Omba əməliyyatı keçirən Xatun: Oturub-durmağımda heç bir problemim yoxdur - FOTO

Omba əməliyyatı keçirən Xatun: Oturub-durmağımda heç bir problemim yoxdur - FOTOƏməliyyatlara normal baxıram. Əməliyyatların nə dərəcədə uğurlu alınması, gözəl bədən quruluşuna sahib olmağına baxmayaraq, fəsadları da çox olur.

Bunu müğənni Xatun Əliyeva oxu.az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi keçirdiyi omba əməliyyatından danışıb, gizlinləri ortalığa çıxarıb:

"Bu əməliyyat "kontur plastika" adlandırılır, yəni "bədən şəkilləndirməsi". Saatlarla idman zalında gedib, tər töksəm də, bir nəticə əldə edə bilmədim. Heç buna zamanım da yoxdur. Masajlara da gedə bilmədim.

Birdəfəlik nöqtə qoymaq üçün cərrah masasına uzanıb, məni kompleksə salan problemlərdən qurtuldum. Üstəlik, əməliyyat pulsuz olanda qaça-qaça getdim (gülür). Pulsuz olan şeyə kim razılıq verməz ki? Hər gün gedərlər..."

Cərrah bıçağı altına uzanıb, plastik əməliyyat etdirməyə nə ehtiyac var idi? sualına xanım müğənni bu cür reaksiya verdi:

"İnsan hərdən özünü güzgüdə görməkdən belə bezir. Dəyişməyi sevən insanlar dəyişmək üçün plastik və estetik əməliyyatlara baş vururlar. Bu da, məncə, bizim göz önündə olmağımızdan, qocalmaq qorxumuzdan, hər zaman gümrah, gözəl qalmağımızdan irəli gəlir. Sonuncu əməliyyatdan sonra məndə "panik atak" yaranıb. Bir-iki il zaman keçməlidir ki, yenidən plastik və estetik əməliyyat etdirim".

Müğənni Roza Zərgərlinin bir müddət öncə Oxu.Az-a müsahibəsində "Müğənnilər plastik əməliyyat etdirirlər ki, mənə bənzəsinlər" sözünə Xatun "Roza xanım o sözləri mənə ünvanlaya bilməz" deyib, fikirlərini bu cür izah etdi:

"Biz Roza xanımla sənətə gəlməmişdən arxivimizə nəzər yetirsəniz, görərsiniz ki, bizdə ciddi problemlər heç zaman olmayıb (gülür). Sadəcə, müəyyən "liposaksiya" (piy sovurma) əməliyyatları olanda bel incələşir, omba (arxa əzələ) daha gözə girir və cazibədar görünür.

Bizim şou-biznesdə o qədər bu əməliyyatdan etdirən müğənnilər var ki, çoxunda uğursuz alınıb. Roza xanım elə onları nəzərdə tutub, bu açıqlamanı verib. Roza xanım çox ekzotik bir xanımdır. Anadan olandan və səhnəyə gələndən gözəldir. Vay o günə ki, eybəcər və çirkin olasan. O qədər belələri var ki..."

"Söyləyirlər ki, omba əməliyyatından sonra oturub-durmaqda problemlər yaranır" şərhinə Xatun istehzalı gülüşü ilə "Baxır necə otururlar da... Məndə heç bir problem yaranmayıb" cavabını verdi.

Maqazin verilişlərin birində Xatunun müğənni Natavan Həbibini "anakonda" adlandırması ikilini düşmənə çevirdi. Bir həftə öncə Xatunun "Instagram" hesabında qarşı tərəfin fotosunu paylaşması isə ikilinin barışması kimi qələmə verildi. Xatun redaksiyamızın əməkdaşı ilə söhbətində məsələnin astarını gün üzünə çıxardı:

"Bu, sadəcə, verilişin "formatı"ndan irəli gələn məsələ idi. Natəvan Həbibi ilə barışığa gələndə isə, mən onunla düşmən deyiləm, barışıq da ola bilər. Sadəcə deyildi ki, Natəvanın fotosunu sosial şəbəkə hesabında paylaş, mən də sözündən çıxmayıb paylaşdım.

Mən kinli insan deyiləm. Həmişə də Allaha dua edirəm ki günüm xoş keçsin. Çünki gün xoş keçəndə, kinli olmursan. O insanlar ki uğursuz olur, onlar kin saxlayırlar, hamıya pis şeylər arzu edirlər. Bir sözlə, neqativ ötürürlər. Amma elə insanlar var ki, onlarla küsülü qalmaq daha yaxşıdır. Qəlbimdə kin-küdurət yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3022   Tarix: 08 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO

BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından

14 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO

Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma

3 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ

Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah

8 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO

Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ

17 sentyabr 2021