Azərbaycanda yüksək vəzifəli şəxs həbs olundu

Azərbaycanda yüksək vəzifəli şəxs həbs olunduAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan biri kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır.

Təhsil Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən Sonxeber.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Bu çərçivədə Oğuz Peşə Məktəbinin direktorunun qanunsuz hərəkətləri barədə əldə edilmiş əməliyyat məlumatları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu tədbirlərlə Oğuz rayonu, Bayan kəndində yerləşən Oğuz Peşə Məktəbinin direktoru Azər Nəcməddinovun məktəbin digər işçiləri vasitəsilə peşə məktəbində təhsil alan şagirdlərin "Kapitalbank" ASC tərəfindən təqdim edilmiş plastik kartlarından istifadə etməklə, 2017-2019-cu illər ərzində onların aylıq təqaüdlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə A.Nəcməddinovun, baş usta İmdad İsmayılovun, baş mühasib və digər işçilərin xidməti otaqlarında, yardımçı sahələrdə, o cümlədən A.Nəcməddinovun yaşadığı rayonun Kərimli kəndində yerləşən evində məhkəmə qərarı ilə axtarış aparılıb, peşə məktəbinin şagirdlərinə məxsus 39 ədəd plastik kart, şagirdlər tərəfindən təhsil haqqı kimi ödənildiyi bildirilmiş 600 manat pul və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.
İstintaq zamanı toplanmış ilkin sübutlarla Azər Nəcməddinovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş şagirdlərin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 6552   Tarix: 03 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Nazirlikdən dəm qazından zəhərlənənlərlə bağlı VACİB AÇIQLAMA - ÖZƏL

Son bir neçə gündə dəm qazından zəhərlənmə hadisələri çoxalıb. . . Bununla bağlı Sonxeber.az-a danışan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, bizim nazirlik tərəfindən bununla bağlı mütəmadı maariləndirmə tədbirləri həyata keçirilir: "Videoçar

10 dekabr 2019

Politoloq: "Şimali KoreyaTrampı vaxtın azalması ilə təxribata çəkir"

"Şimali Koreya nüvə müzakirələrini qoruyub saxlamaq üçün Vaşinqtonun vaxtının azaldığını bəyan edib". . Bildirilir ki, Şimali Koreya XİN-nin ABŞ üzrə nümayəndəsi Ri Zae Sonq Vaşinqtonun vaxt qazanmaq üçün təkliflərini təkrarlayır, amma real təkliflər vermir. Xəbərdarlıq edilib ki, Pxenyan üçü

3 dekabr 2019

Xəstəxanaya yerləşdirilən xalq artistinin vəziyyəti ilə bağlı YENİ AÇIQLAMA

Xalq artisti Rafael Dadaşov dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.. . Bu gün sosial şəbəkələrdə yayılan məlumata görə, 73 yaşlı xalq artisti müalicə aldığ

3 dekabr 2019

43 şəhidin 57 vərəsəsinə birdəfəlik ödəmə verilməsi ilə bağlı qərar qəbul edildi

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası işlərinin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya daha 43 şəhidin 57 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.. . Nazirlikdən Sonxeber.az-a verilən məlumata görə, birdəfəlik ödəmələ

3 dekabr 2019

Qriboyedovun təhqir edilən heykəli - Njde ruhunda tərbiyənin nəticəsi - ŞƏRH

Bir etnik qrup barəsində ümumiləşdirmə aparmaqdan uzağıq. Ancaq təəssüf ki, bəzən tarixdə baş verən hadisələr belə ümumiləşdirməyə imkan verir. Bu baxımdan, ermənilər barədə ümumiləşdirmə etmək olar.. . Deməli, dekabrın 2-də Yerevanda polyak əsilli tanınmış rus dramaturq, yazıçı və diplomat, məşhur "Ağılda

3 dekabr 2019

"Erməni alim etiraf edir ki, ikiüzlülük, riyakarlıq ermənilərə ana bətnində verilir"-Tarixçidən AÇIQLAMA

Rus diplomat, şair və dramaturq Aleksandr Qriboyedovun abidəsinə erməni milli fəal Şaqen Harutyunyan tərəfindən qırmızı boya tökülüb.. . Bu addımı Ermənistanın "Tseqakron" Partiyası və "Birləşmiş Milli Təşəbbüs"ün lideri sədri Şant Arutunyanın oğlu Şaqen Arutyunyan atıb. Səbəb is

3 dekabr 2019

Paşinyan saxta rəqəmlərlə beynəlxalq təşkilatlara yalan hesabat verməyə çalışır- RƏY

Ermənistanın Baş naziri Nikol Paşinyan "Legatum Prosperity Index" İngilis Analitik İnstitutunun (Rifah indeksi) 2019-cu ildəki hesabatına toxunub və qeyd edib ki, Ermənistanın mövqeyi keçən ilə nisbətən 27 pillə yaxşılaşdıraraq 61-ci yeri tutub. Ermənistan dünya ölkələrinin rifah indeksind

3 dekabr 2019

Bakıda məktəbdə çatlar yarandı - Şagirdlər başqa məktəbə köçürüldü

"Bakı şəhəri 35 nömrəli tam orta məktəbin 1931-ci ildə tikilib istifadəyə verilmiş korpusu uzunmüddətli istismar nəticəsində qəzalı vəziyyətə düşüb".. . Sonxeber.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.. . Korpusun dəhlizlərind

3 dekabr 2019

Milli Məclis deputatlarının xarici səfərləri ləğv olunub

Milli Məclis deputatlarının xarici səfərləri ləğv olunub.. . "Report"un əldə etdiyi məlumata görə, buna səbəb parlamentin buraxılması ilə bağlı gözləntilərin böyük olmasıdır. . . ATƏT Parlament Assambleyasının sabah Slovakiyada keçirilməsi nəzərdə tutulan büro iclasında və ATƏT-in Nazirlə

3 dekabr 2019