ŞAD XƏBƏR - Dollar ucuzlaşacaq

ŞAD XƏBƏR - Dollar ucuzlaşacaqBir çox nüfuzlu maliyyə təsisatlarının ekspertləri 2020-ci ildə ABŞ dollarının məzənnəsinin azalacağı qənaətindədir.

Sonxeber.az "Report"a istinadla xəbər verir ki, bir sıra ekspertlərin ümumi proqnozuna əsasən, gələn il ərzində avronun məzənnəsi hazırkı 1,1 dollardan 1,16 dollaradək artacaq.

"Bloomberg"in təqdim etdiyi proqnoza görə, 2019-cu ildə qlobal resesiya gözləntilərinin hakim olduğu üçün dollar və dollar aktivləri daha çox satın alınsa da hazırda dünya iqtisadiyyatındakı vəziyyətə dair narahatlığın səngidiyi, ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) faiz dərəcələrini dəyişdirmək fikrində olmadığı üçün sərmayəçilər daha risqli yatırımlara yönəlir, dolların məzənnəsi də azalır. Belə ki, gələn ilin sonunda avronun dollara qarşı məzənnəsi "Goldman Sachs" bankına görə 1,15, "Deutsche Bank"a görə 1,2 olacaq.
"Bank of America"nın ekspertləri isə ABŞ-Çin ticarət qarşıdurmasının mühüm təsiri olacağını, yazda isə sərmayədarların diqqətini ABŞ-dakı qarşıdan gələn və adətən iqtisadiyyat üçün daha çox mənfi rol oynayan prezident seçkilərinin çəkəcəyini bildiriblər.

İnkişaf edən ölkələrin valyutaları arasında ilk növbədə Braziliya realı diqqət çəkir. Belə ki, bu il rekord minimum məzənnəsinə çatan real "İNG" proqnozuna görə, 2020-ci ildə büdcə islahatı, iqtisadi artımın sürətlənməsi, nisbətən yüksək faiz dərəcələri ilə bağlı 10 faizədək bahalaşa bilər.

Rusiya ekspertlərinə görə, bu ölkənin valyutası olan rublun məzənnəsi gələn ilin əvvəlində bir dollara 62-64 rubl, ilin sonunda isə ABŞ-dakı seçkilərin nəticələrinə görə 65-70 rubl səviyyəsində olacaq. Çin yuanının isə məzənnəsi 2020-ci ilin sonunda bir dollara 6,85-7,21 yuan səviyyəsində ehtimal edilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 10955   Tarix: 24 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə xəbər verir. Fərmanl

20 fevral
.

Bu məhsullar bahalaşıb

2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,9 faiz, qeyri-qida məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib. Bu barədə -a Dövlət Statistik

9 aprel
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Qızıl qiymətləri rekord səviyyəyə qalxdı

Qızıl qiymətləri cümə günü tarixi zirvəyə yüksəlib. "Ölkə.Az"ın məlumatına görə, spot qızıl 0,5% bahalaşaraq bir unsiya üçün 2 min 384,34 dollar olub. ABŞ-nin qızıl fyuçerslərinin dəyəri isə 1,2% artaraq 2 min 401,80 dollara çatıb. Sessiyanın əvvəlində külçə qızılın dəyəri rekord həddə bahalaşara

12 aprel
.

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB - VİDEO

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir. xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir. Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var. "İtkilər balın qiymətinə təsir edəcək. Arıçıla

12 aprel
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel
.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO

Bu gün səhər saatlarından etibarən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Bəzi rayonlarda qar örtüyünün hündürlüyü 6 sm olub. -in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 0 dərəcəyə yaxın olub. Hava proqnozu proqramlarını

26 fevral
.

Qızıl qiymətinə satılan meyvələr: Bahaçılığın səbəbi nədir? - ARAŞDIRMA + VİDEO

Hər il mart ayında bazarlarda meyvə-tərəvəzin qiyməti əl yandırır. Bəziləri isə sözün həqiqi mənasında qızıl qiymətinə satılır. Mövzu ilə əlaqədar Baku TV-nin əməkdaşı paytaxtdakı bazarlardan birində olub. Satıcıların sözlərinə görə, istehsalçılar vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymət

14 mart