Bakıda müəllim dərsdə dırnaqlarını manikür edir? - FOTO
Suraxanı rayonunda yerləşən 290 saylı orta məktəbin ibtidai sinif müəllimi Rubiyə Hüseynova sinif otağında dərs zamanı dırnaqlarına manikür edir. Müəllim bunun üçün məktəbə xüsusi aparat da gətirir və dərs vaxtı dırnaqlarını düzəltməklə məşğul olur.
Bu barədə Axar.az-a sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat veriblər.
Şikayətçilər bildirir ki, R.Hüseynovanın özbaşınalığı bununla yekunlaşmır. Müəllimə dərsdə uşaqlarla olduqca kobud rəftar edir, hətta azyaşlı uşaqlara qarşı söyüş də söyür.
Müəllimin bu kimi davranışlarından narazı olan valideynlər məktəbin direktoruna da bununla bağlı məlumat verib və bir tədbir görülməsini istəyiblər. Lakin valideynlərin şikayəti heç bir nəticə verməyib. Bunun əksinə olaraq, müəllimə valideynlərlə də kobud rəftar etməyə başlayıb. Çıxılmaz vəziyyətdə qalan valideynlər media vasitəsilə aidiyyəti qurumlara araşdırma aparması üçün səsləniblər.
Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanan sorğuya isə məktəbin cavabı göndərilib. Yəni Bakı Təhsil İdarəsi sorğunu məktəbə istiqamətləndirib, məktəbin cavabında isə, təbii ki, şikayətdə əksini tapan ittihamlar qəti şəkildə təkzib edilib:
"Rubiyə Hüseynova 1994-cü ildən S.Abdullayev adına 290 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyir. İşlədiyi illər ərzində valideynlərdən müəllim haqqında heç bir narazılıq daxil olmayıb. Qeyd etdiyiniz valideynləri narahat edən hər hansı bir məsələ varsa, məktəb rəhbərliyinə müraciəti əsasında aydınlıq gətirilə bilər".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2281 Tarix: 05 dekabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə
19 dekabr"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto
Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda
20 dekabrİtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video
10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm
19 dekabr19 yaşlı oğlan qəfil öldü
Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm
20 dekabrBakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb
Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində
19 dekabr