Həyat yoldaşına görə aparıcılıqdan imtina etdi-FOTOLAR
Türkiyənin "Fox TV" kanalında əsas xəbər aparıcısı olan Nazlı Yolqa artıq başqa həyat yaşayır. Sonxeber.az-ın məlumatına görə, Nazlı ekranlardan uzaqda, ailəsi ilə xoşbəxtdir. 2013-cü ildə hollandiyalı iş adamı Lourens Brenninkmeyer ilə ailə quran Tolqa sevgisi naminə karyerasından vaz keçmişdi.
O, əri ilə Braziliyaya köçmüşdü. Ərinin işlərinə görə Nazlı San-Paolo, Çin, Fransa və Londonda yaşayıb. Ötən il ana olan 39 yaşlı keçmiş aparıcı İnstaqramda yeni həyatına aid paylaşımlar edir.
Dünyada Baxılıb: 4627 Tarix: 08 noyabr 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş