Hündürdaban ayaqqabı XƏSTƏLİK YARADIR - VİDEO - FOTO

Hündürdaban ayaqqabı XƏSTƏLİK YARADIR - VİDEO - FOTOBu gün xanımlar ən çox seçim etdikləri ayaqqabılardan biri də hündürdabandır. Lakin onların seçimi nə dərəcədə doğrudur, onlar bu seçimləri ilə özlərinə hansı zərəri vururlar bunun fərqində belə deyillər.

Sonxeber.az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin (xanım): "Mən hündürdaban ayaqqabılardan hər zaman istifadə edirəm. Boyum da hündürdü, amma buna baxmayaraq mən hündür dabanı olan ayaqqabıları üstün tuturam".

Sakin (xanım): "Biz hündür dabanı olan ayaqqabılara vərdiş etmişik. Bəzən bu sümüyün deformasiyasına, bəzən də varikozun yaranmasına səbəb olur deyirlər".

Hündürdaban ayaqqabılar bir çox xanımlarımızın əvəzedilməzidir, bəziləri boyunu uzun göstərmək üçün, bəziləri də, sadəcə, dəb üçün bu ayaqqabılardan istifadə edir. Gözəl görünmək üçün geyindiyimiz və uzun müddət üzərində dayandığımız bu ayaqqabıların sağlamlığımıza müəyyən mənfi təsirləri də var. Ekspertlər bununla bağlı çox ciddi xəbərdarlıq edirlər.

Belə ki, uzun müddət hündürdaban ayaqqabı üzərində dayanmaq həm onurğa problemlərinə, həm də ayaqda müəyyən mənfi təsirlərə gətirib çıxarır".

Nigar Ömərova - Fizioterapevt: "Bu ayaqqabıları geyindikdə daban pəncədən daha hündür olur, o zaman da bədən tarazlığı itir. Bədən tarazlığı itəndə isə qamət arxaya gedir və bütün onurğa sütununa, sinirlərə, diz oynaqlarına qüvvət düşür ki, bu ağrılara səbəb olur".

Bununla da bitmir, dikdabanlarda ayağın önə doğru əyilməsi ayaq əzələlərinin qısalmasına və yararsız hala düşməsinə səbəb ola bilər. Araşdırmalar göstərir ki, bədən ağırlığının 60 faizi topuqda, 40 faizi isə barmaqlarda daşınır. Ancaq dikdabanlarda bütün yük barmaq uclarına düşür və bu yaralanmalara, sümük çıxılmalarına gətirib çıxarır.

İsmayıl Əsgərov - Cərrah-fileboloq: "Uzun müddət hündürdaban ayaqqabı geyinmək fonunda xüsusən pəncənin ön hissəsi barmaq nahiyəsində yüklənmə artır. Bu davamlı olaraq barmaq nahiyəsində ağrılarla yanaşı ayaqqabının sıxmağa məruz qaldığı yerlər tərəfdə döyənəklər də yarana bilir".

Bu tip ayaqqabılar təkcə sümük və əzələyə yox, ayaqdakı damarlara da öz mənfi təsirini göstərir.

İsmayıl Əsgərov - Cərrah-fileboloq: "Hündürdaban ayaqqabı geyinmək ayağın, daha doğrusu pəncənin biomexanik yük balansını pozur bunun nəticəsində ayaqda müxtəlif tip ağrılar, deformasiyalarla yanaşı damar patalogiyaları baş verə bilir".

Ekspertlər bildirirlər ki, ən təhlükəli hesab edilənlər dabanı hündür və ucu dar ayaqqabılardır. Bu ayaqqabıları seçərkən əsas diqqət etməli olduğumuz məqam dabanın nə qədər hündür olmasıdır.

Aysel Davudqızı - Rəssam-modelyer: "Stilettolara önəm verirlərsə, 55 millimetr - 70 millimetrə üstünlük verməlidirlər. Eyni zamanda platformaya üstünlük versinlər, çünki platforma tənzimliyi qoruyur və xanımların onurğa sütununa daha az ağırlıq düşməsinə səbəb olur".

Unutmuyaq ki, sağlamlığımız hər şeydən üstündür. Kimlərəsə gözəl görünmək adına sağlamlığımızı təhlükə altına atmağımız isə özümüzə haqsızlıqdır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 895   Tarix: 16 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Uşaqlar arasında yayılan xəstəliyin qripdən fərqi və əlamətləri - Həkim izah edir

"Baku Med" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki buraxılışında son zamanlar azyaşlılar arasında yayılmağa başlayan və mənşəyi hələlik məlum olmayan yeni xəstəlik müzakirə edilib. Proqramın qonağı, infeksionist Fidan Bayramzadə xəstəliyin əsas əlamətləri, qripdən fərqi

6 dekabr
.

