"Çin və Rusiya dünyanın super gücü olan Amerikaya qarşı birləşməyin yollarını axtarır"-Politoloq Rəyi

"Çin və Rusiya dünyanın super gücü olan Amerikaya qarşı birləşməyin yollarını axtarır"-Politoloq RəyiRusiyanın "Triumf" S-400 zenit raket sistemlərinin ikinci komplekti Çinə çatdırılıb. Çin həmçinin Rusiyadan 120-dən artıq ən yeni idarə olunan zenit raketlərini əldə edib. Yüksələn xətlə inkişaf edən Rusiya-Çin strateji müttəfiqliyinin tərkib hissəsi olan bu tipli raketlərin alınmasına 2015- ci ildən başlanılıb. Qeyd edək ki, Rusiya ilə Çin arasında S-400 sistemlərinin Pekin tərəfindən alınmasını nəzərdə tutan müqavilə 2015-ci ilin aprelində bağlanıb. Hazırda Rusiya-Çin strateji müttəfiqliyi tədricən dünyada və Avrasiya məkanında geosiyasi proseslərə təsir edən mühüm amilə çevrilməkdədir. Elə S-400 zenit raket sistemləri ilə bağlı layihənin reallaşdırılması buna əyani sübutdir. Ümumiyyətlə, belə müttəfiqliyin möhkəmlənməsinin qlobal siyasət üçün önəmi nədən ibarət olacaq, maraqlı məqamlardandır.

Bununla bağlı Sonxeber.az-a danışan politoloq Qabil Hüseynli Çinin artıq dünyada super gücə çevrildiyini qeyd edib:

" Çin silahlanmaya böyük vəsait ayırır. Bununla yanaşı həm çox modern silahları özü hazırlaya bilir, həm də bəzi inkişaf edən ölkələrin silahlarını da "kopya"laya bilir. Amma elə silah növləri var ki, hələki Çində yoxdur. Çin həmin silah növlərinin bir qismini Rusiyadan əldə edir".

Politoloq Çin ilə Rusiya arasındakı adıçəkilən razılaşmanı ticarətdən daha çox, tərəflər arasında ikitərəfli tərəfdaşlıq, bir- birilərinə etimaq yaratmaq mühitinin formalaşdırılmasına xidmət etmək kimi dəyərləndirib:

"Belə görünür ki, bu iki dövlət əslində dünyanın super gücü olan Amerikaya qarşı birləşməyin yollarını axtarır. Hər iki dövlət qarşılıqlı hərbi-əməkdaşlıq və qarşılıqlı iqtisadi-əməkdaşılıq yolu ilə həmin ikili tərəfdaşlığı gücləndirir. Tez -tez İran İslam Respublikasını da tərəfdaşlığa qoşurlar. Həmin razılaşma dünyada müharibə riskini xeyli artırır. Elə ABŞ-ın baş katibi də təsadüfi deyil ki, açıqlamasında axirət gününün yaxınlaşdığını qeyd edib. O, bunu deyərkən çox ehtimalla ki, sürətli silahlanmanı nəzərdə tutub. Rusiya ilə Çin arasındakı hərbi-siyası əməkdaşlıq əslində kənardan baxanda lüzumsuz görünsə də, dünyada həmin ölkələrin fikrincə hərbi-siyası tarazlığın yaradılmasına yönəlib. Qeyd edim ki, bu istiqamətdə onlar səylərini getdikcə artırır".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2592   Tarix: 27 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel