Erməni əsir üzr istədi: "Azərbaycanda cənnətdəyəm" (VİDEO)

Erməni əsir üzr istədi: "Azərbaycanda cənnətdəyəm" (VİDEO)ARB TV-nin "Rezonans" proqramında bu dəfə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olan, 1994-cü il təvəllüdlü məhkum Arsen Baqdasaryan Eduardoviç öz həyat hekayəsini danışıb.

Sonxeber.az erməni əsirin müsahibəsini təqdim edir:

Arsen Baqdasaryan: – Məhkum (Cəzası-15 il): "Azərbaycan Respublikasının Xankəndi şəhərində, 1994-cü ildə anadan olmuşam. Orta təhsilimi bitirdikdən sonra peşə məktəbinə daxil olmuşam. Peşə məktəbini bitirdikdən sonra Yerevan şəhərinə göndərdilər. 4 ay orada gizirlik məktəbi oxumuşam, sonra sertifikatlar verildi. Dedilər ki, siz dünyanın hər bir yerində xidmət göstərə bilərsiniz. Məni daha sonra Qarabağa göndərdilər. Mənə bütün hərbi sirrləri öyrətdilər, minalar necə hazırlanır, necə yerləşdirilir. Əskəran polkunun komandiri Calal Arutunyan var idi, bildiyim qədərilə onu hazırda öldürüblər. O gəldi, mənə mülki paltarlar gətirdi. İki nəfərlə birlikdə bizi Ağdərəyə gətirdilər, təmas xəttinə. Sonra əskərlər məni gördülər, havaya atəş açdılar. Dedim ki, çobanam. Altdan geyindiyim hərbi formanı gördülər. Dedilər onu hardan tapmısan, dedim satırdılar, alıb geyinmişəm. Və sonra təkid etdikdən sonra mən dedim ki, siz tərəfdə yaşamaq istəyirəm, təslim oluram. Mənimlə gələn 2 nəfər isə minaları basdırıb getmişdilər. Heç bilmirəm harada basdırıblar. Amma bilirəm ki, 17 ədəd mina basdırılıb. Cinayət törətdiyimi bilirəm. Məhkəmə prosesindən də narazı deyiləm. Mənə heç bir təzyiq edilməyib, mənimlə çox hörmətlə davranılıb, baxmayaraq ki, mən cinayət törətmişəm. Törətdiyim cinayət əməlinə görə çox peşmanam. Burada yeməklər də çox kalorilidir, sanki cənnətdəyəm. Mən Azərbaycan vətəndaşıyam.

Hətta burada Azərbaycan bayrağı da düzəldib çarpayımdan asmışam. Bütün otaqlarda Azərbaycan bayrağı var, mən də düşündüm ki, mənim də saxlandığım otaqda Azərbaycan bayrağı olsun. Bayrağı düzəldərkən də heç kimdən icazə almamışam, bilirəm ki, onlar da etiraz etməzlər bayrağı otağımdan asmağıma.

Orada təbliğat aparırdılar ki, Azərbaycanlılar toraqları işğaldan azad eləsələr ana-bacılarımızı zorlayacaqlar, onları tikə-tikə edəcəklər. Lakin mən iki ildir burdayam, erməniyəm, əslində burda məni vura da bilərlər amma indiyə qədər bir dənə də olsun sillə vurmayıblar. Bu da onların danışdığı yalanların əsl cavabıdır. Burada heç kimi zorlamırlar.

Bu çəkiliş vasitəsilə Azərbaycan Respublikasının prezidentinə təşəkkürümü bildirmək istəyirəm ki, ölkədə gözəl şərait yaradıb. Eyni zamanda Azərbaycan xalqından cinayətlərimə əməllərimə görə üzr istəyirəm. Əgər bağışlaya bilirlərsə məni bağışlasınlar"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3038   Tarix: 13 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel