"Oxucular Təhminə obrazına kənd kişilərinin kəndə gəlmiş rus qızına baxdıqları kimi baxırlar"-Aqşin Yenisey Anarı tənqid etdi

"Oxucular Təhminə obrazına kənd kişilərinin kəndə gəlmiş rus qızına baxdıqları kimi baxırlar"-Aqşin Yenisey Anarı tənqid etdiYazıçı-şair Aqşin Yenisey gənc yazarların ünvanına səsləndirilən tənqidlərə cavab verib. Sonxeber.az-ın məlumatına əsasən, Yenisey bu barədə sosial şəbəkədəki səhifəsində geniş status yazıb. O, statusunda Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərini tənqid edib.
"Biri mənə yazıb ki, sizin nəsil Anardan zəif yazıçılar olduğunu bildiyi üçün bunun qisasını onun məmurluğundan alır. Anarın ən gözdə olan Təhminə obrazını bir-neçə cümlədə ədəbi-tarixi perspektivdən göstərərək xalq arasında yayğın olan bu fikrə cavab verəcəyəm ki, bizi özümüzdən əvvəlki nəslin yaradıcılığına baş qoşmağa vadar etməyin bir az təhlükəli istək olduğu anlaşılsın.
Anarın Təhminəsi maket obrazdır. Azərbaycanlı oxucular ona kənd kişilərinin kəndə gəlmiş rus qızına baxdıqları kimi baxırlar. Anar bu gözəl qadını milli məsələ kimi ortaya qoya bilməyib. Təhminə populyar kültürün şöhrət hərisliyi içində vurnuxan dünyadakı milyonlarla qadından biridir ki, dünya kinosu doludur bu cür qadınlarla. Halbuki o Kefli İsgəndərin qadın versiyası, modernizə olunmuş milli-mənəvi dişi davamçısı olmağa, bununla da orijinal olmağa, eyni zamanda ədəbiyyatımızın yarıda qalmış işini davam etdirməyə çox yaxın idi.
Cəlil Məmmədquluzadə Kefli İsgəndəri islam dini ilə konfliktdə verdiyi üçün onu milli şüurun mərkəzinə yerləşdirə bilmişdi. Təhminə, ən azı, müsəlman burjua əxlaqı ilə konfliktdə verilə bilərdi. Amma o, məişət dedi-qodularının mərkəzində də deyil, gizlinlərində, pıçapıçlarında verilir və konfliktdən yayındırılır, bununla da müəllifinin nəzəri cəhətdən ədəbiyyatı pis bildiyini, ya da ta qədim Yunastandan bu günəcən əsəri əsər yapan KONFLİKTƏ hazır olmadığını üzə çıxarır. Cabbarlının "Sevil"indən, "Almaz"ından sonra ədəbiyyatımızın "bu cür" Təhminəyə üz tutması, əslində, qadın azadlığına qurulmuş gizli tələdir. Anar, sanki, cəmiyyətə deyir, baxın, Cabbarlıda "çadrasını atan qadın" azadlıq əldə etdikdən sonra "bu cür" Təhminəyə çevrilir. Və bu gün cəmiyyətin cəzalandırdığı qadınlar ədəbiyyatımızın 60-cı illərində Təhminə obrazı ilə xalq və dini burjuaya göstərdiyi hədəflərdi.
Anar Təhminəni ədəbi-ideoloji məzmundan məhrum etməklə qaş düzəltdiyi yerdə, vurub gözü də çıxarıb. Çünki o, özü də bir xarakter olaraq azadlıq anlayışının antonimidir. Bütün bunlara baxmayaraq, mənə elə gəlir ki, onun Təhminəsi müəllifinin darısqal təxəyyülündən azad olduqdan sonra gec-tez hərlənib-fırlanıb ədəbiyyatımızın gələcək günlərinin birində Kefli İsgəndərlə görüşəcək və yalnız bu görüşdən sonra Təhminə milli məsələnin mərkəzinə gələcək, eyni zamanda, Kefli İsgəndərin həm cinsi, həm ideoloji yarımçıqlığını tamamlayacaq. Azərbaycan ədəbiyyatı gec-tez bu iki xarakteri bir yerə gətirməyə məhkumdur.
Cəmiyyətimizin psixoz durumunun səbəbi Kefli İsgəndərləri ilə Təhminlərinin bir-birilərini tanımasadır. Ədəbiyyat onları tanış etməlidir. Görünən o ki, Təhminə Kefli İsgəndərin deyil, Zaurun, ya da Anarın əlinə düşəndə zay olur. Anarın təxəyyülündəki Təhminə Kefli İsgəndəri heç it yerinə də qoymazdı. Kundera Servantesin Don Kixotu ilə Kafkanın K.sı arasında paralellər apararaq deyir ki, qəsrdə macəralarla əlləşən K. elə dörd yüz əvvəl İspaniyada macəra axtaran Don Kixotun özü idi. Amma Təhminə tək qaldığı cəmiyyətin Kefli İsgəndəri deyil, o cəmiyyətin daha keyfiyyətsiz bir üzvüdür.
Və nəticə belədir ki, Kefli İsgəndərlərin deyil, Zaurların, Anarların at oynatdığı Bakıda bu cür azad olmaq istəyən qadınlar təkcə kişilərin deyil, elə yazıçıların əli ilə də öldürülməyə məhkumdurlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2861   Tarix: 25 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Məşhur serialın meksikalı aktrisa vəfat edib

Məşhur serialın meksikalı aktrisa Renata Flores 74 yaşında vəfat edib. Qeyd edək ki, Renata Flores bir zamanlar çox populyar olan "Vəhşi qızılgül" (Dikaya roza) teleserialında xadimə Leopoldina rolu ilə tanınıb

10 fevral
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Məhəbbət Kazımovun oğlu atasından danışdı: "Ən böyük arzusu Laçına getmək idi"

Bu gün Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. O, 2014-cü ilin bu günündə vəfat edib. Məhəbbət Kazımov Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamların müəllifi , "Laçın" instrumental ansamblının rəhbəri olub. Onun səsləndirdiyi "Laçınım" mahnısı dillə

28 yanvar
.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar
.

Mono Liza niyə "terror" olunur? – 6 hücumun gizlinləri

Xəbər verdiyimiz kimi Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur "Mona Liza" tablosunun üzərinə şorba töküblər. Məlum olub ki, hadisəni ekoloji fəallar törədib. "Frans Press" agentliyi məlumat yayıb. "Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda "Mon

30 yanvar
.

Sabiq rəisə 10 il həbs - General rütbəsi alınacaq

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Tofiq Həsənov külli miqdard

3 aprel
.

"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı

"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim

19 fevral
.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral