Ekspert: "Azərbaycanda qaz hasilatında artım davam edəcək"

Ekspert: "Azərbaycanda qaz hasilatında artım davam edəcək""Növbəti illərdə də Azərbaycanda qaz-kondensat hasilatında, qaz ixracında, ölkədaxili istehlakında artım olacaq".

Bunu "Report"a Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib.

O qeyd edib ki, SOCAR-ın 2019-cu il üzrə qazma, hasilat və ixracla bağlı hesabatından da bu qənaətə gəlmək olar: "Məsələn, göstərilir ki, 2019-cu ildə əvvəlki illərlə müqayisədə SOCAR üzrə neft və qaz hasilatında sabitləşməyə nail olunub. SOCAR-ın aktivində olan yataqlar üzrə ötən il neft hasilatı 7,7 mln. ton, 2018-ci ildə 7,5 mln. ton, ümumi Azərbaycan üzrə 2018-ci ildə neft hasilatı 38,814 mln. ton, 2019-cu ildə 37,5 mln. ton təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, Azərbaycan üzrə neft hasilatı təbii olaraq getdikcə azalır. Bir neçə statistik göstəricini qeyd edim: 2009-cu ildə Azərbaycanda ümumi neft hasilatı 50,419 mln. ton təşkil edib, bunun 8,543 mln. tonu SOCAR-ın hasilatının payına düşüb. 2010-cu ildə Azərbaycan üzrə 50,795 mln. ton neft hasil edilib ki, onun 8,459 mln. tonu SOCAR-ın hasilatı olub".

Ekspert neft hasilatında sabitliyə nail olmaq üçün həm istismarda olan aktiv neft quyularında neftvermə əmsalının artırılmasını, həm də Xəzər dənizinin şelf hissəsində geoloji-kəşfiyyat işlərinin bir qədər genişləndirilməsini, mübahisəli yataqların işlənilməsi ilə bağlı ümumi razılığa gəlinməsini vacib hesab edir. O, həmçinin xatırladıb ki, neft hasilatının sabit saxlanılması üçün SOCAR bir neçə il əvvəl proqram həyata keçirib.

Ekspert Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma və rekonstruksiya işlərinin yekunlaşmasından sonra illik emal gücünün 7,5 mln. tona çatacağını nəzərə alaraq qarşıdakı illərdə Azərbaycanın emal gücündə də artıq neft həcmlərinə ehtiyac olacağını qeyd edib. Onun sözlərinə görə, bu baxımdan da neft hasilatında sabitliyə nail olunması vacib amildir.

Z. Vəliyev növbəti illərdə Azərbaycanın qaz hasilatında da artım olacağını, bu artımın əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən səmt qazı, eyni zamanda "Şahdəniz" qaz-kondensat yatağının irimiqyaslı işlənməsi, "Abşeron" yatağından hasilata başlanılması və digər yataqlar hesabına baş verəcəyini qeyd edib: "Statistik göstəriciyə nəzər saldıqda görürük ki, 2019-cu ildə SOCAR üzrə 6,8 mlrd. kubmetr qaz hasilat olunubsa, ölkə üzrə qaz hasilatının həcmi 35 mlrd. kubmetrdən çox olub. 2010-cu ildə Azərbaycanda ümumi qaz hasilatı 26 mlrd. kubmetrdən, 2019-cu ildə isə bu göstərici 35 mlrd. kubmetrdən çox təşkil edib. Statistika da göstərir ki, qarşıdakı illərdə də Azərbaycanda qaz və kondensat hasilatında artımlar baş verəcək. Qaz hasilatında artımların olması eyni zamanda ixrac həcmlərimizdə də artıma yol açır".

Bu baxımdan o vurğulayıb ki, Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya ixracını nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin tam olaraq fəaliyyəti, 2020-ci ildə Trans-Adriatik Boru Kəmərinin (TAP) istifadəyə verilməsi ilə qaz ixrac həcmlərində əhəmiyyətli artımlar qeydə alınacaq.

Ekspert xatırladıb ki, 2019-cu ildə də qaz ixracında artım olub, Türkiyə bazarına 9 mlrd. kubmetrdən çox qaz ixrac edilib, 2020-ci ildə bu rəqəm bir qədər də artacaq.

Zəfər Vəliyev
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev:

"Təbii qazdan sənaye sektorunda alınan qaz-kimya məhsullarının ixracında artımlar baş verir və bütün bunlar davam edəcək".

O, həmçinin təbii qaza daxili tələbatın da artacağını vurğulayıb: "Bundan başqa, təbii qazdan sənaye sektorunda alınan qaz-kimya məhsullarının ixracında artımlar baş verir və bütün bunlar davam edəcək".

Ekspert neft və qaz-kimya məhsullarının ixracının artmasında SOCAR Karbamid və "SOCAR Polymer" layihələrinin əhəmiyyətini vurğulayıb: "Bildiyiniz kimi, 2019-ci ildə iki böyük müəssisə - SOCAR-ın Karbamid zavodu və "SOCAR Polymer"in Yüksəksıxlıqlı Polietilen zavodu istismara verilib. Karbamid zavodunun illik istehsal gücü 660 min ton karbamid, 438 min ton maye ammonyak təşkil edir. Bundan başqa, SOCAR-ın Metanol zavodu da fəaliyyət göstərir ki, onun layihə gücü 700 min ton təşkil edir. Həm Metanol, həm də Karbamid zavodu boru kəməri qazı ilə işləyir, yəni onların xammal bazası təbii qazdır. Karbamid zavodunun illik qaz sərfiyyatı 435 mln. kubmetrdən çoxdur. Metanol zavodunun illik qaz sərfiyyatı 600 mln. kubmetrdir".

Onun sözlərinə görə, bu zavodların fəaliyyəti və gələcəkdə layihə gücündə çalışması qarşıdakı illərdə qaz sərfiyyatında artımlara səbəb olacaq. O, həmçinin qeyd edib ki, Azərbaycanın regionları üzrə qaz-nəql sisteminin yenidənqurulması, genişləndirilməsi, yeni yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar olaraq əhali qrupunun da qaz sərfiyyatı artacaq: "Beləliklə, sadaladığım fikirlərdən belə qənaətə gəlmək olar ki, qarşıdakı illərdə Azərbaycanda qazın və yüngül kondensatın hasilatında artımlar baş verəcək, neft hasilatında sabitlik üçün müəyyən layihələr həyata keçirilməlidir. Yeri gəlmişkən qeyd edim ki, 2019-cu ildə Azərbaycan üzrə yüngül kondensatın hasilatı gündəlik 90 min tondan çox olub. Qarşıdakı illərdə də artım olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1841   Tarix: 24 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel