20 Yanvar faciəsi ABŞ Konqresində yad olundu

20 Yanvar faciəsi ABŞ Konqresində yad olundu16 yanvar 2020-ci ildə ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv Şabot (Steve Chabot) bəyanatla çıxış edərək, "Qara Yanvar" kimi tanınan Sovet İttifaqı tərəfindən törədilmiş qətliam zamanı həlak olmuş günahsız insanların xatirəsini yad edib və 30 illiyinin qeyd olunduğu 20 Yanvarın Azərbaycanın müstəqilliyinin yenidən formalaşması tarixi kimi əhəmiyyətini vurğulayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, konqresmen Stiv Şabot bəyanatında 1990-cı ilin 20 yanvar gecəsində 26 minlik sovet qoşunlarının Bakı və ətraf ərazilərə hücum etdiyini, "Qara Yanvar" kimi insanların və tarixin yaddaşına həkk olunan Sovet qəddarlığı nəticəsində 145-dən çox mülki əhalinin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını və yüzlərlə insanın həbs olunduğunu diqqətə çatdırır.

Sovetlərin bu sərt tədbirinin məqsədinin Azərbaycanda formalaşmaqda olan müstəqillik hərəkatını boğmağa cəhd olmasına baxmayaraq, bunun Kommunist Partiyasının idarəçiliyini və ümumilikdə Sovet İttifaqını qorumağa naçar cəhd kimi sübut edildiyi diqqətə çatdırılır və bildirilir ki, əslində, bu Azərbaycan və digər respublikaların müstəqillik hərəkatlarına təkan verib.

Məlumatda qeyd olunur ki, "Qara Yanvar" hadisələrindən sonra, Azərbaycan əhalisinin təzyiqləri nəticəsində Azərbaycan Parlamenti 1991-ci ilin 30 avqustda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannaməni, 18 oktyabr 1991-ci ildə isə Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını təsdiq edib.

Bəyanatda məlumat verilir ki, 1991-ci ilin noyabr ayından etibarən Azərbaycanın müstəqilliyi tanınmağa başlanıb, gənc ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olan ABŞ 1992-ci ilin 28 fevral tarixində Azərbaycanla diplomatik münasibətlər qurub.

ABŞ və Azərbaycanın region üzrə ortaq maraq və məramlara malik olduğunu, ölkələrin xüsusilə enerji resurslarının inkişafı və təhlükəsizlik təhdidləri ilə mübarizə sahəsində əməkdaşlığını vurğulayan Stiv Şabot, digər Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1653   Tarix: 20 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25 aprel
.

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəmədi, ÖLDÜRÜLDÜ - VİDEO

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəməkdən imtina edən dükan sahibi bıçaqlanaraq öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, İstanbulda baş verən hadisədə mağaza sahibi həmin küçədə mebel satışı ilə məşğul olan şəxsin oğlunun ayağını maşını ilə əzib. Mağaza sahibi xəstəxana xərclərin

25 aprel
.

Avtobus sürücüsünün burnunu sındırdı - VİDEO

Avtobus sürücüsü hücuma məruz qaldı. Sinxəbər.az xarici mediaya istinadən xəbər verir k, hadisə Türkiyənin Kocaeli şəhərində baş verib. Kocaelinin Gebze rayonunda avtobus sürücüsü yolda rastlaşdığı düşmənin hücumuna məruz qalıb. Hadisə zamanı hücuma məruz qalan sürücünün burnu sınıb. Burnu sınmış avtobu

25 aprel
.

Ana və ögey atası 12 yaşlı qıza cəhənnəmi yaşatdılar: Narkotik verib, təcavüz etdi

Valideynləri ayrı yaşayan 2011-ci il təvəllüdlü qız sözün əsl mənasında dəhşət yaşadıb. xarici mediaya istinadən xəbər verir ki, 12 yaşlı uşağa anasının imam nikahlı əri təcavüz edib. Hadisə Türkiyədə baş verib. 12 yaşlı uşağa anasının imam nikahlı əri təcavüz edib. Həmin an isə doğma anası sadəcə olara

25 aprel
.

Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Ciddədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası məlumat yayıb. Hələlik Səudiyyə Ərəbistanının kralının hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi açıqlanmır. Qeyd olunub ki, 88 yaşlı Salman bi

24 aprel
.

Tələbə qız tualetdə dünyaya gətirdiyi körpəsini doğradı

Rusiyanın Tver vilayətində gənc qız yeni doğulan uşağı tualetdə qayçı ilə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə aprelin 23-də Ostaşkov şəhərində baş verib. 18 yaşlı kollec tələbəsi doğuş sancısına girəndə təcili yardım çağırmayıb. O, tualetdə oğlan uşağı dünyaya gətirib, dırnaq qayçıs

25 aprel
.

Ev sahibi mənzildən çıxarmaq istədiyi kirayəçinin kanalizasiyasını bağladı

Türkiyənin İstanbul şəhərində maraqlı hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, kirayəçisinin evini tərk etməsini istəyən ev sahibi mənzilin kanalizasiyasını bağlayıb. Baş verənlərə üsyan edən və 20 gün tualetdən istifadə edə bilmədiklərini bildirən kirayə qalan ailə evdəki pis qoxuy

24 aprel
.

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI

"İnsanabənzər robot "Optimus" hələ də "Tesla"nın laboratoriyasında sınaqdan keçirilir, lakin gələn ilin sonunda buraxılmağa hazır ola bilər". Bu barədə "Tesla"nın baş direktoru İlon Maskın bəyanatına istinadən məlumat yayılıb. "Tesla" dünyada potensia

25 aprel
.

Qadın keçmiş ərindən belə qisas aldı

Rusiyanın Samara şəhərində yerli sakin keçmiş ərinin avtomobilini yandırmaqda şübhəli bilinir. yerli mediaya istinadla bildirir ki, hadisə Müəlliflər küçəsində baş verib. Hadisə yerinə baxış keçirən polis "Lada Priora" markalı avtomobilin qəsdən yandırıldığını müəyyən edib. Avtomobil sahib

25 aprel