"Əli Kərimli Azərbaycan müxalifətinə çox böyük zərbə vurur, onun imicini ləkələyir"-Fəzail Ağamalı

"Əli Kərimli Azərbaycan müxalifətinə çox böyük zərbə vurur, onun imicini ləkələyir"-Fəzail AğamalıƏli Kərimli Müsavat Partiyasını nəzarətinə götürmək üçün Tofiq Yaqublunu ön plana çıxarır. O İsa Qəmbəri və Arif Hacılını da sıradan çıxarmağı planlayır. Bununla da Əli Kərimli müxalifət düşərgəsini dağıtmağa çalışır.
Bununla bağlı Sonxeber.az-a danışan millət vəkili Fəzail Ağamalı Əli Kərimlinin əsl niyyətinin Müsavat Partiyasında rəhbərliyini ələ keçirmək olduğunu açıqlayıb:
"Əli Kərimli həqiqətən Müsavatı ələ keçirmək və onu bitirmək istəyində idi. Çox qəribədir ki, məndə olan məlumata görə Arif Hacılı da bunu bilirdi. Amma yenə də onlar bir masanın arxasında əyləşir, mehriban düşmənlər kimi bir- birinə təbəssüm edərək mübarizə aparırlar. Əli Kərimli istəyirdi ki, Arif Hacılı sədr olaraq seçilməsin, kənarda qalsın".
Millət vəkili bidirib ki, bu zaman İsa Qəmbərin işə qarışması və Arif Hacılının məsələdən xəbər tutması Əli Kərimlinin bu layihəsini reallaşmasına imkan vermədi. Həmin vaxt isə sədr vəzifəsi Tofiq Yaqublunun üzərində dayanmışdı. Lakin, bu da alınmadı. Fəzail Ağamalı qeyd edib ki, bu məsələdən 1 ay keçməmiş partiya fəalları eyni masanın ətrafında əyləşdilər:
"Bu gün dəyirmi masa ətrafında öz çirkin liderliklərini qorumaq üçün İsa Qəmbəri təhqir edən Əli İnsanov, İsa Qəmbəri və Arif Hacılını siyasətdən təmamilə yox etməyə bütün imkanları qoyan Əli Kərimli üz- üzə əyləşirlər. Başa düşə bilmirəm, doğurdanmı dəyərlər onlar üçün qalmayıbdır? Düşünürəm onlar üçün dəyər söhbəti yoxdur. Onlar düşmənlə belə əməkdaşlığa hazır olan insanlardır, mehriban düşmənlərdir".
Fəzail Ağamalı həmçinin qeyd edib ki, bu gün ən acınacaqlı hadisə onların Azərbaycan müxalifətinə çox böyük zərbələr vurmağı, onun imicini ləkələməyidir. O, bildirib ki, Əli Kərimli kimilər normal müxalifətin inkişafına, Aərbaycan dövlətçiliyinə, onun qarşı qoyduğu hədəflərin formlaşmasın imkan vermirlər. Kimsə önə çıxmaq istəyirsə, dərhal ona hücum çəkir, sosial- şəbəkələrdə təhqir edirlər. Düşünürəm ki, bu cür müxalifətçi ola bilməz.

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3808   Tarix: 25 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26 aprel
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel