"Azneft"in baş direktor müavini: "Neft Daşları" bir məktəbdir" - VİDEO

"Azneft"in baş direktor müavini: "Neft Daşları" bir məktəbdir" - VİDEOBu gün dünya neft tarixində açıq dənizdə neftçıxarmanın əsası qoyulmuş "Möcüzələr adası" - "Neft Daşları"nın 70 illik yubileyi qeyd olunur.

"Report"un həmsöhbəti "Neft Daşları"nda əməyi keçənlərdən biri, 20 il burada çalışan Əlimusa Quliyevdir. O, "Neft Daşları"ında keçirdiyi günlərlə bağlı xatirələrini bölüşüb.

Əlimusa Quliyev 1989-cu ildən 2008-ci ilə qədər "Neft Daşları"nda işləyib. 2008-ci ildə "Azneft" İstehsalat Birliyində Tikinti və layihələrin ekspertizası şöbəsinə rəis təyin olunub. 2011-ci ildən İB-nin baş direktorunun tikinti işləri üzrə, indi isə tikinti və nəqliyyat üzrə baş direktor müavini vəzifəsində çalışır.

Müsahibimiz deyir ki, İnşaat Mühəndisləri İnstitutunun Sənaye-mülki tikinti fakültəsini bitirdikdən sonra təyinatla "Neft Daşları"na gedib. "Neft Daşları"na tələbə yoldaşı ilə getsə də, sonradan tələbə yoldaşı geri qayıdır, o isə "Neft Daşları"nda əmək fəaliyyətinə başlayır. O, qısa müddətdən sonra orada fəaliyyət göstərən Neft texnikumunda işdən sonra gecə növbəsində dərs deyir.

"Azneft"in baş direktor müavini: "Neft Daşları" bir məktəbdir" - VİDEO"Neft Daşları" bir məktəbdir

Müsahibim "Neft Daşları"nı böyük bir məktəb hesab edir. "Orada ilk gündən insanlardan böyük qayğı görürsən. Elə bil hamı bir ailə idi. Hamı bir-birinə dəstək olur, kömək olurdu".

Dənizdə çalışmaq həm də güclü küləklə, tufanla da üz-üzə gəlmək deməkdir. Müsahibim deyir ki, "Neft Daşları"nın elə ağır günləri olurdu ki, orada tək nəsə etmək mümkün deyil. O bildirib ki, ən ağır günlərdən biri 1992-ci ilin noyabr ayının 26-da olub. Həmin vaxt dənizdə küləyin sürəti 40 metrdən artıq olub.

"Neft Daşları"nda çətin günlər

Ə.Quliyev həmin hadisəni belə xatırlayır: "Gecə yanğın hissəsindən mənə zəng olundu ki, 203 istiqamətində böyük yanğın var. Mən baş mühəndisə zəng etdim. Yataqxanada işıqlar sönüb, hər yer qaranlıqdır, böyük kompressor təsərrüfatı, qaz turbin elektrik stansiyası dayanıb, həyəti su basıb. Təsəvvür edin, gecəyarı oyanmışıq dəniz qalxıb. Sözün həqiqi mənasında böyük vahimə idi. Maşın pilləkənə yaxınlaşdı, biz maşına mindik. Biz, üç nəfər - baş mühəndis, mən və şöbə rəisinin müavini estakadaya qalxdıq. Yanğına müəyyən qədər yaxınlaşdıq. Gördük ki, artıq estakada uçub. Estakada uçan vaxtı qaz xətti qırılıb, xətt düşəndə qığılcımdan alov yaranıb, dənizin üzü yanır. Təsəvvür edin, estakada ilə hərəkət etmək mümkün deyil. Bir neçə dəqiqəyə "Neft Daşları"ndakı bütün işçilər oyandı. İlk olaraq mənbədən qaz bağlandı, quyular dayandırıldı. Bir müddətdən sonra alov söndü və gecə ilə qərargah yarandı. Öncə həyati vacib işlərlə bağlı tədbirlər görüldü. Səhər açılanda "Neft Daşları"nın böyük hissəsi uçmuşdu. Belə çətin günlərimiz olurdu. Təsəvvür edin, o vaxt gündəlik 2400 ton olan neft hasilatı tamamilə dayandı, sonra 1000, 1200 -1800 ton səviyyəsinə qədər qaldırıldı. Bu gün "Neft Daşları" gündəlik 3 min ton neft hasil edir".
"Azneft"in baş direktor müavini: "Neft Daşları" bir məktəbdir" - VİDEO"Neft Daşları"nda şərait çox dəyişib

Ə.Quliyev "Neft Daşları" ilə bağlı xatirələrinin çox olduğunu, yaxşı günlərin də sayının çoxluğunu qeyd edir.

O, bu gün "Neft Daşları"nda şəraitin çox dəyişdiyini bildirib.

"Bəzən deyirlər "Neft Daşları" ikinci ömrünü yaşayır. Əslində mən deyərdim "Neft Daşları" üçüncü ömrünü yaşayır.

Bəzi yerlərdə məlumatlar yayılır ki, "Neft Daşları"nda 120 km estakada çəkilib. Əslində çəkilmiş estakadanın uzunluğu daha çoxdur. Bəzi yerlərdə üçüncü dəfədir ki, yollar yenilənir. Yol həmin yol qalır, amma bərpa olunur. Üçüncü ömrünü gedir".

O, son 15 ildə, 2006-2007-ci ildən başlayaraq artıq "Neft Daşları"nda şəraitinin yaxşılaşdığını vurğulayıb. "Məsələn, biz o vaxt "Neft Daşları"nda qalanda təmir yüksək səviyyədə deyildi. Hansısa otaqda televizor olurdusa, hamı o otağa yığılırdı. Əvvəllər bir otaqda 3-4 nəfər qalırdı indi hər otaqda iki nəfər qalır. Hər otaqda bütün işçilər üçün şərait yaradılıb. Fəhləsinə də, rəisinə də eyni şərait yaradılıb. Bu gün "Neft Daşları"na gələn qonaqlar deyir ki, bura mehmanxanaya bənzəyir".
"Azneft"in baş direktor müavini: "Neft Daşları" bir məktəbdir" - VİDEO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1094   Tarix: 07 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel