Telman Zeynalovdan XƏBƏRDARLIQ: "Havaların isinməsi nəhəng dövlətlərin kommersiya siyasətidir və Azərbaycan ekoloji müharibə altındadır"

Telman Zeynalovdan XƏBƏRDARLIQ: "Havaların isinməsi nəhəng dövlətlərin kommersiya siyasətidir və Azərbaycan ekoloji müharibə altındadır"Azərbaycan bəşər tarixində meteoroloji müşahidələrin bütün dövrləri üçün ən isti beş ilinə hazırlaşmalıdır. Ümumdünya Meteoroloji Təşkilatının (WMO) Madriddə keçirilən iqlim sammitində açıqladığı ilkin məlumatlara görə, 2015-2019-cu illər meteoroloji müşahidələrin bütün dövrləri üçün ən isti beş ili kimi müəyyən edilib. Müstəqil ekoloji ekspertlərin dünya miqyasında tətbiq olunan təcrübə və oxşar iqlim təhdidləri ilə qarşılaşan ölkələr üçün iqlim amili hətta insanların özünün yaratdığı müharibə vasitəsi kimi çıxış edə bilər. Ölkəmiz üçün hansı fəsadlarının ola biləcəyi maraqlı məqamlardandır.

Bununla bağlı Sonxeber.az-a danışan Mili Hidrometeorologiya Departamentinin İqlim dəyişmələri və Azon Mərkəzinin ekspert-mütəxəssisi Məhərrəm Mehdiyev bildirib ki, istiləşmə 2018-ci ildə Azərbaycanda orta illik temperatur üzrə yüksək olub:
"Temperaturun yüksək olması ölkədə bir sıra problemlər yaratdı. Ən əsas problem isə keçən il su qıtlığı problemi nəticəsində energetika sahəmizə müəyyən bir zərərin verilməsini göstərə bilərik. Vaxtı ilə 10-12 faiz elektrik enerjisi verən stansiyalarımız keçən il 8 faizə qədər elektirk enerjisi hasil edə bilmişdi. Biz bu hasilatı 4 faiz aşağı salaraq, bu enerjini bərpa etmək üçün istilik elektrik stansiyalarını artırmışıq. Məlumdur ki, istilik elektrik stansiyaları yanacaqla işləyir. Bu o deməkdir ki, artıq yanacaq yandırmışıq və bu da istilik effekti yaradan qazların artmasına səbəb olub. İstilik effekti yaradan qazlar atmosfedə artdıqca isə müəyyən mənada iqlim dəyişmələrinə şahid oluruq".

Ekspert Bakı şəhərinin mövcud hava şəraitindən söhbət açıb, sadə nümunə gətirməklə iqlim dəyişmələrinə qısaca aydınlıq gətirib. Eyni zamanda iqlim dəyişmələrinin həcm və istiqamətinə təsir edəcək təsirləri də açıqlayıb:

"Bakı küləklər şəhəri adlanır. Əgər Bakı şəhərində iki gün külək əsmirdisə, artıq 4- cü günü mütləq külək əsirdi. Son zamanlar küləklərin arasındakı fasilələr çox olur. Bu fasilələr havanın cərəyan etməməsinə, istiliyin artmasına gətirib çıxarır. Bu da insan psixologiyasına mənfi təsir edir. Bilirsiz bütün dövlətlər Paris razılaşmasından irəli gələn öhdəlikləri yerinə yetirsələr, iqlimin orta iqlim temperaturunu 1,5- 2 dərəcə arasında saxlasaq, biz iqlim dəyişməsinin həcmi və istiqamətini azaltmış oluruq. Əgər ki, öhdəliyi yerinə yetirməsələr, atmosferdə karbon qazı çoxalacaq. Bu da yaxşı nəticə verməyəcək. Digər fəsadların heç biri karbon qazının göstərdiyi nəticələri göstərə bilməyəcək".

Ekoloq Telman Zeynalov adıçəkilən məsələni Azərbaycan haqqında irəli sürülmüş kommersantların yerinə yetirdiyi siyasət kimi dəyərləndirib:
"Deyirlər ki, iqlim isinir. Düzdür, bununla razıyam. Ancaq soyuq olan yerlərdə bu keçərlidir. Onlar hələ başa düşə bilmirlər ki, iqlim dəyişməsi axı necə ola bilər?! Atlantik Okeanı yavaş- yavaş soyuyur. Çünki, Arktikadan gələn soyuq onların hamısını üstələyir. Hazırda Azərbaycanda Arktikadan gələn soyuq hava hakimdir. Ümumiyyətlə qeyd edim ki, hər 30-35 ildən bir hava ya isinir, ya da soyuyur. Bu təbiətin qanundur. Kim Azərbaycanın iqlimi haqqında belə fikirlər deyirsə, bu yalnız çirkin kommersiya oyunudur".

Ekoloq Amerika, Rusiya və Qərb dövlətləri arasında həm iqtisadi, həm ekoloji cəhətdən müharibə getdiyini və bu hadisələrin Azərbaycan iqliminə də təsirsiz qalmadığını vurğulayıb. O, həmçinin Azərbaycanda istilərə davamlı mübarizə üçün su qıtlığı məsələsinə də aydınlıq gətirib:

"Ölkəmiz Rusiya ilə Xəzər dənizi ilə həmsərhəd olduğuna görə hazırda ekoloji cəhətdən zərbə altındadır. Onların üzərindən keçirilən ekoloji silahlar - meşə yanğınları, daşqınlar, quraqlıq Azərbaycanın iqliminə də təsirsiz ötüşmür. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda quraqlıq baş verir. Düşünürəm, biz oyunlara qatılmamalıyıq. Cənab Prezidentimizin 2017-ci ildə Kənd təsərrüfatını inkişaf etdirmək məqsədi ilə "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamı var. Bunun nəticəsi olaraq 60-a yaxın subartezian quyusu qazılıb və əhalinin suya olan təlabatı ödənilir. Əgər Azərbaycan üçün ciddi su qıtılğı ilə üzləşsəydi, artezian quyuları dolmazdı. Azərbaycanın üç tərəfi dağ, bir tərəfi dənizdir. Nə qədər desəniz ayağımızın altında su var. Ancaq bu sudan səmərəli istifadə etmək lazımdır".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2537   Tarix: 05 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel