Bakının mərkəzində böyük söküntü planı: "Gecəqondu"lar tarixə qovuşur
Hələ 2014-cü ildə Nəsimi rayonu İcra Hakimiyətinin başçısı Nəsib Məhəməliyevin dövründə "Papanin", "Xutor" adlanan ərazilərdə böyük söküntü olacağı anonsu verilmişdi. Ozamankı başçı bildirmişdi ki, metro tikintisi ilə əlaqədar ərazidəki 101 fərdi ev söküləcək, sahiblərinə kompensasiya ödəniləcək.
Sonxeber.az xəbər verir ki, ərazi həm də yeni metrostansiyanın istifadəyə veriləcəyilə əlaqədar olaraq diqqət mərkəzindədir. Çünki "Bakı Metropoliteni" QSC "Papanin" adlanan ərazidə şərti adı "B3" olan (şərti adı "B3" olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir - red.) stansiyanın 2020-ci ildə istifadəyə veriləcəyini açıqlayıb.
Bəs yeni açılacaq stansiyanın ətrafındakı "gecəqondu" adlanan evlərin aqibəti necə olacaq?
Məsələ ilə bağlı Nəsimi rayonu İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Elgün Əlizadə Modern.az-a bildirib ki, hələlik söküntü işləri təxirə salınıb:
"Ümumilikdə bu barədə dəqiq məlumat yoxdur. Amma böyük ehtimalla, söküntü işlərinə stansiyanın açılışından sonra baxılacaq. "Papanin", "Xutor" ərazilərindəki söküntülər böyük layihələrdir.
Onlar planlaşdırılmalı, maliyyə ayrılmalıdır ki, söküntü işlərinə başlanılsın. Bunlar dövlət tenderləri olduğu üçün maliyyə vəsaiti tələb edilir. Qəzalı evlərin, binaların hamısı tədricən söküləcək".
Layihənin yekunlaşmasına gəlincə, şöbə müdiri bunun işlərə başlanıldıqdan sonra bəlli olacağını diqqətə çatdırıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2089 Tarix: 19 dekabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı
Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda
19 dekabrSabah hava necə olacaq?
Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz
20 dekabr"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto
Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda
20 dekabrMeyxanaçı Kərim dəfn edilidi (FOTO)
Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə
20 dekabrBəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə
19 dekabrAzərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI
Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -
20 dekabr