Tanınmış həkim-stomatoloqun deputatlığa namizədliyi qeydə alınıb

Tanınmış həkim-stomatoloqun deputatlığa namizədliyi qeydə alınıbTanınmış həkim-stomatoloq Şamil Rzayev fevralın 9-da keçiriləcək parlament seçkilərində namizəd kimi iştirak edəcək.

"Report" xəbər verir ki, bunu həkim özünün sosial şəbəkə hesabında yazıb.

"Dəyərli dostlar, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən parlament seçkilərinə qatılmışam. Dairə Seçki Komissiyası namizədliyimi qeydə alıb. İlkin mərhələdə mənə dəstək olan, imza verən, güvənən hər bir vətəndaşa öz təşəkkürümü bildirirəm. Bir həkim kimi öz peşəmdə məsuliyyətli olduğum qədər Dövlətimizin, Prezidentimiz cənab İlham Əliyevin bizə verdiyi bu şansa maksimum məsuliyyətlə yanaşacağıma şübhəniz olmasın!

Bununla bağlı seçki gününədək iş qrafikimdə dəyişiklik olacaq. Gündüzlər işdə olmasam belə, lazım gəlsə səhərə kimi klinikada olacam.

İnşallah, ayın 17-si sizlərin də köməyi ilə təbliğata başlayacağıq!

Sevgi və dəstəyinizə əminəm. İnşaalah, birlikdə qazanacağıq!", - Ş.Rzayev bildirib.

Qeyd edək ki, Rzayev Şamil Ehtibar oğlu 1988-ci ildə həkim ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri, Yasamal rayonunun 175 saylı məktəbində alıb. 2010-2011-ci illərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib. Ali təhsillidir.

Səhiyyə üzrə 20-ə yaxın məqalənin müəllifidir. Şəxsi vəsaiti hesabına aztəminatlı şəxslərin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına pulsuz tibbi yardımlar təşkil edib.

Hazırda həkim-stomatoloq kimi Dental Arts Studio klinikasında baş həkim vəzifəsində çalışır. "A-qrup" sığorta şirkətində həkim ekspert kimi vəzifəsini də icra edir.

Evlidir. Bir övladı var.

Bitərəfdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3224   Tarix: 16 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bakının Xətai rayonunun Süleyman Vəzirov küçəsinin Fəzail Bayramov küçəsindən Sənan Kərimov küçəsinə qədərki hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, buna səbə

3 mart
.

"Qızıl Ay" restoranı qanunsuz reklama görə cərimələndi - 1500 manat

Bakıda restoran qanunsuz reklam yerləşdirdiyinə görə cərimələnib. Qaynarinfo-nun məlumatına görə, Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən "Qızıl Ay" restoranının üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkarlanıb. Fakt Dövlət Reklam Agentliyinin Bakı şəhər

3 mart
.

Naxçıvanda maşınla vurulan gənc qız öldü

Naxçıvanda ağır yol qəzasında xəsarət alan gənc qız vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, bir neçə gün əvvəl baş verən qəzada xəsarətlər alan Ordubad rayon sakini Gülsüm Quliyeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Faktl

2 mart
.

Son üç saatda İrandan Azərbaycana 30-a yaxın şəxs təxliyə edilib

Son üç ərzində Astara Sərhəd Gömrük keçid məntəqəsindən 10 azərbaycanlı, bu dəqiqələrdə 5 Çin, 10 Rusiya, 4 Tacikistan vətəndaşı təxliyə olunub. bu barədə "Report"a istinadən xəbər verir. 11:22. Astara Sərhəd Gömrük keçid məntəqəsindən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi dava

2 mart
.

"Əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli təmin olunması məqsədilə konkret fəaliyyət mexanizmləri hazırlanmalıdır" - Səbinə Əliyev

Şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcminin artırılması məsələsi gündəmdədir. xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsini təqdim edərkən deyib. Onu

3 mart
.

Üzərliklə bağlı daha bir qurumdan - Çağırış

Dövlət Dəniz və Liman Agentliyi Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Rusiyadakı Səfirliyinə daxil olan notaya əsasən dənizçilərə çağırış edib. "Qafqazinfo" xəbər verir ki, notada harmala (üzərlik) bitkisinin narkotik tərkibli bitkilər siyahısına daxil edildiyi və Rusiya ərazisind

2 mart
.

İlin ilk Ay tutulması BAŞLADI

2026-cı ilin ilk Ay tutulması hadisəsi başlayıb. xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, Ay tutulması saat 12:44-də başlayıb saat 18:23-də bitəcək: "Tutulmanın maksimumu isə saat 11:33-də olacaq. Bu tutulma Tam Ay tutulmasıdır v

3 mart
.

Mark Zukerberq və xanımı 170 milyon dollara villa aldı

"Meta" korporasiyanın qurucusu Mark Zukerberq və xanımı Pristilla Çan "milyarderlər bunkeri" kimi məşhurlaşan İndian-Krik süni adasında villa alıb. "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, villanın qiyməti 170 milyon dollardır. Bu Mayami tarixində indiyə qədər reallaşa

3 mart
.

Azərbaycanda bu tarixdə qısa iş günü olacaq

Azərbaycanda 19 mart qısaldılmış iş günü olacaq. -a istinadən xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 20-24 mart Novruz bayramı, 20-21 mart isə Ramazan bayramı ilə əlaqədar olaraq 19 mart (cümə axşamı) ölkə üzrə qısaldılmı

2 mart