Vəkil: "Vətəndaşlar torpaq sahəsi alarkən rəsmi sənədləşmə tələb etməlidirlər" - RƏY

Vəkil: "Vətəndaşlar torpaq sahəsi alarkən rəsmi sənədləşmə tələb etməlidirlər" - RƏYSOCAR-ın infrastruktur obyektlərinin mühafizə zolağına düşən torpaq sahələrində vətəndaşlara məxsus tikililər var və zaman-zaman bu məsələ müzakirə mövzusuna çevrilir.

Ümumiyyətlə, bununla bağlı mövcud durum necədir, buna hüquqi baxış nədən ibarətdir və vətəndaşların nəyi bilməsi vacibdir?

"İM-Hüquq xidmətləri" şirkətinin direktoru, vəkil Yeganə Məmmədova açıqlamasında yerli qanunvericiliyə görə zəbt olunmuş torpaq sahəsi üzərində inşa edilmiş tikili məhkəmə qərarı əsasında söküldükdə vətəndaşa heç bir kompensasiyanın ödənilmədiyini deyib:

"Bakı şəhərində və ətraf rayonlarda bələdiyyələr, eləcə də yerli icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara mühafizə zolağına düşən torpaq sahələrinin bu və ya digər formada "satılması" halları mövcuddur. Bu, Baş Planın olmaması, bələdiyyələrlə bağlı qanunvericiliyin natamam olması, onlara ayrılmış torpaq sahələrinin təhvil-təslim aktı ilə verilməməsi, hüquqların dövlət qeydiyyatına alınmaması, mühafizə zolaqlarında xüsusi nişanlamanın olmamasının nəticəsidir. İstənilən halda əgər torpaq sahəsi zəbt olunubsa, onun mühafizə zolağına düşməsindən xəbərsiz olması hər hansı bir hal kimi qəbul edilmir. Çünki mühafizə zolağına düşən torpaq sahələrində heç bir halda tikinti aparıla bilməz. Yerli qanunvericiliyə görə, torpaq sahəsi zəbt olunubsa, məhkəmə qərarı əsasında onun üzərində inşa edilmiş tikili söküldükdə vətəndaşa heç bir kompensasiya ödənilmir. Əksinə, həmin tikilinin sökülməsi vətəndaşın vəsaiti hesabına həyata keçirilir".

Vəkil Yeganə Məmmədova

"Bu zaman bütün qaydalara riayət olunduğundan həmin torpaq sahələrinin mühafizə zolağına düşüb-düşməməsi müəyyən olunacaq"

Onun sözlərinə görə, vətəndaşlar torpaq sahəsinin mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək üçün torpaq sahəsi əldə edərkən yalnız rəsmi sənədləşmə tələb etməlidirlər: "Rəsmi sənədləşmə dedikdə notarial qaydada həyata keçirilən alqı-satqı nəzərdə tutulur. Əgər hər hansı bələdiyyənin və ya yerli icra hakimiyyəti orqanının balansında torpaq sahəsi varsa, onlar torpaq üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmalıdırlar. Bu zaman bütün qaydalara riayət olunduğundan həmin torpaq sahələrinin mühafizə zolağına düşüb-düşməməsi müəyyən olunacaq".

Vəkil bələdiyyələrin məsuliyyət məsələsinə toxunaraq vəziyyətin birmənalı olmadığını deyib: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Amma bələdiyyələr müstəqil qurumdur, müstəqil fəaliyyət göstərir. Ona nəzarət mexanizmi nə qanunvericilikdə, nə də Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulub. Bələdiyyələr torpaq sahələrini vətəndaşlara yalnız sərəncam əsasında satır. Sonradan həmin torpaq sahəsinin mühafizə zolağına düşməsi müəyyən olunduqda vətəndaş əziyyət çəkir. Məhkəmə qaydasında da ona verilmiş sərəncam ləğv edilir. Bunun məsuliyyəti təəssüf ki, bələdiyyənin üzərinə qoyulmur. Bələdiyyə yalnız ümumi qaydada bələdiyyələrin balansında olmayan torpaq sahəsini satdıqda Cinayət Məcəlləsində nəzərdə tutulmuş (saxta sənədlərin hazırlanması, vəzifə səlahiyyətlərindən sui-istifadə və s.) cinayət məsuliyyətinə cəlb edilə bilər".

Mənbə: Sfera.Az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1802   Tarix: 23 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

"Behin məbləğindən asılı olmayaraq, beh haqqında razılaşma yazılı formada bağlanmalıdır" - AÇIQLAMA

"Beh öhdəliklərin icrasının təmin edilməsi üsullarından biridir. Beh anlayışı Mülki Məcəllənin 491-ci maddəsi ilə tənzimlənir. Bu normaya əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlə

19 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

"BİG Media" MMC-nin direktoru Emil Əkbərov "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edildi

"BİG Media"MMC-nin direktoru Emil Əkbərov Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edilib. Bununla bağlı -a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbəro

19 dekabr