"Aqrar sığorta bu hallarda sahibkarları qoruyacaq"-Ekspertdən AÇIQLAMA

"Aqrar sığorta bu hallarda sahibkarları qoruyacaq"-Ekspertdən AÇIQLAMA"Azərbaycanda aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulur".
Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının internet səhifəsinə müsahibəsində deyib:
"Bu il Milli Məclis "Aqrar sığorta haqqında" qanunu qəbul edib, Nazirlər Kabineti isə Aqrar Sığorta Fondunun Nizamnaməsini və "Aqrar sığorta predmetinin tərkibi"ni təsdiqləyib. Bununla da ölkəmizdə ilk dəfə aqrar sığortanın geniş miqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb".

Mövzu ilə bağlı Sonxeber.az-a sığorta eksperti Xəyal Məmmədxanlı danışıb. O, bildirib ki, ötən il iyun ayında "Aqrar sığorta haqqında" qanun qəbul olundu:
"Qanunun əsas məqsədi "aqrar sığorta" sahəsində fermer və sahibkarlarla sığorta şirkətləri arasındakı münasibətləri tənzimləmək, eyni zamanda sahibkarların, aqrar sığorta sahəsində çalışanların risklərinin sığorta vasitəsi ilə neytrallaşdırılması, qorunması mexanizmidir. Amma çoxları düşünürdü ki, bu icbari qanun olacaq. Təbii ki, qanun icbari deyil, könüllü qanundur. Bunu icbari şəkildə bütün fermerlərə,aqrar sahədə çalışan insanlara şamil edilməsi kimi məsələ yoxdur.

"Qanun kimləri əhatə eləməlidir?" sualına ekspert belə cavab verdi:

"Qanun əkin-biçinlə məşğul olanları, bitkilər, bitkiçilik, istixana, balıqçılıq məhsullarını, kənd təsərrüfatı məqsədi ilə yetişdirilən heyvanları, yəni damazlıq heyvanları, və sairə bütün bunların sığortalanmasını əhatə etməlidir".

"Aqrar sığorta hansı hallardan sahibkarları qoruyacaq?" sualını Məmmədxanlı belə cavablandırdı:
"Orada geniş təminatlar var. Bütün təbii fəlakətlərdən, fərqi yoxdur, daşqın, zəlzələ, qasırğa, tufan, yanğınlar, ziyanvericilərin vurduğu zərələr, vəhşi heyvanların hücumu, o cümlədən üçüncü şəxslərin hərəkətləri, yəni qəsdən mala ziyan vurma bütün bunlar sığorta təminatına daxildir. Sığorta riskləri kifayət qədər ciddi risklərdir. Amma problem ondan ibarətdir ki, hələ aqrar sığorta mexanizminin hansı formada işləyəcəyi məsələsi məlum deyil. Hansı sığorta şirkətləri bu işlə məşğul olacaq? Bütün sığorta şirkətləri bu prosesdə iştirak edəcəkmi? Həm də, çox ciddi ekspert problemləri də var. Qeyd edim ki, ekspert problemləri digər sığorta növlərində də var amma bu qədər kəskin bir ehtiyac yoxdur.Çünki, həqiqətən də neçə illər Azərbaycanda kənd təsərrüfatı, aqrar sektor arxa plana atılıb. İnsanlar daha çox kommersiya, ticarət və digər sahələrə meyl ediblər. Ona görə də, indi çox ciddi bir ekspert çatışmazlığı var. Çünki ekspertlər burada həm sığortalanarkən həmin o sığorta obyektinin, mallarının qiymətləndirilməsində, həm də sabah hadisə baş verərkən zərərlərin hesablanmasında iştirak edirlər. Bu da çox spesifik sahə olduğuna görə orada ekspertlərin xüsusi bir təcrübədən keçməsi, ixtisaslaşması lazımdır. O, cümlədən icbari sığorta fondunun nizamnaməsi keçən həftə qəbul olundu.Onun hələ idarəetmə mexanizminin formalaşması və bütün bunlar biraz müddət alacaq. Ona görə də nə qədər effektiv olacaq demək biraz tezdir. Çünki,hələ heç nə bəlli deyil. Sığorta haqları, sığorta məbləğləri, əsas mexanizm məlum olunandan sonra biz deyə bilərik ki, bu sistem yaxşı işləyəcək ya yox".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3902   Tarix: 24 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel
.

Bu işçilərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilə

17 aprel
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel
.

Qızıl qiymətinə satılan meyvələr: Bahaçılığın səbəbi nədir? - ARAŞDIRMA + VİDEO

Hər il mart ayında bazarlarda meyvə-tərəvəzin qiyməti əl yandırır. Bəziləri isə sözün həqiqi mənasında qızıl qiymətinə satılır. Mövzu ilə əlaqədar Baku TV-nin əməkdaşı paytaxtdakı bazarlardan birində olub. Satıcıların sözlərinə görə, istehsalçılar vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymət

14 mart
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Azərbaycandan Rusiyaya yumurta tədarükü davam edir

Son bir həftədə Rusiyaya Azərbaycandan 2,1 milyon, Türkiyədən isə 316,8 min ədəd yumurta tədarük edilib. -ın məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Bildirilir ki, məhsullar Rusiyada satış üçün nəzərdə tutulub

19 fevral
.

Xiyarın qiyməti kəskin azaldı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. İqtisadiyyat.az xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərd

23 aprel
.

İnvestorların DİQQƏTİNƏ: Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? . Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, Türkiyədən gələn heç bir məhsul ucuzlaşmayacaq:. "Azərbaycanla Türkiyə arasınd

23 aprel