orqanı tərəfindən Mehman Tağıyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib. Quba rayon Məhkəməsinin hökmü ilə Mehman Tağıyev hər ay qazancından 10 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş Günel Tağıyeva apelyasiya şikayəti verib. O, Mehman Tağıyevin cəzasının ağırlaşdırılmasını istəyib.

Şikayət araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmmədli Rzayevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Sonda şikayətin təmin edilməməsi barədə qərar elan edilib.

Kriminal   Baxılıb: 1116   Tarix: 03 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR