Bir ailə yol qəzası nəticəsində yox oldu - 4 NƏFƏR ÖLDÜ - FOTO

Bir ailə yol qəzası nəticəsində yox oldu - 4 NƏFƏR ÖLDÜ - FOTOTürkiyənin Karabük vilayətində baş verən ağır qəzada bir ailənin 4 üzvü həlak olub.

Publika.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə Karabükün Kızılcaörən kəndi yaxınlığında - magistral yolda baş verib. Burdurdan Karabükə qızının evinə qonaq gedən 70 yaşlı Muzayin Tezcanın sürdüyü avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, həyat yoldaşı Fetiye Tezcan, qızı və nəvəsi aldıqları xəsarətdən vəfat ediblər.

Sürücünün daha bir nəvəsi isə xəstəxanaya yerləşdirilib.

Dünyada   Baxılıb: 4667   Tarix: 17 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR