Qadına şiddəti dəstəkləyən alim danışdı: "Qadın döyülübsə, buna birtərəfli qaydada yanaşmaq olmaz"

Qadına şiddəti dəstəkləyən alim danışdı: "Qadın döyülübsə, buna birtərəfli qaydada yanaşmaq olmaz"Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında ekspert qismində iştirak edən Sabir Əlihüseynlinin çıxışı birmənalı qarşılanmayıb. Akademikin verilişdə əri tərəfindən döyülən qadın haqqında "Ata-baba misalımız var: "Yüyrək at özünə qamçı vurdurmaz", "Bu qadın döyülübsə, öz günahı olmamış deyildir!" deməsi sosial şəbəkənin qadın istifadəçilərinin etirazı ilə qarşılanıb.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən Sabir Tağıyev (Əlihüseynli) hazırda patriarxal dövrdə yaşadığımızı qeyd edərək məsələyə münasibətini bildirib:
"Bu mənim hoqqabazlığım deyil, dədə- babadan formalaşmış fikirdir ki, yüyrək at özünə qamçı vurdurmaz. Bu o demək deyil ki, qarşıdakı tərəf atdır. Xeyr, elə deyil! Yəni ki, günahkar adam özünə cəza verdirə bilər. Bu mənanı kəsb edir. Əgər burda ziddiyyət yaranıbsa, qadın döyülübsə, buna birtərəfli qaydada yanaşmaq olmaz. Qeyd edim ki, bu şəxslər ər və arvaddırsa, onlar dörd divarın arasında yaşayırlarsa və belə ziddiyyət yaranırsa, deməli nəsə bir səbəb var. Biz matriarxal dövrdə yaşamırıq, patriarxal dövrdə yaşayırıq. Mənim aləmimdə kimin üçün necədir bilmirəm, amma ər-arvad münasibətindən söhbət gedirsə, qadın qadınlıq şərəfini gözləməlidir. Xoşqədəm xanımın işidir ki, verilişdə "ajiotaj" yaratsın. O, hadisələri bilir və sadəcə orda elə bir məqam yaradır ki, fikirlər, ziddiyyətlər yaransın və reallar ortaya çıxsın. Lakin, düşünürəm ki, birtərəfli qaydada o qadına bəraət qazandırmaq düzgün deyil".
Sabir Əlihüseynli qeyd edib ki, əslində məsələ bir az göründüyündən fərqlidir və qızın atasının bu işdə günahı var:
"Biz qızı dinlədik, qız özü danışdı hər şeyi, sirr də orda açıldı. Soruşuram, meşəyə odunla gedərlər, yoxsa meşədən odun gətirərlər? Rusiyaya gedənlərin hamızı istər- istəməz bir qadınla cinsi əlaqədədir. Bunun o tərəf, bu tərəfi yoxdur. Rusiyada yaşayan oğlanların çoxu gedib orada təsir altına düşmək məcburiyyətindədədir. Gedəndə o bir qadınla nigah kəsdirməlidir, təmasda olmaldır ki, orda yaşaya bilsin. Bu real həqiqqətdir. Sizin bilmədiyiniz məsələlər var. Hər "gədə güdə" -yə kişi demək olmaz. Deyilənə görə qızın atası gedib kredit götürüb toy edib və məsələ də bununla bağlıdır . Mən ataya demək istəyirəm ki, "Qızın çoldəmi qalmışdı?" Bilirsiz, ata qorxur ki, qızını alan olmayacaq və məsələni qızın atası məhz gətirib o vəziyyətə salıb. Ona mən və yaxud da sən nə edəsən?
Qeyd edək ki, Sabir Tağıyev (Əlihüseynli) Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, pedoqoji elmlər namizədidir. Ziyalının verilişdə qadını atla müqayisə etməsi və şiddəti dəstəkləməsi hər kəs tərəfindən təəssüflə qarşılanıb.

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1996   Tarix: 06 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26 aprel
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26 aprel
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel