Qarabağ qazisinin evi uçuruldu, Binəqədi Rayon İcra Hakimiyyəti iddialara cavab verdi-VİDEO

Qarabağ qazisinin evi uçuruldu, Binəqədi Rayon İcra Hakimiyyəti iddialara cavab verdi-VİDEOÖtən gün Qarabağ qazisinin evi uçurulub. Bu barədə Sonxeber.az-a şikayət daxil olub. Qarabağ qazisi Natiq Hüseynxanov şikayət edərək bildirib ki, 4 il bundan əvvəl övladlarının ali məktəbə qəbul olması ilə əlaqədar ailəvi olaraq Bakı şəhərinə köçərək, kirayədə yaşamağa başlayıblar. Bu müddət ərzində Binəqədi rayonunda torpaq sahəsi alaraq ev tikməyə başlayıb. Evin hazır olmasına az qaldığı bir müddətdə isə elə bir problemlə qarşılaşıblar ki, indi bu dərdə dözməyib, özünü yandırmaq istəyir:

"Binəqədi rayon icra nümayəndəsi gəlib məndən 5000 azn pul istədi. Mən də bildirdim ki, ikinci qrup Qarabağ əliliyəm. O qədər pulum yoxdur. 2000 azn verə bilərəm. Daha sonra evi tikib qurtarandan sonra pensiyamdan yığaraq az-az 3000 azn də sizə çatdıraram. Rayonda olarkən mal-qara saxlayırdım. Gələndə onları satdım ki, burada özümə bir ev qurum. Evi demək olar tikib qurtarmışdım. Qapı-pəncərəsini də qoymuşdum. Amma onlar razılaşmadı. Məni hədələdilər. Ötən gün isə gəlib evimi dağıtdılar. Hələ bu azmış kimi, polislər məni boğmağa da cəhd göstərdilər. Bütün bunlar məni o vəziyyətə çatdırdı ki, mən özümü yandırmaq istəyirdim. Evin bütün sənədləri, hətta bələdiyyə tərəfdən çıxarışı da var. Amma onlar buna məhəl qoymadan evi traktor ilə sökdülər".

Sözügedən şikayətin videosunu təqdim edirik:

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon İcra Hakimiyyətindən Sonxeber.az-a verilən məlumata görə, vətəndaşın həyata keçirdiyi tikinti qanunsuz olub:

"Tərəfimizdən aparılmış araşdırmada aydın olmuşdur ki, ev tikilməsinə icazə ilə bağlı vətəndaşdan Şəhərsalma və tikinti məcəlləsinə uyğun olaraq sənədlərin Rayon İcra Hakimiyyətinə təqdim edilməsi tövsiyyə olunsa da, vətəndaş tərəfindən heç bir sənəd təqdim edilməmiş, qanunsuz halda tikintiyə davam etdiriləcəyini bildirib.
Məlumat üçün qeyd edək ki, yalnız vətəndaş tərəfindən torpaq sahəsinin çıxarışı və layihə təqdim edildikdən sonra məsələyə Rayon İcra Hakimiyyəti tərəfindən baxıla bilər. Əks halda aparılan tikinti qeyri-qanuni hesab edilir.
Qanunsuz tikilinin davam etdirilməsi üçün tələb olunan maliyyə ilə bağlı iddia isə tamamilə əsassızdır".

Lamiyə Məmmədova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7607   Tarix: 18 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26 aprel
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26 aprel
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26 aprel