"Qlobal istiləşmə bəzi fırıldaqçıların trilyonlar qazanmaq üçün oyunudur"-Ekoloq

"Qlobal istiləşmə bəzi fırıldaqçıların trilyonlar qazanmaq üçün oyunudur"-EkoloqDünya İqtisadi Forumunun (WEF) bu yaxınlarda dərc olunan illik hesabatında 2020-ci il üçün ən ciddi problem kimi iqlim dəyişikliyi və təbii fəlakətlərlə əlaqəli risklərin olması müəyyənləşdirilib. Proqnozlara görə, bu il təbii fəlakətlər, həddindən artıq isti hava, nəzarətsiz yanğınlar və su çatışmazlığının olacağı xüsusi vurğulanır.

WEF-nin qeyd olunan risklərinin Azərbaycanın yerləşdiyi coğrafi bölgə üçün çox aktualdır. Quraqlıq və suvarma problemləri, şoranlıq və torpağın eroziyası, dövri sel və sel suları, tez-tez meşə yanğınlarının baş verməsi demək olar ki, yerli fermerlərin hər il üzləşdikləri risklərin tam siyahısı deyil. Son illərdə dövlət tərəfindən maliyyələşdirilən irimiqyaslı suvarma layihələrini, şoran və çirklənmiş ərazilərin bərpası və dövriyyəyə qaytarılmasını, habelə riskli əkinçilik zonasında fəaliyyət göstərən kənd təsərrüfatı sektorunun problemlərini həll etməyə kömək edən amillər nələrdir?

Mövzu ilə bağlı ekoloq Telman Zeynalov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, sadaladığınız problemlər bütün dünya üçün qorxulu bir problemdir:
"Lakin bu realdırmı? Dediyim kimi, iqlim istiləşməsi ilə bağlı verilən proqnozlar bir oyundur ki, kommersantlar, nəhəng korposasiyalar bundan milyardlarla pul qazanırlar.Yer kürəsində həmişə belə iqlim dəyişmələri olub. Temperatur bir yerdə artırsa, digər yerdə aşağı düşür. Əgər Rusiyanın şimalında temperatur artıbsa, cənub hissədə-Avstraliyada elə qar yağır ki, ömründə elə şaxtanı onlar görməmişdilər. Amma iki gün bundan əvvəl Cənubi Afrikada temperatur müsbət 50 dərəcəyə çatmışdı. Yəni, Yer kürəsində harasa isinirsə, harasa da soyuyur və bu Yer kürəsinin fırlanma oxundan asılıdır. Əgər indi şimal qütb oxu fırlanıb günəşə doğru hərəkət edirsə, deməli ora isinəcək, digər tərəflər soyuyacaq. Bu təbiətin qanunudur. Belə oyunlarla dövlətləri müflis vəziyyətə salırlar və dövlətləri məcbur edirlər ki, alternativ bu və ya digər enerji vasitələrindən istifadə etsinlər. Bunu çirkin siyasi fırıldaqçılar həyata keçirirlər ki, milyonlar qazansınlar.
Xatırlayırsınızsa, 2012-ci il dekabrın 21-i dedilər ki, dünyanın axırıdır. Bu elandan sonra mağazalarda bütün keyfiyyətsiz mallar, yəni, vaxtı bitən yeyinti məhsullarının hamısı satıldı. Bu da o deməkdir ki, həmin korporasiyalar öz oyunlarını oynayırlar. Dövlətlər və siyasətçilər də onlardan asılıdırlar. Onlar milyonlarla pul sərf edirlər ki, əlavə trilyonlar qazansınlar. Bu da həmçinin eyni oyundur.
İqlim dəyişmələri gah quraqlıq, gah da həddən artıq yağıntılı olur. 1960-1970-ci illər arasında Azərbaycanda çox quraqlıq deyil, nəmişlik illəri olmuşdu. Qış vaxtı həddindən artıq qar, yaz-yay vaxtı isə yağış yağdı və həddindən artıq nəmişlik çox idi. Nəmişlik çox olanda da problemlər yaranır. Kənd təsərrüfatı məhsullarının bəziləri çürüyür, bataqlıqlar çoxalır. Eyni zamanda qışda yağıntının miqdarı az olur, bu da gətirib quraqlığa çıxardır. Hər iki halda bu ərzaq qıtlığına, qiymətin qalxmasına gətirib çıxara bilir. Bu da dövlətlərə mənfi təsir göstərir. Belə bir prosesdə ölkələr iqlimdə gedən dəyişiliklərə uyğunlaşmalıdırlar. Əgər quraqlıq keçirsə, yağıntıların miqdarı azalırsa, deməli kənd təsərrüfatına aid olan torpaqların nəmişliyi azdır və məhsul yığımı zəif olacaq. Azərbaycanda yağıntıların az olduğunu bildiyi və kənd təsərrüfatı məhsullarını itirməmək üçün Cənab Prezident İlham Əliyev artezian quyularının qazılmasına Sərəncam verdi. Belə bir tədbirləri həyata keçirəndə dövlətlər uduzmur, əksinə qazanırlar. Əgər bəzi fırıldaqçıların qlobal istiləşmə fikri ilə gedilsə dövlətlər uduzacaq, milyonlar itiriləcəkdir.

