"Uşaq bağçalarına qəbulun elektronlaşması korrupsiya halını aradan qaldıracaq" - RƏYLƏR

"Uşaq bağçalarına qəbulun elektronlaşması korrupsiya halını aradan qaldıracaq" - RƏYLƏRBakının Nizami rayonunda uşaq bağçalarına uşaqların qəbulu ilə bağlı elektron sistem tətbiq edilir. Pilot layihə bu ilin əvvəlindən tətbiq edilməyə başlayıb və toplanmış təcrübənin gələcəkdə elektron sistemin paytaxtın digər rayonlarında tətbiqi zamanı istifadə edilməsi planlaşdırılır.

Ekspertlər hesab edirlər ki, bağçalara qəbul prosesində elektron sistemin tətbiqi bu sahədə olan bürokratiya, korrupsiya və digər neqativ halların aradan qaldırılmasına, şəffaflığın və hesabatlılığın təmin olunmasına səbəb olacaq. Onlar bildirir ki, qəbulun elektron olması korrupsiya halını aradan qaldıracaq.

Hüqiq müdafiəçisi, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev "Report"a açıqlamasında bildirib ki, istənilən halda, elektronlaşmanın pozitiv tərəfləri var:

"Elektronlaşma birbaşa təması aradan qaldırır, korrupsiya imkanlarını məhdudlaşdırır, prosesə daha şəffaflıq verir, eyni zamanda hesabatlılığın təmin olunmasına yeni imkanlar yaradır. Uşaq bağçalarına qəbulla bağlı Nizami rayonunda belə bir pilot layihənin keçirilməsi alqışlanmalıdır. Çünki heç kimə sirr deyil ki, inzibati sferada ən çox korrupsiyaların baş verdiyi məkanlardan biri də uşaq bağçalarıdır. Yəni çox zaman bağça müdirləri boş yerləri gizlədirlər. Uşaq bağçalarına isə ehtiyac böyükdür və Bakı şəhərində məktəbəqədər təhsil müəssisələri yalnız 27 faiz ehtiyacı ödəyir. Çox sayda uşaqlar var ki, onlar dövlət bağçalarına düşə bilmirlər. Özəl bağçalarda isə qiymətlərin xeyli baha olması bir çox vətəndaşa uşaqlarını həmin bağçalara qoymağa imkan vermir".

Əliməmməd Nuriyev bildirir ki, elektron sistemin tətbiqi ümumilkdə prosesin şəffaflığına xidmət edəcək:

"Bu sistem tətbiq olunan zaman əvvəlcədən bilinəcək ki, hansı bağçada nə qədər boş vakansiya var. Bununla da qəbulda növbəlilik qaydaları pozulmayacaq, müdirin özbaşınalığına gətirib çıxarmayacaq".

Hüquq müdafiəçisi hesab edir ki, uşaq bağçaları ilə bağlı bütün məlumatlar ictimaiyyət üçün açıq olmalıdır.
"Uşaq bağçalarına qəbulun elektronlaşması korrupsiya halını aradan qaldıracaq" - RƏYLƏR"Yəni uşaqların gündəlik rejimi, hansı işləri görməsi, hansı proqramlarla təlim-tərbiyə prosesinin aparılması, hansı qidaların verilməsi və s. informasiyalar əlçatan olmalıdır. Çünki dövlət bağçalarına qida və s. xərclər üçün kifayət qədər vəsait ayrılır. Əlbəttə ki, hər kəsin qanunvericilikdə nəzərdə tutulmuş standartlara uyğun özəl bağçalar açmaq hüququ var. Amma müşahidə edirik ki, dövlət uşaq bağçalarının əksəriyyətində ayrı-ayrı vəzifəli şəxslərin həyat yoldaşları, yaxın qohumları müdir vəzifəsində işləyirlər və onlar da vəzifələrindən sui-istifadə edərək uşaq bağçalarına öz fərdi müəssisələri kimi yanaşırlar. Bu prosesdə də şəffaflıq lazımdır. Eyni zamanda bağçalara işə qəbulda da ictimai nəzarətin gücləndirilməsi lazımdır. Düzdür, bağçalara dövlət tərəfindən nəzarət var, amma vəzifəli şəxslərin yaxın qohumların bağçalarda rəhbər kimi fəaliyyət göstərməsi dövlət nəzarətinin zəifləməsinə səbəb olur", - Ə.Nuriyev qeyd edib.

Ekspert bildirir ki, həm təhsil, həm də məktəbəqədər tərbiyə müəssisələri ilə bağlı xidmətlərin elektronlaşması bütövlükdə şəffaflaşma üçün töhfə olacaq:

"Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planını hazırlanır və orada əsas tədbirlərdən biri də məktəbəqədər müəssisələr, uşaq bağçaları üçün xidmətlərin elektronlaşmasıdır. Çünki bağçalara qəbul prosesində olan neqativliklər vətəndaşların ilk qarşılaşdığı və daha çox rast gəldiyi korrupsiya hallarındandır. Bu proses hələ də məhdudlaşmayıb və hesab edirəm ki, elektron sistemin tətbiqi bütövlükdə şəffaflığın, hesabatlılığın təmin edilməsində, korrupsiyaya qarşı mübarizədə yeni bir element ola bilər".

Təhsil eksperti Etibar Əliyev də "Report"a bildirib ki, bağçalara qəbul zamanı eletronlaşmanın tətbiqi müsbət prosesdir:

"Məktəbəqədər hazırlığa və orta məktəblərin 1-ci sinifinə qəbul prosesi artıq bir neçə ildir elektron sistemlə aparılır və kifayət qədər şəffaf şəkildə həyata keçirilir. Hesab edirəm ki, bu sistemin uşaq bağçalarına da tətbiq edilməsi yaxşı nəticəyə səbəb olacaq. Ümumiyyətlə, Bakı şəhərində uşaqların məktəbəqədər müəssisələrə cəlb edilməsi faizi çox aşağıdır. Bu da uşaq bağçalarının sayının az olması və yerin çatışmaması ilə bağlıdır. Belə bir vəziyyət isə neqativ halların yaranmasına şərait yaradırdı. Ona görə də qəbulda elektron sistemin tətbiqi bu məsələdə müəyyən şəffaflığa səbəb olacaq".

Ekspert bildirir ki, uşaq bağçaları ilə bağlı olan problemlərdən biri də bu müəssisələrdə heç bir monitorinqin aparılmamasıdır: "Çünki icra hakimiyyətləri bu müəssisələri bir qədər qapalı mühitə çeviriblər. Ona görə də indiyədək hər hansı bir məktəbəqədər təhsil müəssisəsində nə qəbul, nə də təlim-tərbiyənin keyfiyyəti, vəziyyəti ilə bağlı hər hansı montorinqə rast gəlməmişəm. Ona görə də qəbulda şəffaflığın təmin olunması üçün elektronlaşmanın tətbiqi ilə yanaşı, bu müəssisələrdə monitorinqlərin keçirilməsinə şərait yaradılması da məqsədəuyğun olardı".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3875   Tarix: 14 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel