Azərbaycan neftçiləri bir gündə 100 min ağac əkməyə başlayıb

Azərbaycan neftçiləri bir gündə 100 min ağac əkməyə başlayıbBirinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikada keçirilən "Bir gündə 650 min ağac əkək" kampaniyası çərçivəsində bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kollektivi və şirkətin birgə müəssisələri 100 min ağacın əkilməsinə başlayıb.

"Report" xəbər verir ki, öncə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Qala qəsəbəsi ərazisində yerləşən "Eko Park"da ağacəkmə kampaniyasında iştirak ediblər. Gün ərzində Şirkətin idarə və müəssisələrinin ərazisində, əsasən Abşeron yarımadasının təbii iqliminə uyğun olan 15 minə yaxın sərv, hər biri 11 min civarındatuya, oleandr və eldar şamı, 10 mindən artıq badam, 7 mindən artıq tut tingləri, ümumilikdə isə 22 adda ağac və gül kolları əkiləcək. Tinglər SOCAR-ın "EkoPark"ından götürülüb.Aksiya çərçivəsində əkilmiş ağaclara aqrotexniki qulluq göstərmək məqsədi ilə burada müasir damcı suvarma sistemi yaradılıb.

Dekabrın 6-da reallaşan aksiya çərçivəsində əkilmiş 100 min ağacın 45 mini "Azneft", 15 mini "Azəriqaz" və "Azərikimya" İstehsalat Birliklərinin, H.Əliyev adına Neft Emalı Zavodunun, Qaz İxrac və Neft Kəmərləri idarələrinin, 40 mini isə digər idarə və müəssisələrinin ərazilərində əkiləcək. Ağacəkmə kampaniyasına SOCAR-ın bir sıra birgə müəssisələri və tərəfdaş şirkətlər də qoşulublar. Ümid istehsalat və təchizat bazasının ərazisində 2 min ağac "SOCAR AQŞ" tərəfindən əkilməsi nəzərdə tutulub.

Xatırladaq ki, SOCAR-da neft və neft məhsulları ilə çirklənmiş ərazilərin bərpası və bu ərazilərdə geniş yaşıllıq zolaqlarının yaradılması işlərinə 2006-cı ildən start verilib. Şirkətin istehsalat sahələrində ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə vaxtaşırı həyata keçirilən yaşıllaşdırma işləri və meşə massivlərinin salınması layihələri bu gün də uğurla icra olunur. SOCAR hər il "Eko Park" ərazisində təxminən 100 min ağac tingi yetişdirərək müəssisə və idarələrə paylanmasını və əkilməsini təmin edir. Dekabrın 6-da əkilmiş 100 min ağacla birlikdə SOCAR-ın cari ildə əkdiyi ağacların sayı 200 minə yaxınlaşıb. Ümumilikdə isə indiyə qədər keçirilən tədbirlər nəticəsində SOCAR üzrə 500 hektardan artıq ərazidə 1 milyona yaxın ağac və gül kolu əkilib, bitkilərin inkişaf fazalarına uyğun onlara davamlı aqrotexniki qulluq göstərilib.

Azərbaycan neftçiləri bir gündə 100 min ağac əkməyə başlayıbAzərbaycan neftçiləri bir gündə 100 min ağac əkməyə başlayıbAzərbaycan neftçiləri bir gündə 100 min ağac əkməyə başlayıbAzərbaycan neftçiləri bir gündə 100 min ağac əkməyə başlayıbAzərbaycan neftçiləri bir gündə 100 min ağac əkməyə başlayıbAzərbaycan neftçiləri bir gündə 100 min ağac əkməyə başlayıb


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1016   Tarix: 06 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel
.

Al lalələri ilə görənləri heyran edən Xocalıdan - Fotolar

Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa gözəllikdə olur. Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı b

26 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel