Vəhşicəsinə qətlə yetirilən Cavidin anası: "Morqa getdim, oğlumun meyitini görəndə..." - VİDEO

Vəhşicəsinə qətlə yetirilən Cavidin anası: "Morqa getdim, oğlumun meyitini görəndə..." - VİDEOKiyevdə qətlə yetirilən azərbaycanlı tələbə Cavid Hacıyevin qatili hələ hələ tapılmayıb. Onun ölümündə dostu Əli Abdullayev şübhəli bilinir və barəsində axtarış verilib. İqtisad Universitetinin magistrı Cavid Hacıyev tanınmış bəstəkar, əməkdar incəsənət xadimi və professor Telman Hacıyevin nəvəsidir. Anası sənətşünaslıq üzrə doktor Minə Hacıyeva Bakı Musiqi Akademiyasının professorudur.

Sonxeber.az xəbər verir ki, Minə xanım oğlunun dostu Əli Abdullayev tərəfindən öldürüldüyünü iddia edir. Onun belə düşünməsinə Ukrayna hüquq-mühafizəçilərinin söylədikləri əsas verir.

Qatil izi itirmək məqsədilə cəsədi tanınmaz halıb. Meyidin üzərinə ağardıcı maddə, kofe və başqa maddələr tökərək onu tanınmaz hala salıb. Oğlunun meyitini götürmək üçün Ukraynaya gedən ana dəhşətli mənzərə ilə üz-üzə qaldığını ürək ağrısıyla danışıb:

"Mən Kiyevə gedəndə mənə şəkilləri göstərdilər. İnanın ki, o şəkillərə baxmaq olmurdu. O alçaq mənim uşağımın başına nələr gətirib, nələr... Sonra morqa getdim. Oğlumun meyitini mənə göstərəndə dəhşətə gəldim. Onu öldürüb, 5 gün ərzində meyitini məhv etmək istəyib. Onun meyitini dəhşət gününə salıb. Üzərinə kofe, ağardığı maddə töküb... Polis mənə nələr danışdı, nələr... Əlil arabası alıb, meyiti onunla evdən çıxarmaq istəyib. Qan içində olan xalçaları, döşəkləri tullayıb. Təzə xalçalar, döşəklər sifariş verib. Balama baxmaq olmurdu. Heç kimə, belə şey nəsib olmasın!"

Şübhəli Əli Abdullayev qətl törədildikdən sonra Moldovaya qaçıb. Ukrayna polisi onun qaçması üçün hər cür şəraitin yaradıldığını bildirir. Minə xanım Əliyə imkanlı qohumlarının (Əli Abdullayev "Altes Qrup" şirkətinin prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur) kömək etdiyini düşünür.

Ana oğlunun qısqanclıq, paxıllıq zəminində öldürüldüyünü ehtimal edir:

"Cavid Almaniyaya getmişdi. Oradan Bakıya qayıdacaqdı. Əli onu Ukraynaya çağırdı. Dedi ki, gəl, birlikdə əylənək, gəzək. Cavid də getdi. Hər gün onunla danışırdım. Axırıncı dəfə 1 oktyabrdan 2-sinə keçən gecə əlaqə saxlamışıq.

Əli mənim oğlumu pula görə öldürə bilməz. Özü imkanlı ailədəndir. Cavid o qədər gözəl ürəkli idi ki, heç kimə pislik etməzdi. Əksinə, harada bir problem, narazılıq olurdusa, aranı sakitləşdirirdi. Oğlum Əlinin paxıllığının qurbanı olub. Əli Cavidin uğurlarını qəbul edə bilməyib. Cavidlə Əli İqtisad Universitetində eyni qrupda oxuyublar. Ancaq Əli intizamsız olduğu üçün onu univetsitetdən xaric ediblər. Təəssüf ki, o, universitetdən qovulsa da Cavidlə onun arasında dostluq əlaqəsi qaldı. Çox yaxın dost deyldilər. İldə 1-2 dəfə Əlinin təşəbbüsü ilə görüşürdülər. Cavid isə çox nümunəvi tələbə idi. Universitetin 2-ci kursundan başlayaraq SABAH qruplarında ingilis dilində təhsil alıb. Cavid iqtisadiyyatla yanaşı rəqslə də peşəkar səviyyədə məşğul olurdu və hər iki sahədə uğurları var idi. 22 yaşda həm yaradıcılıqda, həm də elmdə uğur qazanmaq hər adama nəsib olmur".

Ana deyir ki, oğlunun telefonlarını və sənədlərini Əli götürüb: "Əli onun telefonlarını, sənədlərini oğurlayıb. Cavidin 2 telefonu vardı. Güman ki, Cavidin telefonunda yazışmalar olub. Ukrayna polisinin mənə verdiyi məlumata görə, telefonun biri oktyabrın 3-də, digəri isə 6-da söndürülüb. Əli ayın 7-si axşamı sərhədi keçib və Moldovaya qaçıb".

Xatırladaq ki, 1997-ci il təvəllüdlü azərbaycanlı tələbə Cavid Hacıyev 2 oktyabrda Kiyevdə qətlə yetirilib. Rəsmən təsdiqlənməyən məlumata görə, o, öz həmyaşıdı, keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən qətlə yetirilib. Məlumata görə, Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılan C.Hacıyev həmin şəhərə gedib. Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. İddialara görə, Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra bıçaqlayıb, daha sonra isə meyitlə qəddar davranıb. Meyiti yoxa çıxarmaq üçün bir çox üsullara əl atıb.

BAKU.WS


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2386   Tarix: 17 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021