Vilayət Eyvazov Mirəliyevə yüksək VƏZİFƏ VERDİ
Daxili İşlər orqanlarında növbəti təyinat alıb.
Sonxeber.az-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovniki Mirəziz Mirqasım oğlu Mirəliyev Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi təyin olunub.
Xəbəri Daxili İşlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Nazirliyin idarə səlahiyyətli Növbətçi Hissələri İdarəetmə Xidmətinə növbətçi hissələr, "102" Xidməti-Zəng Mərkəzi və Təhlükəsiz Şəhər Xidməti daxildir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş