Azərbaycanda yol qəzalarında ölənlərin əksəriyyəti kişilərdir-RƏSMİ STATİSTİKA

Azərbaycanda yol qəzalarında ölənlərin əksəriyyəti kişilərdir-RƏSMİ STATİSTİKA2019-cu ilin 10 ayı ərzində Azərbaycanın avtomobil yollarında 1274 yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən Sonxeber.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarının sayında azalma müşahidə olunub.
Belə ki, 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 , 2018-ci ilin müvafiq dövrü ilə müqayisə etsək 0,8 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,0 faiz azalaraq 1735 nəfər olub. Onlardan 557-si həlak olub, 1178-i isə yaralanıb. Hadisələrin 46,2 faizi gündüz, 36,1 faizi gecə, 17,7 faizi isə toran vaxtı baş verib. Qəzaların 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,0 faiz azalaraq 399 nəfər, yaralananların sayı isə 3,2 faiz azalaraq 1135 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 42,0 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,0 faizini, yaralananların isə 74,2 faizini kişilər təşkil edib.
Bundan əlavə, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 17 hadisə baş verib. Nəticədə 7 nəfər ölüb, 14 nəfər yaralanıb. Hadisələrin 70,6 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Lamiyə Məmmədova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 558   Tarix: 14 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26 aprel
.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel