Ekspert: "Orada normal nəfəs almaq üçün oksigen belə çatmır"

Ekspert: "Orada normal nəfəs almaq üçün oksigen belə çatmır"Neft-qaz ölkəsi olan Azərbaycan üçün boru kəmərləri və onların infrastruktur obyektləri strateji əhəmiyyət daşıyır. Buna baxmayaraq, həmin obyektlərin mühafizə zonalarının tikinti məqsədilə zəbt olunması halları kifayət qədərdir.

Bəs qanunvericilik buna nə deyir və həmin ərazilərdə məskunlaşanlar üçün hansı risklər mövcüddür?

Məsələni "Report"a şərh edən vəkil Mirkəbir Salmanlı ixrac boru kəmərlərinin mühafizə zonalarının müəyyən olunması haqqında Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli qaydaları mövcud olduğunu deyib:

"Həmin qaydalara görə, ixrac neft boru kəmərlərinin marşrutu boyunca kənar boru kəmərlərinin oxlarından hər tərəfə 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfə 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Mühafizə zonasında Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan tikinti və digər işlərin aparılması qadağandır".

Vəkil Mirkəbir Salmanlı

"Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi odənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır".

"Mülki Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi sürətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sokulə bilər. Eyni zamanda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu zaman torpaqların əvvəlki vəziyyətinə gətirilməsi torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir", - vəkil əlavə edib.

Əmlak üzrə ekspert Vüqar Orucov bunun həm də ekoloji təhlükə daşıyan bir məsələ olduğunu vurğulayıb:

"Nəzarət mexanizminin zəif olmasından istifadə edərək, əsasən, Balaxanı, Suraxanı və Binəqədidə qadağan olunan yerlərdə tikillərin sayı artmağa başladı. Formalaşmış ənənəyə əsasən, icra strukturlarının aşağı təbəqələri ilə rəsmi və ya qeyri rəsmi səviyyədə razılaşdırdıqdan sonra tikinti işlərinə başlanılırdı. Həmin mühafizə zolaqlarında bu cür tikililərin mövcudluğu aktuallaşana qədər onların sahiblərini tikilinin qanuni olub olmaması az maraqlandırırdı. Bundan sonra isə problemlər ortaya gəldi".

Əmlak üzrə ekspert Vüqar Oruc

"Orada normal nəfəs almaq üçün oksigen belə çatışmır".

"Bu həm də ekoloji təhlükə daşıyan bir məsələdir və sağlamlıq üçün çox ciddi fəsadlar yarada bilər. Orada normal nəfəs almaq üçün oksigen belə çatmır. Həmin məkanlarda neftin qoxusu, istehsal zamanı havaya buraxılan müəyyən maddələr, bunlar hamısı genofonda böyük zərbə vurur. Digər tərəfdən, təbii proses və ya hər hansı təxribat nəticəsində kəmərə xətər gəlməsi həmin ərazilərdə məskunlaşanlar üçün böyük fəsadlar yarada bilər. Buna görə də ən azından bundan sonra tikinti zamanı qanunvericiliklə müəyyən olunan areallara mütləq əməl olunmalıdır", - ekspert deyib.

Ekspert: "Orada normal nəfəs almaq üçün oksigen belə çatmır"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 898   Tarix: 07 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel