Aygün Kazımova ölüm ayağında olan məhbus qardaşına baş çəkdi

Aygün Kazımova ölüm ayağında olan məhbus qardaşına baş çəkdiXalq artisti Aygün Kazımova Ədliyyə Nazirliyinin müalicə müəssisəsində olub. Aygün Kazımova orada ağır durumda olan qardaşı Kazım Ələsgər oğlu Kazımzadəyə baş çəkib.

Sonxeber.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, bu haqda Kazım Kazımzadənin oğlu Ələsgər Kazımzadə məlumat verib.

"Atam 2018-ci ildən müalicə müəssisəsində saxlanılır. Onu ötən il müayinə etdilər. Məlum oldu ki, 3-cü dərəcəli xərçəngdir. O vaxtdan müalicə müəssisəsinə köçürüblər, orada saxlayırlar. Atam əməliyyat olunmalıdır. Müalicə müəssisəsində isə belə bir imkan yoxdur. Xəstəliyə qədər atamın 80 kiloqram çəkisi vardı, hazırda 40 kiloqrama qədər arıqlayıb, ağzından qan gəlir, artıq danışa da bilmir. Biz dəfələrlə müraciət etmişik ki, atamı azad etsinlər, onu əməliyyat etdirək. Məktublar yazmışıq. Amma baxan yoxdur. Məcbur qalıb saytlara da, qəzetlərə də müraciət etdik" deyə, Ə.Kazımzadə bildirdi.

Onun sözlərinə görə, bibisi Aygün Kazımova qardaşının ölüm ayağında olmasını mətbuatdan xəbər tutub:

"Bizim onunla əlaqəmiz yoxdur. İndi elə vəziyyətdir ki, hər yerə əl atırıq ki, atamı xilas edək. Mən rayondaydım, bu gün Bakıya gəlmişəm. Dedilər ki, bibim ora gedib, əsəbiləşib. Biz istəyirik ki, atamı azad etsinlər, müalicə edək. Orada müalicə üçün imkanlar yoxdur".

Kazım Kazımzadə atasının ölkə rəhbərliyinə müraciətini də redaksiyamıza yollayıb.

Həmin müraciəti də təqdim edirik:

"2015-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişəm. Orada saxlanıldığım müddətdə - 2018-ci ilədək daxili rejim qaydalarını pozmamışam. Müəssisə rəisi tərəfindən barəmdə heç bir tənbeh tədbiri görülməyib. Bel-kürək nahiyəmdə yaranmış ağrılar səbəbi ilə 23/06/2018-ci ildə müalicə müəssisəsinə göndərilmişəm. Müayinələrdən sonra MRT müayinəsinə göndərilmişəm. Müayinənin cavabı 3-cü dərəcəli bəd-xasiyyət xərçəng xəstəliyi olub.

Azərbaycan Respublikasının Qanunlarına (yəni 178.3-cü maddəyə) əsasən cəzaçəkmə müəssisəsinə daxil olduqdan sonra onkoloji xəstəliyə düçar olmuş məhkum, cəzanın bitməsinin vaxtından əvvəl azadlığa buraxılmalıdır.

Yəni Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən komissiyadan keçirilib azadlığa buraxılmalıdır.

Mən də bu komissiyalara təqdim edilmişəm. Şəxsən cənab general-mayor Rəfail Mehdiyev tərəfindən 2 dəfə komissiyada iştirak etmişəm. Ancaq heç bir nəticə əldə olmayıb. Səbəb isə belədir - rəis müavini İftixar Qurbanov mənə hələ yeriyə bildiyimi, "hələ ölmürsən, ölənə yaxın səni buraxacağıq" deyib.

Sizdən xahiş edirəm ki, mənim səhhətimin ağırlaşmasını və heç bir daxili rejim qaydalarını pozmadığımı nəzərə alaraq azad olunmağıma köməklik göstərəsiniz".

Oğlu bildirib ki, atası Kazım Kazımzadə qeyd olunan müraciəti 01/11/2019-cu ildə yazıb.

"Artıq atam nitq qabiliyyətini belə itirməyə başlayıb. Xəstəliyi daha da şiddətlənib. Hazırda heç nə yemir, su belə içmir və danışması ağırlaşıb, pıçıltı ilə danışır".

Məsələ ilə bağlı Xalq artisti Aygün Kazımovanı da aradıq. Müğənni sorğumuzu cavabsız buraxdı.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən məhkum Kazım Kazımzadə ilə bağlı sorğumuzu cavablandırmadılar.
Aygün Kazımova ölüm ayağında olan məhbus qardaşına baş çəkdiAygün Kazımova ölüm ayağında olan məhbus qardaşına baş çəkdiAygün Kazımova ölüm ayağında olan məhbus qardaşına baş çəkdiAygün Kazımova ölüm ayağında olan məhbus qardaşına baş çəkdi


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 5927   Tarix: 15 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub

6 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Səməd Səmədova başdaşı qoymağa ailəsinin imkanı çatmır?

"Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib. Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla he

7 sentyabr 2021
.

Xalq artistinə AĞIR İTKİ

Xalq artisti Yusif Eyvazovun ailəsinə ağır itki üz verib. xəbər verir ki, sənətçinin həyat yoldaşı Anna Netrebkonun atası dünyasını dəyişib. Bu haqda Xalq artisti sosial şəbəkədə məlumat verib. O, qayınatası ilə görüntülərini yayımlayaraq onun vəfatı üçün dərin kədər hissi keçirdiyini bildirib:. "2005-c

8 sentyabr 2021
.

"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO

Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ

17 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

"Canımı yandırdın" məşhur xanəndə ölən atası haqqında - FOTO

Xəbər verdiyimiz kimi tanınmış xanəndə Tahir Nəbiyev dünyasını dəyişib. -a istinadən xəbər verir ki, xanəndənin qızı Kamilə Nəbiyeva sosial media hesabında atası haqqında paylaşım eib. O, "İnstagram" hesabında atasının fotosunu paylaşaraq: "Canımın içi, canımı yandırdın.Sənsiz mən bu dünyan

3 sentyabr 2021