Fəridə Ağazadə


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5951   Tarix: 17 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yollarda görünüş məhdudlaşacaq

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, martın 21-də gecə və səhər saatlarında bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq. Gözlənilən hava şəraiti ilə əlaqədar magistral avtomobi

20 mart
.

Üç övladı olan valideynləri SEVİNDİRƏCƏK XƏBƏR

Azərbaycanda çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı yeni təklif irəli sürülüb. Hazırda aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə ödənilir, pensiya ilə bağlı müəyyən güzəştlər isə beş və daha çox uşağı olan ailələrə şamil edilir. Lakin statisti

22 mart
.

"Bakcell" rouminqi ilə Novruz tətilində dünyanı kəşf edin!

İnnovasiya lideri "Bakcell" Novruz tətilində xaricə səfər edən abunəçilər üçün rouminq xidmətini təqdim edir. "Bakcell"in müştəriləri xaricdə olduqları müddətdə də rahat və fasiləsiz ünsiyyət üçün müxtəlif rouminq paketlərindən yararlana bilərlər. Səfərlər zamanı abunəçilərin üstünlü

19 mart
.

QMİ sədri: "Raketlər sussun, qələmlər danışsın"

Allahşükür Paşazadə Yaxın Şərqdə və regionda baş verən gərginliyə münasibət bildirib. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazından sonra jurnalistlərə açıqlama verib. O bildirib ki, duaları tərəflərin razılığa gəlməsi yönündədir:. "Raketlər

20 mart
.

Azərbaycanda əhali sürətlə qocalacaq - Ekspertdən HƏYƏCAN TƏBİLİ

Son illər Azərbaycanda doğum sayında azalma müşahidə olunur. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin plenar iclasında bildirib ki, 2015-ci ildə ölkədə 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu rəqəm 100 minin altına düşüb. Onun sözlərinə görə, bu tendensiya gələcəkd

22 mart
.

Beynəlxalq Novruz Günüdür

Bu gün Beynəlxalq Novruz Günüdür. "Qafqazinfo" xəbər verir ki, 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. "Yeni gün" mənası verən Novru

21 mart
.

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni məlumat

"Qazaxıstan AZAL təyyarəsinin qəzasının səbəblərinin texniki araşdırılması üçün zəruri olan müayinələrin nəticələrini avadanlıq istehsalçılarından alıb. Hazırda komissiya üzvləri, o cümlədən Rusiya ilə birlikdə nəticələri yekunlaşdırırıq". -ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanı

20 mart
.

Professor Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə APA-ya onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək

21 mart
.

Valideynlərindən gizli sürdükləri maşında ölən yeniyetmə qardaşların - Fotoları

Xəbər verdiyimiz kimi, Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınan qəzada kənd sakinləri - 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəva

20 mart