"Sahibkarlar öz şirkətlərini səhmləşdirməkdə maraqlı deyillər"-RƏY

"Sahibkarlar öz şirkətlərini səhmləşdirməkdə maraqlı deyillər"-RƏYAzərbaycanda müşahidə olunan proseslər - banklarda əmanətlər üzrə faiz dərəcələrinin azalması, daşınmaz əmlak bazarında müsbət dinamikanın olmaması, habelə əsas dünya valyutalarının məzənnələrinin yüksək dəyişkənliyi vətəndaşların pullarını qorumaq və artırmaq üçün yeni vasitələrin yaradılması məsələsini yenidən aktuallaşdırır.
Bank əmanətlərinə və digər ənənəvi investisiyaların alternativ kollektiv investisiya formaları səhmdar və qarşılıqlı investisiya fondlarıdır (SİF və QİF). Beləliklə, qonşu Rusiyada 2019-cu ildə qarşılıqlı fondlara vəsait axını 103 milyard rubl (tarixi maksimum), ən məhsuldar qarşılıqlı fondlar isə dünyanın istənilən bankından daha çox- illik 30-50% gəlir təmin edib.
Azərbaycanda kollektiv investisiya fondlarının inkişaf perspektivləri nələrdir?

Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli danışıb. O, bildirib ki, Azərbaycanda qiymətli kağızlar bazarı çox zəif inkişaf edib. Sahibkarlar öz şirkətlərini səhmləşdirməkdə maraqlı deyillər. Burada qanunvericilkdə müəyyən boşluqlar var və əsas qanunvericilik bazası formalaşdırılmalıdır. Əmlak hökumət tərəfindən etibarlı şəkildə verilməlidir. Yəni mülkiyyətə zəmanət verilməli, digər tərəfdən ölkədə müstəqil məhkəmə sistemi olmalıdır. Daha sonra rəqabət mühiti formalaşdırılmalı və bazar iqtisadiyyatının bu məsələdə iştirakı olan ənənəvi qaydaları bərqərar olunmalıdır ki, ölkədə qiymətli kağızlar bazarı inkişaf etsin. Hər bir vətəndaş maneəsiz şəkildə qiymətli kağızlar bazarında iştirak etmək imkanı qazansın və saxladığı vəsaiti digər etibarsız biznesə qoymasın. Hər hansı bir şirkətin səhmlərini alsın və bu dividend hesabına böyük qazanc əldə etsin. Yəni ölkədə yuxarıda sadaladığım amillərin olmaması səbəbindən qiymətli kağızlar bazarı primitiv formadadır, inkişaf etməyib və rəmzi xarakter daşıyır. Diqqət yetirsəniz görərsiniz ki, Azərbaycandakı səhmdar cəmiyyətlər də rəmzi xarakter daşıyır. Məsələn, bir şirkətdir və adını qoyublar səhmdar cəmiyyət. Amma səhmdar cəmiyyət adi şirkətdən fərqlənməlidir. Yəni, misal olaraq SOCAR-da olduğu kimi səhmləri olmalıdır, o səhmlər səhm bazarında satışa çıxarılmalıdır. Təklif olunmalıdır ki, bu səhmləri alsınlar həmin o səhmdar şirkətləri maliyələşdirsinlər yəni, investisiya qoysunlar, eyni zamanda onlardan ilkin dividend götürsünlər. Azərbaycanda bu mexanizm işləmədiyinə görə vətəndaşlarımız yuxarıda qeyd etdiyiniz kimi, digər alternativ vasitələrlə öz yığdıqları vəsaiti formalaşana qədər saxlamaq Azərbaycan vətəndaşı üçün ciddi problemə çevrilir. Çünki, ildən-ilə kifayət qədər yüksək inflyasiya gedir və bu pul dəyərdən düşür. Pulun dəyərdən düşməməsinin ən yaxşı variantı dünyada səhmdar cəmiyyətlərin səhmlərinə investisiya qoymaqdır. Azərbaycanda kollektiv investisiya fondları var amma rəmzi xarakter daşıyır. Yəni, onun bizdə şəkli var, özü yoxdur. Sahibkar əlindəki vəsaiti və yaxud şirkətinin dəyərini səhmləşdirə bilər. Bunun üçün Azərbaycanda nə hüquqi baza var, nə də indiki iqtisadi şərait imkan verir".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3985   Tarix: 11 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Bu işçilərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilə

17 aprel
.

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB - VİDEO

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir. xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir. Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var. "İtkilər balın qiymətinə təsir edəcək. Arıçıla

12 aprel
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA

Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığın

16 aprel
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür. Bunu "Trend"ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb. "Qızı

30 mart