"Dünən atışma səsləri gəlirdi" - Cəbhədə nə baş verir ?
"Dünən atışma səsləri gəlirdi. Axşam da dedilər ki, onların tankı vurulub. Ancaq ayrı bir şey yoxdur. Hamı işində-gücündədir. Kənd yeridir də, kimi qoyununu otarır, kimi südünü sağır. Uşaqlar məktəbə gedir, hamı da evindədir".
Sonxeber.az məlumat verir ki, bunu Azadlıq Radiosunun cəbhə bölgəsindən hazırladığı reportajda Ağdamın Orta Qərvənd kəndinin sakini Rəsmiyyə Hüseynova deyir. O, bildirir ki, ara-sıra eşidilən atışma səsləri onlar üçün adi bir şeydir.
Təmas xəttindəki digər bölgələrin sakinləri də atışma səslərinə öyrəşdiklərini söyləyirlər. Tərtər rayonunun Seydimli kəndinin sakini Taleh Musayev deyir ki, əsasən avtomat, pulemyot səsləri eşidilir: "Atışma hər gün olur. Avtomat, pulemyotdan atırlar. Kənd sakinlərinin əhval-ruhiyyəsi də yüksəkdir, heç kimdə qorxu-filan yoxdur. Hamı evində, həyətində təsərrüfatı ilə məşğuldur".
Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 24-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunun Şıxarx qəsəbəsində bir yaşayış evini dağılıb. Nazirliyin rəsmi saytı həmin evin fotolarını da yayıb.
Həm Tərtərin, həm də Füzuli rayonlarının təmas xəttinə yaxın kəndlərin sakinləri bildirirlər ki, atışmalar olsa da, həyatlarının axarı pozulmayıb:
– Təmas xəttində atışmalar olur, kənddən eşidilir. Ancaq hər şey qaydasındadır.
– Ara-sıra atışmaları eşidirik. Hamı işində-gücündədir. Belə şeylərə öyrəncəliyik.
Müdafiə Nazirliyi bildirir ki, qarşı tərəf aprelin 24-ə keçən gecə təmas xəttinə cəmləşdirdiyi tankları atəş xəttinə çıxararaq atəş açıb, əlavə qüvvələrin dəstəyi ilə hücuma keçməyə cəhd göstərib, ancaq qarşısı alınıb və bir tankı heyətlə birlikdə vurulub.
Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, aprelin 24-də təmas xəttində olanlar vəziyyətin yenidən gərginləşəcəyindən xəbər verir: "Son günlər baş verənlər birmənalı olaraq Ermənistanın hücumudur. Ermənilərin itirdikləri mövqeləri qaytarmaqdan ötrü atdıqları addımlardır. Azərbaycan Müdafiə Nazirliyi də buna cavab addımları atır. Çünki onların tankları keçmiş Ağdərə istiqamətində mövqelərimizə hücum ediblər. Azərbaycan hərbçiləri də həm o istiqamətdə, həm də Lələtəpə istiqamətində gərəkən tədbirləri görüb. Vəziyyət belədir, Rusiya Ermənistanı sakitləşdirdi və əraziyə əlavə qüvvələr, əlavə texnika gətirilir. Yaxın günlərdə, ola bilsin ki, vəziyyət yenə də aprelin əvvəlindəkindən də gərgin olsun. Hadisələrin inkişafı o istiqamətdə gedir".
Müdafiə Nazirliyinin aprelin 25-ə olan məlumatına görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, 122 millimetrlik D-30 haubitsalardan istifadə etməklə atəşkəs rejimini sutka ərzində ümumilikdə 130 dəfə pozublar.
Ermənistan Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, aprelin 25-ə keçən gecə Azərbaycan hərbçiləri atəşkəsi 38 dəfə pozublar.


Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 3509 Tarix: 25 aprel 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənilər ağaclara da minalar quraşdırıb - FOTOLAR
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində Ermənistan tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib. ANAMA-dan -a bildirilib ki, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhali və orduya qarşı ço
26 iyun 2021İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq
İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin
28 avqust 2021Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO
1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd
28 avqust 2021Türkiyə ordusu terrorçuları MƏHV ETDİ
İraqın şimalındakı Gara bölgəsində həyata keçirilən hava əməliyyatı zamanı 7 terrorçu zərərsizləşdirilib. -ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçulara daha bir ağır zərbə vurublar. Gara bölgəsind
4 sentyabr 2021Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"
"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ
4 iyul 2021Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu
Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda
15 avqust 2021Tovuz döyüşlərindən 1 il ötür
Bu gün Tovuz döyüşlərinin ildönümüdür. xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs
12 iyul 2021Şuşa ətrafındakı bölmələrimizə qarşı təxribat törədildi
Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Belə ki, axşa
15 avqust 2021