Xərçəng olmaq istəmirsinizsə bu əşyalardan uzaq durun - Biri hər saniyə yanımızdadır

Son araşdırmalar bəzi gündəlik istifadə olunan məhsulların xərçəng riski ilə əlaqəli ola biləcəyini göstərir. xəbər verir ki, elm adamları xüsusilə uzunmüddətli və yüksək dozada istifadədə bəzi maddələrin sağlamlığa təsirini diqqətlə izləyirlər. Yapışmayan tavalar yüksək temperaturda istifadə edildikd

20 dekabr
.

Gündə bir fincan çay sümükləri qoruyur?

Professor Envu Liuya görə, əldə olunan nəticələr hər gün bir fincan çay içməyin yaşlanma dövründə sümük sağlamlığını dəstəkləməyin sadə yollarından biri ola biləcəyinə işarə edir. Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, onun sözlərinə görə, orta səviyyədə qəhvə istehlakı təhlükəsiz görünsə də

16 dekabr
.

Çörəkdən tam imtina etməyin zərərləri

Artıq çəkidən xilas olmaq istəyən hər kəs çörək və şirniyyatdan imtina etməyə çalışır. Buna səbəb çörəyin orqanizm üçün ziyanlı qida olması barədə yayılan məlumatlardır. Əslində, ondan imtina edilməsinin zərərləri daha çoxdur. "Qafqazinfo" xəbər verir ki, əla növ buğda və tam buğda ununda

4 dekabr
.

Ürəyi qoruyur deyə ovuc-ovuc yediyimiz çərəz ağciyəri məhv edirmiş

Ürək sağlamlığı üçün faydalı hesab edilən, gündəlik rasionda tez-tez yer alan quru meyvələrin bəzi hallarda sağlamlıq üçün risk yaratdığı məlum olub. Xüsusilə çox miqdarda istehlak olunduqda qozun ağciyərlərə ciddi şəkildə zərər verdiyi ortaya çıxıb. xəbər verir ki, qozun tərkibindəki omega-3 yağ turşular

30 noyabr
.

Səhər yeməyini ötürsək nə baş verər?

Bir çox insan səhər yeməyinin boş buraxılmasının gün ərzində daha bol bir naharla asanlıqla kompensasiya oluna biləcəyini düşünür. Lakin insan orqanizmi öz qədim və sərt qanunları ilə işləyir və səhər yeməyinin buraxılması bədən üçün ciddi xəbərdarlıq siqnalıdır. -a istinadən xəbər verir ki, uzun müddə

18 dekabr
.

İmmunitetə ​​davamlı virus narahatlıq yaratdı - Mütəxəssislərdən yeni pandemiya xəbərdarlığı

İnsan orqanizminin infeksiyalara qarşı ən təsirli müdafiə mexanizmlərindən biri hesab olunan qızdırma, adətən xəstəliklərlə mübarizədə həlledici rol oynayır. Qızdırma bədən temperaturunu yüksəldərək virusların çoxalmasını yavaşladır və immun sisteminə infeksiyanı aradan qaldırmaq üçün əlavə vaxt qazandırır

11 dekabr
.

Ürək çatışmazlığının inkişafını dayandırmağın yolu tapıldı

Ohayo Dövlət Universiteti Tibb Kollecinin alimləri aşkar ediblər ki, qoruyucu zülallardan birinin istehsalını artırmaq ürək çatışmazlığının inkişafını əhəmiyyətli dərəcədə ləngidə bilər. xəbər verir ki, tədqiqat "Circulation Research" jurnalında dərc olunub. Qeyd olunub ki, "CPT1a"

20 dekabr
.

Arıqladıqdan sonra çəki saxlamağın əsas yolları AÇIQLANDI

RusiyaNI Seçenov Universitetində piylənmənin müalicəsinə yanaşmanı dəyişə biləcək və arıqladıqdan sonra nəticəni qorumağa yardım edəcək genişmiqyaslı tədqiqat işlərinə başlanıb. -in məlumatına görə, mikrobiota, yuxu və fiziki aktivliyin öyrənilməsini əhatə edən yeni layihələr barədə Rusiya Elmlər Akademiyasını

12 dekabr