Dünyanın məşhur kruiz şirkətindən Azərbaycana qarşı təxribat
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir
Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, Almaniyanın "Aida kruiz" şirkətinin səyahət laynerlərində Azərbaycan ərazisi Ermənistan ərazisi kimi təqdim olunur. Azərbaycan vətəndaşı Yusif Nağıyev deyir ki, dünyaca məşhur kruiz şirkətində erməni təbliğatı gedir və bunun qarşısının alınması üçün şirkət rəhbərliyinə, Almaniyanın Azərbaycandakı səfirliyinə məlumat verib, tədbir görülməsini istəyib.
Yusif Nağıyevin sözlərinə görə, bu il oktyabrın 17-dən 28-nə qədər "Aida kruiz" şirkətinin "Aida Aura" gəmisində səyahətdə olarkən gəmidəki televizorların ekranlarında göstərilən xəritələrdə Azərbaycanın uzərində Armeniya yazılması faktına rast gəliblər. Bu barədə bir neçə dəfə gəmi personalına məlumat verərək səhvin düzəldilməsini istəyiblər. Lakin personal tərəfindən heç bir tədbir görulməyib.
Bakıya qayıtdıqdan sonra bu barədə "Aida" şirkətinə və Almaniyanın Bakıdakı səfirliyinə email yazıblar. Lakin heç bir reaksiya verilməyib.
Y.Nağıyev bildirir ki, "Aida" şirkətinin laynerində qarşılaşdırları faktı ölkəmizə qarşı siyası provakasiya kimi qiymətləndirir, Azərbaycanın müvafiq qurumlarından məsələ ilə bağlı tədbir görülməsini xahiş edirlər.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin katibliyindən xahiş edirik ki, xarici şirkət tərəfindən dövlətimizin təhqir olunmasının qarşısı alınsın" – deyə Yusif və Violetta Nağıyevlər qeyd edirlər.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu ilə müraciət edilib. Təqdim olunacaq cavabı da oxucularımızın diqqətinə çatdıracağıq.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 1090 Tarix: 08 noyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş11 ayda 3 dəfə koronavirusa yoluxdu: Heç bir xəstəliyi omayıb
Türkiyənin Qaziantep şəhərində yaşayan 51 yaşlı qadın 11 ayda 3 dəfə koronavirusa yoluxub. -a istinadən xəbər verir ki, koronavirusa qarşı vaksin olunmayan qadın nəfəsdarlığından əziyyət çəkdiyi üçün reanimasiyaya yerləşdirilib. Ağciyəri zədələndiyinə görə, boğazından qidalanan Jale Düşmezer 10 gün əvvə
17 sentyabr 2021Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO
Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl
18 sentyabr 2021Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu
İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı
17 sentyabr 2021Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO
Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur
17 sentyabr 2021Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"
Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans
16 sentyabr 2021Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO
Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz
17 sentyabr 2021