"Ailədə zorakılıq hallarının səbəbi çox vaxt şüuraltı ilə bağlı olur"-Komitədən AÇIQLAMA

"Ailədə zorakılıq hallarının səbəbi çox vaxt şüuraltı ilə bağlı olur"-Komitədən AÇIQLAMASon dövrlər ailə münaqişələri, xüsusilə həyat yoldaşları tərəfindən döyülən, işgəncələrə məruz qalan hətta öldürülən qadınların sayı çoxalıb. Bununla bağlı sosial şəbəkələrdə müzakirələr olunur, mətbuatda xəbərlər yayılır. Məsələ ilə bağlı dövlət strukturları tərəfindən maarifləndirici addımlar atılmasına baxmayaraq, baş verən hadisələrin sayı azalmaq əvəzinə gündən-günə daha da artır.

Mövzu ilə bağlı Sonxeber.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aile hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə açıqlama verib.
"Son günlərdə ən aktual problemlərden biri də, məişət zorakılığı hadisələrinin kütləvi informasiya vasitələrində yayılmasıdır. Əslində əvvəlki illərə nəzər salsaq görərik ki, məişət zorakılığına məruz qalanların sayı indi daha azdır. Amma bu say bizim üçün yetərli deyil. Bəzi hallarda zorakılıq faktları işgəncələrlə, qadınların və ya uşaqların ölümü ilə nəticələnir. Zorakılıq halları təkcə qadınlara qarşı deyil, eyni zamanda uşaqlara qarşı da törədilir. Rayonların birində belə bir halın şahidi olmuşduq. Azyaşlı uşaqlara qarşı ata və ögey ana tərəfindən zorakılıq halı baş vermişdi. Hadisə ilə bağlı araşdırmalar aparıldı və ciddi tədbirlər görüldü.
Amma məsələnin qaynağının tapılması bizim üçün çox önəmlidir. Bəzən vətəndaşlar iqtisadi cəhətdən ailənin vəziyyətinin aşağı olmasını əsas gətirirlər amma tebii ki, belə deyil. Araşdırmalar zamanı əhali arasında apardığımız sorğulardan, həmçinin komitənin özünə daxil olan müraciətlərdən aydın olur ki, bu heç də iqtisadi səbəblərdən deyil. Bu, insanların vaxtı ilə öz ailələrində baş vermiş məişət zorakılığı hallarındandır. Uşaqlıq dövründə onların şüuraltında artıq bu zorakılıq halı qalır. Artıq ailə qurduqca bunu öz həyat yoldaşına, övladlarına qarşı tətbiq etməyə başlayır. İndinin problemi deyil, bu illər öncə baş vermiş travmalardan əmələ gələn zorakılıq faktlarıdır ki, bunun da qarşısını almaq çox çətindir. Bizim əsas məqsədimiz bu halların qarşısının alınması üçün ilk növbədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, onlarla profilaktiki söhbətin aparılması, profilaktiki işin təşkili çox vacib məsələlərddən biridir. Ailə institutunu qoruyub saxlamaq, mütləq şəkildə ailələrlə işləmək lazımdır. Gözəl bir ailəni qoruyub saxlamaq üçün hər bir ailə hazırlıqdan keçməlidir. Ailə institutu təkcə bizim ölkədə deyil, eyni zamanda bütün xarici ölkələrdə də bu institutlar var. Bəzən qadınlar öz hüquqlarını bilmirlər və zorakılığı normal hal kimi qəbul edirlər. İş o yerə çatır ki, qadına qarşı xüsusi amansızlıqla işgəncələr törədilir, ancaq bundan sonra qadın hüquq-mühafizə orqanlarına müraciət etməyə başlayır. Yaxşı olar ki, belə işgəncə halı baş vermədən öncə hüquq-mühafizə orqanlarına və yaxud müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilsin. Təbii ki, bu bəzən qadınların öz hüquqlarını bilməməsi, savadın, təhsilin az olması zorakılıq hallarına gətirib çıxardır.

Hətta dağ kəndlərində maarifləndirmə tədbirlərində iştirak etmişik və vətəndaşların bu məsələyə necə həsas yanaşdıqlarının şahidi olmuşuq. Baş vermiş zorakılığın yeri və zamanı bilinmir. Ümumiyyətlə dövlət tərəfindən bütün şəxslər üçün bərabər şəkildə təhsil imkanları yaradılıb. Baxır, vətəndaş bundan necə istifadə edir. Oxumaq həvəsi olan insan oxuyur və cəmiyyətdə öz yerini, mövqeyini tapır. Maarifləndirmə tədbirlərini həyata keçirərkən xüsusən ucqar dağ rayonlarında, ucqar kəndlərdə də bu fikirləri aydın şəkildə insanlara çatdırırıq. Yaxşı olardı ki, qızlarımız ailə qurmamışdan əvvəl təhsil alsın, işə qəbul olunsun və iqtisadi cəhətdən heç kimdən asılı olmasın. Bu gözəl şərtdir amma baxır vətəndaş bunu necə qəbul edir. Bəzən elə qadınlar olur ki, həyat yoldaşları işləmə deyirsə, işləmir. Belə olduğu zaman heç kəs onu məcbur edə bilməz ki, sən mütləq işləməlisən. Bu, vətəndaşın özünün istəyindən asılıdır. Bu gün dövlət qulluğunda, hüquq-mühafizə orqanlarında, milli məclis deputatları və bələdiyələr arasında kifayət qədər xanımlarımız var və mütəmadi olaraq onların ildən-ilə artır.

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 718   Tarix: 13 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021